Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
20/08 | 10:07 Türkiyə Superliqası: "Fənərbağça" yeni mövsümə öz meydanında böyükhesablı qələbə ilə başlayıb
20/08 | 09:53 Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub
19/08 | 22:24 Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib
19/08 | 21:13 Astaralı idmançılar İmişlidə keçirilən kikboksinq üzrə açıq rayon birinciliyində iki qızıl medal qazanıblar
19/08 | 20:25 Azərbaycanlı hakim Eldar Zülfüqarov dünya çempionatının oyunlarına təyinat alıb
19/08 | 19:03 Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar
19/08 | 18:02 Xorvatiya yığmasının Azərbaycan millisi ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb
19/08 | 17:23 Masallıda mini-futbol üzrə rayon turnirinə start verilib
19/08 | 16:45 Şahmatçımız dünya birinciliyində gümüş medal qazanıb
19/08 | 15:53 “Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19/08 | 15:00 Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq
19/08 | 14:52 Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
19/08 | 14:10 Astaralı boksçular İranda keçirilən beynəlxalq turnirdə 1 qızıl və 3 gümüş medal qazanıblar
19/08 | 14:09 Binqədidə “Gənclik Günü” layihəsi həyata keçirilib
19/08 | 14:00 Sinkfild kuboku: heç-heçələr seriyası davam edir
19/08 | 13:32 “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı keçiriləcək
19/08 | 13:17 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19/08 | 12:45 “Sabah” futbol klubu yeni mövsüm üçün formalarını təqdim edib
19/08 | 11:43 Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19/08 | 11:00 “Qarabağ”ın səfər qələbəsini qeydə almış isveçrəli baş hakim “Linfild”lə oyunu idarə edəcək
19/08 | 10:05 Azərbaycanın futbol üzrə millisinin üzvü Çexiya liqasındakı oyunda fərqlənib
19/08 | 09:53 Azərbaycan Premyer Liqası: “Səbail” “Zirə”ni məğlub edib
18/08 | 22:33 Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazanıb
18/08 | 20:47 Güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb
18/08 | 18:05 Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq
18/08 | 14:13 “Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşib
18/08 | 10:46 Rafael Ağayev: Qarşıdakı yarışlarda yalnız qızıl medal uğrunda mübarizə aparacağam
17/08 | 23:43 Azərbaycan Premyer Liqası: “Qəbələ” komandası öz meydanında “Sumqayıt”a məğlub olub
17/08 | 21:01 Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub
17/08 | 20:45 “Judo Club 2012”nin gənc üzvləri Azərbaycan birinciliyində uğurla çıxış ediblər
17/08 | 19:46 Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
17/08 | 16:04 Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar
17/08 | 14:16 Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17/08 | 13:12 “Roma” klubu hücumçu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb
17/08 | 11:00 İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 1 1 0 0 2-0 3
2 Qarabağ 1 1 0 0 1-0 3
3 Səbail 1 1 0 0 1-0 3
4 Sabah 1 0 1 0 1-1 1
5 Neftçi 1 0 1 0 1-1 1
6 Zirə 1 0 0 1 0-1 0
7 Keşlə 1 0 0 1 0-1 0
8 Qəbələ 1 0 0 1 0-2 0
Qusar şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasim iştirakçıları ilə görüş zamanı nitqi
Tarix: 27.09.2008 | Saat: 20:40:00 | E-mail | Çapa göndər
Siz mənim Qusara səfərlərimi və görüşlərimi yaxşı xatırlayırsınız. Mən hər görüşdə demişəm və bu gün də demək istəyirəm ki, Qusarın inkişafı çox böyük əhəmiyyət daşıyır. Həm qusarlılar üçün, həm də bütün Azərbaycan üçün. Belə gözəl Olimpiya İdman Kompleksinin tikintisi bir daha onu göstərir ki, Qusara xüsusi diqqət, məhəbbət var. Burada həm idmanla məşğul olmaq üçün, həm də istirahət etmək üçün bütün imkanlar var. Bu, eyni zamanda böyük bir turizm mərkəzidir. Burada kotteclər, mehmanxana, trenajor zalları, üzgüçülük hovuzu, gözəl idman zalları var. Yəni həm Qusar idmançıları üçün, həm də rayon sakinləri üçün çox gözəl şərait yaradılıbdır. Mən bütün rayon sakinlərinə tövsiyə edirəm ki, öz sağlamlıqlarını möhkəmləndirmək üçün bu kompleksdən səmərəli istifadə etsinlər.
