Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə kitabının təqdimatı keçirilib
Tarix: 23.02.2013 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Fevralın 23-də “Gülüstan” sarayında “Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” adlı “Azərbaycan” qəzetinin redaksiyası tərəfindən hazırlanmış bu kitab Müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycan Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilib.
Bu sanballı nəşrin ideya rəhbəri və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, nəşrin redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur. Kitabın buraxılışına məsul Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və “Azərbaycan” qəzeti redaksiyasının kollektividir.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyindən danışıb və müstəqillik dövründə bu sahədə əldə olunan uğurların kitabda öz əksini tapdığını qeyd edib.
Natiq bildirib ki, ötən illər ərzində ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən idmana həsr olunmuş çoxsaylı görüşlər keçirilmiş, mühüm sənədlər imzalanmış, müxtəlif layihələr reallaşdırılıb. Görülmüş işlərin həcmcə böyüklüyü bizi kitabı iki cilddə hazırlamağa sövq edib. Əgər kitabın birinci cildi Olimpiya Oyunları, idmanın inkişafı ilə bağlı sırf faktoloji materiallar, ayrı-ayrı oçerklərdən ibarətdirsə, ikinci cild Prezident İlham Əliyevin idmanla bağlı fəaliyyətini əks etdirən və bu sahənin inkişafını əhatə edən fərman və sərəncamları və digər sənədləri özündə ehtiva edir. Dövlət əhəmiyyətli sənədlər ikinci cilddə birinci cilddən çoxdur. Bu da onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi on beş il ərzində bu sahəni daim diqqətdə saxlayıb.
Azərbaycanda Olimpiya Hərəkatının tarixini, əldə edilmiş uğurları, Prezident İlham Əliyevin beynəlxalq tədbir və görüşlərdəki iştirak və çıxışlarını toplum halında oxucuya çatdıran, qazanılmış uğurları fotoşəkillərin “dili” ilə geniş auditoriya ilə bölüşən bu kitabı tam məsuliyyətlə idman tariximizin əvəzsiz salnaməsi adlandırmaq olar.
Kitabda müstəqillik dövründə Azərbaycan idmanının inkişafı, ölkəmizdə Olimpiya Oyunlarına hazırlığın təhlili, bu sahədə görülən işlər və son beş Olimpiya Oyunlarında iştirakımızla bağlı bütün məsələlər geniş şərh olunub.
Baş redaktor deyib ki, biz artıq Azərbaycanın bütün sahələr üzrə inkişafının faizlərlə deyil, dəfələrlə artmasına şahidik. Əgər Atlanta Yay Olimpiya Oyunlarında bir medal qazanmışdıqsa, London Yay Olimpiya Oyunlarında 10, Paralimpiya oyunlarında isə daha çox medal əldə etdik. Bu, idman sahəsində də artımın dəfələrlə olduğunun bariz göstəricisidir.
B.Sadıqov vurğulayıb ki, əsas məqsədlərimizdən biri müstəqillik dövründən bəhs edən Azərbaycanın idman tarixini dolğun və geniş şəkildə yazmaqdan ibarət olub. Biz bununla ölkəmizdə idmanın inkişafı ilə bağlı görülən işləri geniş auditoriyaya təqdim etməyə çalışmışıq. İnanırıq ki, çəkdiyimiz zəhmət idman mütəxəssislərinin, idmançıların, xüsusilə də jurnalistlərin hər zaman köməyinə çatacaq, onlar üçün ən yaxşı istinad mənbəyi olacaq.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyəti, onun əvəzedilməz quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin yorulmaz fəaliyyətinin, xalqın fiziki sağlamlığına yetirdiyi diqqətin nəticəsidir ki, bu gün Azərbaycanda idmana maraq və həvəs kütləvi hal alıb.
Nazir xüsusilə qeyd edib ki, respublikamızda Olimpiya Hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə ölkəmizdə 40-dək yeni Olimpiya İdman Kompleksinin, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzlərinin istifadəyə verildiyini söyləyən A.Rəhimov hazırda bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, bütün bunlar bizə bundan sonra da mühüm beynəlxalq idman tədbirlərini Azərbaycanda keçirməyə imkan verəcək.
Qarşıdakı illərdə ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəyini söyləyən nazir xüsusi vurğulayıb ki, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcək. Ölkəmiz gələn il Dünya İdman Mətbuatı Assosiasiyası olan AİPS-in növbəti konqresinə də ev sahibliyi edəcəkdir. Hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunub. Ən əsası isə, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilib. İlk dəfə reallaşacaq bu mötəbər idman bayramının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsi də bir daha sübut edir ki, bu gün Azərbaycan həqiqətən Avropanın və dünyanın idman mərkəzlərindən biridir.
Bildirilmişdir ki, Azərbaycanda idmanın, Olimpiya Hərəkatının daim yüksələn uğurları istər elektron, istərsə də yazılı mətbuatda dərc olunaraq oxuculara, idman həvəskarlarına çatdırılır. Lakin bu möhtəşəm uğurların salnamə şəklində tariximizə həkk olunması üçün kitabların böyük əhəmiyyəti vardır. Qazanılan uğurların nəticəsidir ki, son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsindəki uğurları əks etdirən 20-dən çox kitab nəşr olunub.
Azad Rəhimov deyib: “Bu gün təqdimatına toplaşdığımız “Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” kitabının mühüm əhəmiyyəti vardır. Kitabda yer alan bölmələrə diqqət yetirəndə hiss olunur ki, müəlliflər ölkəmizdə Olimpiya Hərəkatının ən incə detallarına belə diqqət yetirib və heç bir faktı nəzərdən qaçırmayıblar. Bu kitabı ölkəmizdə idman və bədən tərbiyəsinin, xüsusən də Olimpiya sahəsinin mükəmməl salnaməsi hesab etmək olar”.
Azərbaycan idman tarixinin öyrənilməsi baxımından kitabı həm bugünkü, həm də gələcək nəsillər üçün sanballı vəsait hesab edən gənclər və idman naziri nəşrin araya-ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.
Müstəqillik illərində başqa sahələrlə yanaşı, idman sahəsində də ciddi nailiyyətlərə imza atıldığını söyləyən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib ki, Olimpiya Hərəkatında əldə etdiyimiz uğurların tarixə çevrilməsi baxımından bu gün təqdimatına toplaşdığımız bu ikicildliyin çox böyük siyasi-ideoloji əhəmiyyəti vardır. Bizim qazandığımız hər bir uğur düşmən üzərində mənəvi qələbə deməkdir. İdman sahəsində də əldə etdiyimiz uğurlar ciddi nailiyyətlərimizdən hesab edilməlidir. Kitabın əsas məziyyəti ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanın Olimpiya Hərəkatının bütün nailiyyətləri burada faktoloji materiallar əsasında, sistemli şəkildə verilib.
İdeya müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan bu kitab böyük əhəmiyyət kəsb edir. Çünki kitabda Azərbaycanda idman və Olimpiya Hərəkatındakı irəliləyişlər, qələbələr öz əksini tapıb. Ulu öndər Heydər Əliyevin idmanın inkişafı üçün verdiyi sərəncamlar, etdiyi çıxışlar burada öz əksini tapıb. Bu kitablar gələcəkdə idman tariximizi tədqiq etmək istəyənlər üçün dəyərli mənbədir. Eini zamanda, Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər gəlməsindən sonra ölkəmizdə Olmpiya Hərəkatının genişlənməsi istiqamətində görülən tədbirlər, o cümlədən dövlətimizin başçısının Olimpiya yarışlarında şəxsən iştirakı və medal alan idmançılarımızla keçirdiyi görüşlərdəki nitqləri də burada cəmlənib.
Azərbaycanda idmanın inkişafının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu söyləyən M.Qurbanlı deyib ki, bunun bariz göstəricisi son illər bölgələrdə müasir tələblərə cavab verən Olimpiya idman komplekslərinin istifadəyə verilməsidir. İdmana diqqət siyasi əhəmiyyət kəsb edən bir məsələdir. İdman və siyasət bu gün həddindən artıq bir-birinə bağlıdır. Bu kitabda da bu məqamları görürük.
“Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” adlı ikicildlikdə Azərbaycan idmanındakı irəliləyişi, dinamikanı, uğurları görməmək mümkünsüzdür. İnanıram ki, bu uğurlar gələcəkdə daha da artacaqdır.
Azərbaycanda Olimpiya Hərəkatının tarixindən danışan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə demişdir ki, Dünya Olimpiya Hərəkatının başlamasından 100 il sonra Azərbaycan müstəqil dövlət kimi bu hərəkata qoşulub.
Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısını qeyd edən natiq vurğulayıb ki, ümummilli liderimizin xeyir-duası, tapşırıq və tövsiyələri əsasında yaradılan Gənclər və İdman Nazirliyi ölkəmizin tanınması, yeni idmançılar nəslinin formalaşması, gənclərin fiziki cəhətdən sağlam böyüməsi naminə böyük işlər görməkdədir.
Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda Olimpiya Hərəkatının yeni inkişaf dövrü başlayıb. İnkişaf təkcə Olimpiya Oyunlarında hər dəfə medalların sayının artması ilə deyil, həm də ölkəmizdə idman infrastrukturunun yenilənməsi, olimpizmin inkişafı, o cümlədən bu sahəyə aid nəşrlərin çoxalması, gənclərin idmana həvəsinin əhatə dairəsinin genişlənməsi ilə müqayisə olunmalıdır.
Ç.Hüseynzadə deyib ki, bu gün dünyanın ən mötəbər idman yarışları Bakıda keçirilir. Belə bir yüksək inkişaf şəraitində məhz bu kitabın ərsəyə gəlməsi deməyə əsas verir ki, bizi qarşıda çox böyük uğurlar gözləyir.
Kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkürünü bildirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti bu istiqamətdə işlərin davamlı olacağına əminliyini bildirib.
Kitabı məzmunca gənc tədqiqatçılar, eləcə də Azərbaycanın idman tarixini araşdıranlar üçün dəyərli mənbə adlandıran Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ikicildliyin yaradıcı heyətini belə bir nəşrin işıq üzü görməsi münasibətilə təbrik edib.
Bildirib ki, ölkədə idman artıq özünün yüksəliş mərhələsinə qədəm qoyub. Əldə olunan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının göstəricisidir.
Kitabın əhəmiyyətindən danışan Olimpiya çempionu Fərid Mansurov bildirib ki, ümummilli lider Heydər Əliyevin dərin və uzaqgörən siyasətində Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişaf etdirilməsi xüsusi yer tutub.
Olimpiya çempionu bütün idmançılara göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, bu böyük diqqət və qayğının tarixin səhifələrinə çevrilməsi üçün Azərbaycan Olimpiya Hərəkatına dair bütün sənədlər, məlumatlar, faktlar toplanmalıdır. Sənədlər, faktlar əsasında yazılan kitablarda qazanılmış uğurlar hərtərəfli ifadəsini tapır ki, nəticədə hər kəsin zəhməti yaddaşlara həkk olur. Olimpiya Hərəkatımızın tarixi yüksəlişinin qələmə alınması təqdirəlayiqdir.
Sonda “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib ki, Azərbaycanın idman sahəsində uğur qazanması təsadüfi deyildir. Ölkəmizdə əlverişli idman mühiti yaranıb, bu sahə dövlət siyasətinin tərkib hissələrindən birinə çevrilib. Bütün bunlar deməyə əsas verir ki, ölkəmiz gələcəkdə daha böyük uğurlara imza atacaq.
Mərasimin iştirakçılarına minnətdarlığını bildirən Bəxtiyar Sadıqov deyib ki, kitab qarşıdan gələn prezident seçkilərinə növbəti töhfələrdən biridir.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3382 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru