Böyük Britaniyanın paytaxtı Londondakı İddiaçılar Turnirində II turun görüşləri keçirilib. Teymur Rəcəbov ağ fiqurlarla ukraynalı Vasili İvançukla gərgin keçən oyunda, 34-cü gedişdə qalib gələrək liderlər qrupuna daxil olub.
Turnirin reytinq favoriti, norveçli Maqnus Karlsenlə rusiyalı Vladimir Kramnik arasındakı qarşılaşmada 30-cu gedişdən sonra tərəflər heç-heçəyə razılaşıblar – 0,5:0,5.
Eyni nəticə daha iki rusiyalı Aleksandr Qrişukla Peter Svidlerin görüşünün 41-ci gedişində qeydə alınıb.
Bekləliklə, 2 turdan sonra Teymur Rəcəbov Levon Aronyanla birgə hərəyə 1,5 xalla liderliyi ələ alıb. Maqnus Karlsen, Vladimir Kramnik, Aleksandr Qrişuk və Peter Svidler hərəyə 1 xalla 3 – 6-cı yerləri bölüşdürürlər. Son 2 pillədə yer alan Vasili İvançukla Boris Gelfandın hesabında hərəyə 0,5 xal var.
3-cü tur:
Teymur Rəcəbov Londonda davam edən İddiaçılar Turnirində ilk məğlubiyyətlə üzləşib. Qara fiqurlarla oynayan təmsilçimiz 3-cü turda rusiyalı Boris Svidlerə məğlub olub.
Digər oyunların nəticələri:
Vasili İvançuk (Ukrayna) – Levon Aronyan (Ermənistan) – 0:1
Boris Gelfand (İsrail) – Maqnus Karlsen (Norveç) – 0:1
Vladimir Kramnik (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
3 turdan sonra vəziyyət:
1. Levon Aronyan – 2,5 xal, Maqnus Karlsen, Peter Svidler – hərəyə 2 xal, Teymur Rəcəbov, Vladimir Kramnik, Aleksandr Qrişuk – hərəyə 1,5 xal, Vasili İvançuk, Boris Gelfand – hərəyə 0,5 xal.
Növbəti 4-cü tur martın 19-da keçiriləcək. Aronyan Svidlerlə, Rəcəbov Kramniklə, Karlsen Qrişukla, Gelfand isə İvançukla üz-üzə gələcək.
|