Qusarda bütün başqa məsələlər də həll olunur. Mən keçən dəfə buraya 2005-ci ildə gəlmişdim. O ildən bu günə qədər çox böyük dəyişikliklər var. Siz bunu yaxşı bilirsiniz, görürsünüz. Həm sənaye müəssisələri tikilir, həm məktəblər tikilir. Bu gün mən yeni xəstəxananın təməlini qoyacağam. Orada həm gözəl şərait, bütün lazımi avadanlıq olacaq, həm də, ən müasir tibbi xidmət göstəriləcəkdir. İdman kompleksi tikilibdir, Dağ-Xizək Kompleksi beynəlxalq səviyyədə tikiləcəkdir. Biz bunun tikintisi üçün Avstriyadan qabaqcıl memarlıq şirkətlərini dəvət etmişik. Orada həm turistlər üçün, həm də yerli insanlar üçün bütün şərait yaradılacaqdır. Azərbaycan dövləti bu işə yüz milyonlarla dollar həcmində vəsait qoyur ki, orada çox müasir, dünya səviyyəli turizm mərkəzi yaradılsın. Ondan nəinki qışda, yay aylarında da səmərəli istifadə etmək mümkün olacaqdır. Həm burada yaşayan insanlar üçün iş yeri yaradılacaqdır, həm də rayonun inkişafına böyük töhfə veriləcəkdir. Düzdür, indi Azərbaycan dövlətinin imkanları böyükdür. Biz Qusarın inkişafına bundan sonrakı illərdə də böyük investisiyalar qoyacağıq. Ancaq hər rayon öz daxili imkanlarından, öz potensialından istifadə etməlidir. Qusar turizm üçün çox gözəl bir yerdir.

* * *
Burada belə gözəl şərait var. Gərək bu şəraitdən istifadə edək. Böyük restoran var, burada istənilən tədbiri keçirmək üçün bütün imkan var. Mən çox şadam ki, bu kompleksin açılışında biz bərabər iştirak edirik. Biz bu kompleksin timsalında Qusarda gedən abadlıq, quruculuq işlərini görürük. Bu işlər daha da sürətlə getməlidir. Bunun üçün bütün imkanlar var. Siz, burada yaşayan insanlar yaxşı görürsünüz ki, Qusar necə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir.
Burada yeni sənaye müəssisələri tikilməlidir. Əlbəttə, turizm və kənd təsərrüfatı növbəti illərdə yəqin ki, əsas istiqamət olmalıdır. Mən artıq qeyd etdim ki, burada Azərbaycanın böyük turizm mərkəzi yaradılır. Bu ilin büdcəsində vəsait nəzərdə tutulubdur. Gələn ilin büdcəsində əlavə vəsait olacaqdır. Böyük tikinti işləri aparılacaqdır. Bu tikinti zamanı burada yaşayan insanlar işlərdə iştirak edəcəklər. Yəqin ki, artıq iştirak edirlər. Bu da yeni iş yerləri deməkdir. Bu turizm mərkəzi işə düşəndən sonra Qusar beynəlxalq turizm mərkəzinə çevriləcəkdir. Mən vəzifə qoymuşam ki, Dağ-Xizək Kompleksi dünyanın yüksək səviyyəsində olmalıdır. Ondan aşağıda olmamalıdır və biz buna nail olacağıq.
Bu gün Qusara içməli suyun gətirilməsini qeyd etdik. Bu da böyük problemdir və təkcə Qusarda deyil, başqa şəhərlərdə də var. Azərbaycanda içməli su problemi var. Biz bunu həll etməyə çalışırıq və əminəm ki, Qusarda yeni tikilmiş su kəməri öz müsbət təsirini göstərəcəkdir. Qusarın inkişafı üçün lazım olan bütün başqa tədbirlər də görüləcəkdir.
Siz qeyd etdiniz ki, növbəti iqtisadi inkişaf proqramı gözlənilir. Artıq bu proqramın ilkin parametrləri hazırdır. Bu proqramda hər bir rayon üzrə xüsusi tədbirlər planı olacaqdır. Hər bir rayonun probleminin həlli üçün lazımi tədbirlər görüləcəkdir. Əlbəttə ki, Qusar rayonunun inkişafı da burada nəzərdə tutulacaqdır. Həm rayon mərkəzinin, həm də kəndlərin abadlaşması. Dediyiniz avtomobil yolunun çəkilməsinin çox böyük təsiri olacaqdır. Yol çəkilən kimi canlanma baş verir, insanlar özlərini daha da rahat hiss edirlər.
İndi biz Bakıdan Qusara avtomobil yolu çəkirik. Mən bu gün buraya gələrkən yolda dayandım, işlərlə maraqlandım. İlk dəfə olaraq Azərbaycanda bölgədə beton yol çəkilir. Beton yol həm də möhkəmdir. İnşaatçılar 30 illik zəmanət verirlər ki, otuz il ərzində o yola heç nə olmayacaqdır. Digər tərəfdən, bu, çox sürətli və dördzolaqlı yoldur. Köhnə yol ikizolaqlıdır və əlbəttə, nəqliyyat üçün təhlükəli idi. Bu, dördzolaqlı olacaq, ortada ayırma xətti olacaqdır. Bu, nəqliyyatın təhlükəsizliyi və rahatlıq üçün də çox vacib rol oynayır. Qusardan başqa rayonlara, Bakıya tez bir zamanda gedib-gəlmək mümkün olacaqdır. Mən şübhə etmirəm ki, bu yol çəkiləndən sonra təkcə Qusar deyil, bütün ətraf rayonlar daha da sürətlə inkişaf edəcəkdir.
Bizim planlarımız aydındır, açıqdır, bunu hamı bilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatır. Proqramda nəzərdə tutulmuş bütün vəzifələr yerinə yetirilibdir. Növbəti beş il ərzində qalan məsələlər yerinə yetiriləcəkdir. İnfrastruktur layihələri, iqtisadi layihələr, sənaye kompleksinin yaradılması, müasirləşməsi, sosial məsələlərin həlli. Bax, Qusarda tikilmiş məktəblər bizim sosial siyasətimizin əlamətidir. Bu gün təməlini qoyacağımız böyük xəstəxana burada yaşayan insanlara xidmət göstərəcəkdir. Müalicə üçün Bakıya, başqa yerlərə getmək lazım olmayacaq, müasir avadanlıq quraşdırılacaqdır. İnsanlar həm müayinə olunacaq, həm müalicə alacaq, həm də cərrahiyyə şöbəsi olacaqdır. Bu, insanların sağlamlığı üçün çox mühüm rol oynayacaqdır.
Gözəl idman kompleksi tikildi ki, uşaqlar, cavanlar idmanla məşğul olsunlar. Mən çox sevinirəm ki, Azərbaycanda gənclər idmana çox böyük meyil göstərirlər. İdmanla məşğul olan həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olur, vətənpərvərlik ruhunda yaxşı tərbiyə alır, pis vərdişlərdən uzaq olur. Bizə lazımdır ki, cavanlarımız sağlam böyüsünlər və cəmiyyət, ölkə üçün dəyərli vətəndaşlar olsunlar. Bu baxımdan belə komplekslərin çox böyük rolu var.
Bütövlükdə Azərbaycanın bütün başqa yerlərində olduğu kimi, bu rayonda da ictimai vəziyyət çox yaxşıdır. Burada insanlar rahat yaşayırlar. Mən çox istəyirəm ki, daha da yaxşı yaşasınlar. Azərbaycanda bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır. Bax, Azərbaycanın xüsusiyyəti bundan ibarətdir. Heç bir ayrı-seçkilik, heç bir fərq qoyulmur. Narahatlıq doğuran heç bir məsələ yoxdur. Bu, həm bizim bütün insanların ürəyində olan duyğulardır, həm də dövlət siyasətidir. Azərbaycanın dövlət siyasəti bu istiqamətdə çox birmənalıdır. Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqlara malikdir, bərabər hüquqludur. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün xalqlar mehriban şəkildə, bir ailə kimi yaşayır. Qusarda bizim ləzgi qardaşlarımız yaşayırlar. Əksəriyyəti onlar təşkil edirlər. Onlar öz vətənlərində yaşayırlar, öz vətənlərinin imkanlarından istifadə edirlər. Azərbaycanın inkişafı üçün, müstəqilliyimizin möhkəmlənməsi üçün ləzgi qardaşlarımızın keçmişdə çox böyük xidmətləri olubdur və bu gün də belədir.
Mən çox istəyirəm ki, burada həyat səviyyəsi daha da yaxşı olsun. Burada həm qabaqcıl texnologiyalar tətbiq olunsun, həm də sənaye məsələləri, iqtisadi, sosial məsələlər həll olunsun ki, insanların həyat səviyyəsi yaxşı olsun. Düzdür, bütün ölkədə aparılan sosial və iqtisadi islahatlar nəticəsində həyat səviyyəsi yüksəlibdir. Ancaq mən istəyirəm ki, daha da yüksəlsin, Azərbaycan vətəndaşları çox yaxşı həyat səviyyəsinə malik olsunlar. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Bizim çox güclü dövlət siyasətimiz var, dövlətçilik ənənələri möhkəmlənir. Müstəqil ölkə kimi Azərbaycan özünü dünya miqyasında tanıtdırıbdır. Bizim bütün qonşu dövlətlərlə çox yaxşı, bərabər münasibətlərimiz var. İqtisadi islahatlar sürətlə gedir, neft, qaz kimi təbii sərvətlərimiz var, maddi imkanlarımız artır. Son beş ildə büdcəmiz on dəfədən çox artıbdır. 2009-cu ilin büdcəsi 2003-cü ilin büdcəsindən 15 dəfə böyük olacaqdır. Bu da reallıqdır. Bütün bu vəsait insanların sosial məsələlərinin həllinə yönəldilir.
Bu işlər hər bir rayonda görülür. Bildiyiniz kimi, mən rayonlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram. Mən Qusara 2005-ci ildə gəlmişdim, olan dəyişiklikləri görürəm. Mən məlumat alıram, ondan əvvəl də bilirdim ki, vəziyyət necədir, hansı məsələlər var, insanları hansı problemlər narahat edir, əlavə nə edilməlidir ki, burada hər şey daha da yaxşı olsun və bunu edirik.
Deyə bilərəm ki, bölgələrin inkişafı mənim üçün ən prioritet məsələlərdən biridir. Düzdür, ölkənin qarşısında müxtəlif problemlər var. Biz təhlükəsizliyimizi təmin etməliyik, müdafiə gücümüzü artırmalıyıq, iqtisadi, siyasi islahatları aparmalıyıq. Beynəlxalq münasibətlərə çox ciddi yanaşmamız var və Azərbaycan xarici siyasət baxımından çox uğurlu addımlar atıbdır. Amma bununla bərabər, insanların gündəlik həyatı, gündəlik yaşayışı əsasdır. Mən həmişə demişəm, bu gün də deyirəm ki, Azərbaycan vətəndaşları bax, bu gün yaxşı yaşamalıdır. Bəziləri hərdən deyir ki, 10-20 ildən sonra yaxşı olacaqdır. Olsun, əlbəttə, yaxşı olacaqdır. İndi də yaxşıdır. Sadəcə, deyə bilərəm ki, mən Azərbaycanda mövcud olan vəziyyəti çox yüksək qiymətləndirirəm. Ancaq biz qabağa getməliyik, irəliyə baxmalıyıq ki, daha nə etməliyik, hansı işlər görməliyik. Bax, mən bu barədə fikirləşirəm.
Bir daha deyirəm, dövlət gözəl təbiəti, iqlimi, təbii şəraiti olan rayonda həm turizmin, həm də kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin yaradılması, sosial məsələlərin həlli üçün investisiya qoyur və qoyacaqdır. Qusar sözün əsl mənasında ən qabaqcıl rayonların birinə çevrilməlidir. Mən də sizə söz verirəm ki, buna nail olmaq üçün öz səylərimi əsirgəməyəcəyəm.
Sizi bir daha salamlayıram və qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

27 sentyabr 2008-ci il
Xəbər 1887 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.09.2015 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
23.12.2014 Prezident İlham Əliyev idmançıları mükafatlandırdı
03.07.2012 Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
01.01.2012 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
05.05.2011 İmişli Olimpiya İdman Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru