Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
12/11 | 18:02 F1 pilotu Albon 2020-ci il mövsümündə “Red Bull”da qalacaq
12/11 | 17:59 Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası açıqlanıb
12/11 | 17:31 “Qarabağ”ın futbolçuları üçün seminar təşkil olunub
12/11 | 16:52 “Qəbələ”nin gürcüstanlı futbolçusu XI turunun ən yaxşı oyunçusu seçilib
12/11 | 16:34 Azərbaycan qılıncoynadanı Ukraynada keçirilən xatirə turnirdə iştirak edib
12/11 | 16:20 Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub
12/11 | 15:41 “Renault” Formula 1-i tərk etməsi xəbərlərini təkzib edib
12/11 | 15:00 Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi Bakıya gəlib
12/11 | 14:46 Rahim Sterlinq İngiltərə millisinin düşərgəsindən uzaqlaşdırılıb
12/11 | 14:14 Olqa Kiseloviçova: AGF aerobika gimnastikası üzrə məşqçilik kurslarını yüksək səviyyədə təşkil edib
12/11 | 13:50 Şahmat üzrə iddiaçılar turniri gələn il Yekaterinburqda keçiriləcək
12/11 | 13:07 Mövsümün yubiley qolunun müəllifi Əmir Ağayev olub
12/11 | 12:04 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında könüllü qanvermə aksiyası keçirilib
12/11 | 11:56 “Məhsul” həndbol komandası qələbə seriyasını davam etdirir
12/11 | 11:31 “Vüqar Həşimov” “Primorsky District”, “Odlar Yurdu” isə “AVE Novy Bor”la mübarizə aparacaqlar
12/11 | 11:20 Sərbəst güləş üzrə yığmamız Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb
12/11 | 11:04 Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib
12/11 | 10:51 Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına yeddinci lisenziyasını qazanıb
12/11 | 10:08 Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12/11 | 10:01 BMT-nin Pakistandakı xoşməramlı səfiri Milli Paralimpiya Komitəsində olub
12/11 | 09:54 Azərbaycan badmintonçusu “CONDENSATE Kazakhstan International Series 2019” turnirində çıxış edib
11/11 | 21:23 Gənc şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib
11/11 | 20:59 Bakı Karate-do Akademiyasının yetirmələri dünya birinciliyində 4 qızıl, 2 gümüş medal qazanıblar
11/11 | 17:35 Region Liqası: Qusarın “Şahdağ” klubu Region Liqasında liderliyə yüksəlib
11/11 | 14:48 Anar Allahverdiyev: “Vüqar Həşimov” komandasının klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı
11/11 | 13:34 “Araz-Naxçıvan” və Azərbaycanın veteran futbolçuları arasında keçirilən yoldaşlıq görüşü heç-heçə nəticələnib
11/11 | 12:30 Batut və tamblinq üzrə milli yarışlar mövsümü başa çatıb
11/11 | 12:07 Qadınlardan ibarət milli komandamız Avropa seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
11/11 | 11:22 Sərhədçi Olimpiya İdman Kompleksində qrapplinq güləş idman növü üzrə dünya çempionatı keçirilib
11/11 | 10:30 Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start veriblər
11/11 | 09:54 Azərbaycan sumoçusu Avropa kuboku turnirində qızıl medal qazanıb
10/11 | 23:55 Azərbaycan kubokuna ağır çəkili atletlərin mübarizəsi ilə yekun vurulub
10/11 | 23:03 Azərbaycan idmançısı karyerasında beşinci dəfə pauerliftinq üzrə dünya çempionu olub
10/11 | 22:53 “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Buxarest mərhələsində 8-9-cu yerləri bölüşüb
10/11 | 21:30 “Qarabağ” “Zirə” ilə oyunda xal itirib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
İdman fəlsəfəsi
Tarix: 29.01.2012 | Saat: 23:55:00 | E-mail | Çapa göndər
Mikayıl İbrahimov |

Metodoloji və dünyagörüş məsələlərinin ümumi tənqidi təsviri


Fəlsəfə elmləri namizədi, Ukrayna Bədən Tərbiyəsi və dman Milli Universitetinin professoru

"İnformasiya texnologiyaları" adlandırılan mədəni tərəqqinin müasir qolu sosial-mədəni mühitdə idmanın yerini yeni prizmadan müəyyən edir. 20-ci əsrin ortalarından Qərb elmşünaslığında bu fenomeni tədqiq edən yeni cərəyan - "idman fəlsəfəsi" formalaşdı. İdmanın sosiologiya, idman psixologiyası ilə yanaşı, 21-ci əsrin əvvəllərində elmin bu sahəsinin formalaşmasında ictimai elm adamlarının axtarışları xeyli fəallaşdı.

Məqalənin məqsədi formalaşma mərhələsində idman fəlsəfəsinin mövzu dairəsini müəyyənləşdirməyə cəhd etmək və mövcud ilkin nəzəri şərtlər, həm də müasir təcrübələr əsasında onun inkişaf perspektivlərini müəyyənləşdirmək, eyni zamanda, filosofları və digər humanitar elm adamlarını bədən tərbiyəsi və idman elmi üzrə mütəxəssislərlə birgə sahənin problemlərinin tədqiqinə cəlb etməkdir.

İdman fəlsəfəsi elmin nisbətən gənc sahəsidir. Onun tarixi icmal konsepsiyasını və inkişaf perspektivlərini müəyyənləşdirən amerikalı müəlliflərdən biri Uilyam Morqan yazırdı: "Ənənəvi bədən tərbiyəsi, istisnasız olaraq, fiziki fəallığa və idmana dair tibbi və pedaqoji tədqiqatlara əsaslanırdısa, idman tədqiqatlarının yeni yaranan sahəsi daha böyük intellektual məqsədləri qarşısına qoyaraq, onu ənənəvi tibbi və pedaqoji, tarixi və sosioloji tədqiqatlarla tamamlayır". Morqan idman fəlsəfəsinin formalaşmasında bir sıra tarixi sirləri açır.

İlk baxışda elə görünür ki, idman, insanın ictimai həyat və fəlaiyyətinin ən vacib ünsürlərindən biri kimi, daim fəlsəfi düşüncə tərzinin bir qolu olmalıdır. Lakin insanı diqqət mərkəzinə gətirmiş İntibah dövrü bu sahələri bir-birindən ayrı öyrənirdi. Onların arasındakı uçurumu anqlo-amerikan postmodernist fəlsəfəsi daha da dərinləşdirdi. Formal məntiqi nəticələrə əsaslanan filosofların - qitə və okeanın o tayı nümayəndələrinin qarşılaşdığı əsas maneə onların insanın maddi əsaslarına - cismaniliyinə münasibət idi.

Bu üsullarla filosofluq etməyin irsi nəticəsi isə insanın həyat və fəaliyyətində təcrübənin çoxşaxəli, rəngarəng, çoxsəviyyəli təcəssümünə, o cümlədən bədən tərbiyəsi və idmana snobist, təşəxxüslü münasibətə gətirib çıxardı. Belə olduqda, tətbiqi elmin digər sahələrinin nümayəndələri haqqında nə demək olar?

Hovard Slaşerin "İnsan - idman və varlıq" (1967), Eleonor Metenin "Hərəkət və əhəmiyyəti" (1968) əsərləri idman fəlsəfəsinin formalaşmasının hazırlıq mərhələsi sayılır. Məşhur Pol Veysin "İdman: fəlsəfi tədqiqat" kitabı onun analitik-filosof həmkarlarını idmanın kulturoloji mahiyyətinə fikir verməyə sövq etdi. 1972-ci ildə "İdmanın öyrənilməsi üzrə fəlsəfi cəmiyyət" təşkilatı qurulduqdan və 1974-cü ildə bu cəmiyyətin nəşr etdirdiyi "İdman fəlsəfəsi jurnalı" işıq üzü görəndən sonra "idman fəlsəfəsi"nin elmi biliklərin sahələrarası cərəyanı kimi müstəqil statusu qətiləşdi.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə rusiyalılar çox fəal çalışırlar. "Rusiyada humanitar təhsilin yenilənməsi" proqramı çərçivəsində idman fəlsəfəsinə, fenomenologiyasına, antropologiyasına və cismin aksiologiyasına dair kifayət qədər xarici fəlsəfi ədəbiyyat nəşr edilib, eyni zamanda, aparıcı rusiyalı müəlliflərin bədən tərbiyəsi və idmanın sosial-fəlsəfi məsələlərinə həsr olunmuş işlərinin nəşri maliyyələşdirilib.

Hələ 2000-ci ildə bununla bağlı dəyirmi masa da keçirilmişdi. Onun iştirakçıları çox mürəkkəb bir məsələni gündəliyə çıxardılar: “müasir dünyada idmanın funksiyalarını əsaslı şəkildə yenidən tərtib etmək" və bu məqsədlə də müasir idmanın fəlsəfi-sosioloji qavranmasında yeni mərhələnin təməlini qoymaq.

Belə olduqda sual yaranır: idman fəlsəfəsinin postsovet ictimai elmlər sahəsində formalaşmasının perspektivi varmı?; bunun nəzəri əsasları varmı, yəni keçmiş İttifaqın hər bir ölkəsində bu məsələnin öyrənilməsi üçün milli zəmin yaranıbmı?; ən vacibi, ictimai təcrübədə buna tələbat varmı?

İndi də tədqiqatların nəticələri və onların müzakirəsinə keçək. Əgər ötən əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəllərindən Avropa və Amerikada elmi biliklər sahəsində fəlsəfə ilə bədən tərbiyəsi və idman arasında qoyulmuş kəskin fərq tədricən aradan qalxırdısa, postsovet məkanında bunun cücərtiləri əmələ gəlirdi və onların yaranmasının bir çox səbəbləri var.

Birincisi, sovet pedaqogikasının tərkib hissəsi kimi inkişaf edən bədən tərbiyəsi və idman haqqında elmlə fəlsəfə arasında yaranmış uyğunsuzluq siyasi ideologiyadan fərqli düşünənlərə qarşı barışmaz münasibətin nəticəsi idi. Buna görə də "idman fəlsəfəsi" termini özü yolverilməz idi, çünki Qərbi Avropa mədəniyyətinin doğurduğu fikir idi, deməli, "burjuaziya ideologiyası" damğasına tuş gəlmişdi. Hesab olunurdu ki, sovet ictimaiyyət elminin belə parçalanması marksizmin üç əsas tərkib hissəsinin - dialektik və tarixi materializmin, siyasi iqtisadın və elmi kommunizmin inkişafına ziddir.

İkincisi, Sov.İKP-nin inadla yeganə dövlət ideologiyası kimi yeritdiyi marksist-leninçi fəlsəfəsi ilə yoğrulmuş doktrinaya zorən hörmət tələbi SSRİ dağıldıqdan sonra dəqiq elmlərin fəlsəfəyə mənfi münasibəti ilə əvəzləndi. Alimlər, fəal olaraq, fəlsəfi düşüncəni lənətləyərək, onu elmi axtarışlara vurulan qandal kimi qəbul etməyə başladılar. Bundan əlavə, postsovet dövlətlərinin mənəvi aləminə “plüralizm” adı altında elməbənzər fikirlərin, şübhəli ideyaların, anlaşılmaz konsepsiyaların və sistemsiz nəzəriyyələrin tam cəfəngiyyatı hakim kəsildi. Hərçənd "yenidənqurulub" azad olmuş ruhun bərpası, müxtəlif fəlsəfi cərəyanların palitrasının öyrənilməsinə meyl müsbət məqam kimi qeyd oluna bilər. Bunun nəticəsi kimi, bədən tərbiyəsi və idmanı araşdıran alimlər imkanları daxilində öz metodoloji nəticələrini qurmağa başladılar.

Üçüncüsü, fəlsəfə ilə idman arasındakı uyğunsuzluq buna qədər mövcud olmuş və idmanı yalnız yüksək nailiyyətlərə çatmaq, ölkəni beynəlxalq arenada şöhrətləndirmək üçün tətbiqi bir vasitəyə çevirən ictimai-tarixi təcrübə səbəb olurdu. Elmi tədqiqatlar əsasən idmançı orqanizminin təbii parametrləri üzərində qurulurdu. Bədən tərbiyəsinə isə, öz növbəsində, ancaq “hərtərəfli inikşaf etmiş şəxsiyyət" formalaşdıran pedaqoji prosesin bir elementi kimi baxılırdı. Buna görə də idman fəlsəfəsinə nəinki tələbat yox idi, bəzi hallarda o, qarşıya qoyulmuş məqsədə çatmaq üçün ideoloji maneə də ola bilərdi. Bədən tərbiyəsi və idmanda əsas diqqət müvafiq metodikaların hazırlığına yönəldilirdi. Bu məsələnin bu gün qanunauyğun davamı da bədən tərbiyəsi yönlü ali təhsil ocaqlarında bədən tərbiyəsinin nəzəriyyəsi və metodologiyası kafedralarının ixtisas-fənn məsələlərində “ağalıq" etməsidir. Qərbdə artıq çoxdan idmançının məşq prosesinin məqsədyönlü proqramı fərdi xarakter alıb. Çünki fəlsəfi ehtiyatlılıq tələblərinə görə, müasir insanın psixofizioloji təbiəti, onun mənəvi-intellektual “ab-hava"sı həyatın həddən artıq texnologiyalaşdırılmış həddinə tab gətirməyə qadir deyil. Başqa sözlə, rəngarəng idman-bədən tərbiyəsi cərəyanlarının elm mütəxəssisləri 21-ci yüzilliyin “yeni axınların gətirdiyi küləklər"in havasını hələ də hiss etmirlər, heç nə olmayıbmış kimi, köhnə qayda ilə işləyir, idmançı şəxsiyyətinin bu və digər “dinamik stereotiplər"i üçün işlənmiş matrikslərdən istifadə edirlər. Filosoflar isə qloballaşmanın təhlükələri, mədəniyyətlərin toqquşması, sivilizasiyanın harayı, qarşıdan gələn böhranlar barədə mücərrəd fikirlər səsləndirməklə məşğuldurlar.

İdman fəlsəfəsi yaranmış bu boşluğu aradan qaldırmalı, “sosiallığın gücü"nün insanın bioloji təbiətini dəyişməsinə necə təsir etdiyini göstərməli, bədən tərbiyəsi metodikasının yeni texnologiyaların nəzəri tərtibat imkanları əsasında qurulmuş müvafiq dünyabaxışı sistemini işləyib hazırlamalıdır.

Dördüncüsü, çağdaş filosoflar nəsli marksist metodoloji istiqamətləri rədd edərək, təbiət elmləri təmsilçilərinə anlaşılmayan, lakin dəbdə olan postmodernist düşüncə üslubuna keçib. Buna görə də onlar tələbə partası arxasında mənimsədikləri mövqelərdən çox da uzağa getməyiblər və bu da onların elmi tədqiqatlarının kateqoriya-məfhum mexanizmlərinin köhnəlməsinə gətirib çıxarıb. Çox nadir hallarda dissertasiya işləri və nəşrlərdə fikrin paradiqmalı ifadə tərzinə, müqayisəli metodlara, formal məntiqi nəticələrə əsaslanan yanaşmaya, konstruksiya metodikasına və məfhumların rekonstruksiyasına, reduksiyanın fenomenoloji metoduna və s. rast gəlmək olur. Ona görə də müasir filosoflar insan və cəmiyyətin mahiyyətini, həmçinin müasir sosial-mədəni məkanda bədən tərbiyəsi və idmanın rolunu müəyyənləşdirərkən, peşəkarlıq baxımından müxtəlif dillərdə danışırlar. Bütün bunlar ona gətirib çıxardı ki, onilliklər boyunca “bədən tərbiyəsi", “bədən mədəniyyəti", “idman" məfhumlarının əlaqəsi ətrafında müzakirələr aparılır.

1974-cü ildə Minskdə, 2000-ci ildə Moskvada, 2006-cı ildə Sankt-Peterburqda bədən tərbiyəsi sahəsində termin və məfhumların müəyyənləşdirilməsi məqsədilə konfranslar, dəyirmi masalar və konqreslər keçirildi. Lakin, bir qayda olaraq, müzakirələrdə iştirak edən hər kəs öz mülahizəsini yürüdür və yekunda onu dəyişmirdi. Ona görə də bədən tərbiyəsi, bədən mədəniyyəti və idman sahəsinin hər birinə dair nəşrlərin girişinin metodologiyadan bəhs edən hissəsi daha çox məsələnin ümumi təsəvvür üçün izahını verən əlifbanı xatırladır.

Ona görə bu barədə Nikolay Vizit qeyd edir ki, “əsas təyinlər"ə söykənərək, ifadələrin mahiyyətini genişləndirməkdənsə, onu dərinləşdirmək daha faydalı olardı".

Bədən tərbiyəsi və idman elmində Sovetlər dövründən bu yana formalaşmanın ilkin vaxtlarında əldə olunmuş biliklərin sistemləşdirilib təsnifatının verilməsi, idman fəaliyyəti sahəsinin bu və digər elementlərinin, növlərinin tərifini dəqiq vermək üçün strukturalist yanaşma üstünlük təşkil edib. Lakin bu gün bədən tərbiyəsi və idmanın gələcək inkişafına bu yanaşma tərzi heç bir fayda verə bilməz. Hətta bugünkü idman növlərini saymaq səmada ulduzların sayını göstərmək kimi bir şeydir. Hələ onilliklər öncə professor V.M.Platonov bununla bağlı qeyd etmişdi ki, idman sahəsindəki biliklər mütləq say ölçülərinə, hələ üstəlik, formal yanaşmaya sığa bilməz.

İdeoloji yüklənməsinə rəğmən, həm Sovet dövründə, həm də indiki zamanda bədən tərbiyəsi və idman elmi sürətlə inkişaf edir və istər təcrübi, istərsə də nəzəri cəhətdən böyük material toplayıb. Söhbət insanı sosial fəal, əməli-dəyişən mahiyyəti ilə nəzərdən keçirən marksist metodologiyasından gedir. K.Marksın fikrincə, dünya insanı qane etmədikcə, insan özü onu dəyişir. Tədqiqi fəaliyyətdə dəlillərin rolu kimi, hətta müəllifinin məşhurluğundan belə asılı olmayaraq, elmin təcrübə ilə əlaqəsi heç vaxt qüvvəsini itirə bilməz. Hətta, həyatın göstərdiyi kimi, Sovet dövründən idman-məşq və sağlamlıq-tərbiyə prosesinin əsaslandığı bu metodika və praktika o qədər davamlı oldu ki, bir çox xarici ölkədə o da məqbul sayıldı və dağıdıcı keçid dövrlərində formalaşmış sistemi bədən tərbiyəsi və idmana ayaq üstə qalmağa və dəyişən postsovet cəmiyyətlərində həqiqi potensialını qorumağa kömək etdi. Elə bununla da bədən tərbiyəsi və idmanın ideoloji deyil, humanitar mahiyyəti xüsusi vurğulanmış olur.

Üstəlik, nə qədər çoxsaylı, dərinləşdirilmiş, hərtərəfli fiziki (fizioloji, bioloji, biokimyəvi, biomexaniki və s.) elmi tədqiqat aparılsa da, insan təbiəti, onun bilik və bacarığı, istedadı, əyani, potensial və ehtiyat imkanları yenə də açılmamış qeyri-adi sirr olaraq qalır. İdman fəlsəfəsinin vəzifəsi bu sirri açmaqdır.

Hər bir dövr öz dilində danışır və insanın dünyanı mənimsəməsinin həddini göstərir. İdmanın dili, Hegelin təbirincə, insanın cismaniliyinin canlı fiqurları şəklində maddiləşirsə, fəlsəfənin dili insan mədəniyyətinin bütün nailiyyətlərini cəmləyir. Onun sözünə əsasən, fəlsəfə zamanın rəmzidir. “Fəlsəfə, - o yazırdı, - düşüncədə ifadə olunmuş zamandır”. Buna görə də idman fəlsəfəsinin başlanğıc vəzifələrindən biri bədən tərbiyəsi və idman haqqında elmi müasir anlayışlar aparatı ilə zənginləşdirməkdir. Buna görə də şablonlarla, təriflərlə və ya ədabaz ziyalı təmtərağı ilə doldurulmuş elmi dəst-xəttə fəlsəfi metamorfik-polemistik xarakter vermək lazımdır. O isə şüura təkcə məntiqi-səmərələşdirici dəlilləri ilə deyil, həm də assosiativ yaddaşının gücü ilə təsir göstərir.

Marks haqlı olaraq qeyd edir: "İnsanın hiss-həyəcanı olmadan, həqiqət axtarmaq olmaz".

Beşincisi, idman fəlsəfəsinin növbəti, lakin heç də az əhəmiyyəti olmayan məsələsi onun yerinin və müasir mədəniyyət və sivilizasiya nisbətində ümumi mədəniyyətin tərkib hissəsi kimi, rolunun açılmasıdır. Başqa sözlə, idman fəlsəfəsi, mədəni-tarixi fenomen kimi, onun məzmununu açmalı, ilkin mənasını üzə çıxarmalı və inkişaf perspektivlərini göstərməlidir.

İdmanda bədən tərbiyəsi insanın həyat və fəaliyyətinin digər sahələrinin heç birində olmadığı qədər sivilizasiyanın nailiyyət və çatışmazlıqlarını əks etdirə bilir. Əgər sivilizasiyaya polşalı yazıçı Semin verdiyi obrazlı xarakter süzgəcindən baxsaq, insan rahatlıq və rifahının hesabını sağlamlığı, fiziki fəallığı və cisminə dəyən ziyanla ödəməli olur.

Bir çox mütəfəkkirlərə bir fakt anlaşılmaz olaraq qalır: informasiya texnologiyalarında təcəssüm olunan mədəni-sivil tərəqqi müasir tarixin dönüş nöqtələrində insanın özünə qarşı çevrilir. İdman var gücü ilə bu təmayüllərə qarşı tab gətirir; hərçənd bu və ya digər ölçüdə kommersiyalaşdırma idmançıların fiziki imkanlarını artıran və ehtiyat qüvvəni tükənməyə qoymayan, lakin asta-asta varlığını əlindən alan müxtəlif dərman preparatlarının qəbul edilməsini xatırladan mikrobların ağrıverici təsirlərini idman öz üzərində hiss edir.

Altıncısı, idman fəlsəfəsinin vəzifəsi idmanın həyatverici qüvvəsini açmaqdır. Məhz bədən tərbiyəsi və idmanın inkişafında bəşəriyyət, əvvəlki sivilizasiyaların böhran tarixində olduğu kimi, öz xilasını tapa bilər. Bu mənada idman və ümumiyyətlə, bədən tərbiyəsi bütünlüklə təkcə insanın yaşamı, onun daim dəyişən ətraf mühitə uyğunlaşması baxımından vacib deyil, eyni zamanda, ətraf aləm və öz təbiəti üzərində üstünlüyünün təmin olunmasına yönəlib. İdmanın əsas məqsədlərinin ideya mayasında insanın öz imkanlarının hüdudlarından kənara çıxmaq, mövcud real varlığının sərhədlərini aşaraq, mənəvi-fiziki və yaradıcı potensialını həyata keçirməkdir.

Buna görə idman fəlsəfəsinin belə bir tərifini də vermək olar: o, insan cismaniliyinin meyarlarını bədən tərbiyəsi şəklində yaradan və bərpa edən müstəsna sosial-mədəni hadisə kimi, idmanın mahiyyətini və mənasını öyrənən fənlərarası elm sahəsidir. Yəni idman fəlsəfəsi onu üç müstəvidə öyrənir: elm, incəsənət və fəlsəfi əsatir.

“İdmanın ideyası"nın və "idman fəaliyyəti"nin xüsusiyyətlərinə dialektik məntiqin tələbləri ilə ekzistensialist fəlsəfənin vəhdəti daha uyğun gəlir. Belə formal məntiqi nəticəyə əsaslansaq, idman insanın cismani-mədəni üsulla onu əhatə edən obyektiv reallığa qoşulması deməkdir və buna uyğun olaraq, o, obyektiv reallığa çevilən "idman dünyası"nı formalaşdırır.
Əsas mahiyyət cizgiləri - oyun və yarış xüsusiyyətləri, ictimai əsasları, baxımlılığı ilə idman özünəməxsus tərzdə insanın cism və cana haçalanması probleminin qarşısını alır. İdman insan qəlbinin sirli mahiyyətinin pərdəsini qaldırır, çünki cismini alışmadığı və qeyri-adi rola köçürür. İdmançı həyatının faciəviliyi onun üzücü məşq-hazırlıq prosesi ilə özünü həyatın bir çox nemətlərindən, ləzzətindən kənar qoymasında və yarışlarda iştirak etməklə həddən artıq gərgin qüvvə sərfinə yol verib sağlamlığını itirmək təhlükəsi ilə üz-üzə qalmasındadır. İdman, bir qayda olaraq, gələcək illərin qayğısına qalmayan gənclik cazibəsidir. Elə buna görə də idman həmişə cəzbetmə ovsununa malik olur və onun oyun təməlində "insan varlığının sirri" gizlənir. İdman yarışını isə onun nəticəsi sirli olan, bədahətən, naməlum maraqdan öz-özünə yaranan qeyri-iradi uşaq oyunu ilə ("elə-belə", sadəcə, oyun xatirinə oynayırlar) müqayisə etmək olar. A.Eynşteyn deyirdi ki, uşaq oyununun sirləri ilə müqayisədə, atom bombasının sirləri heç nədir.

İdman, incəsənətin digər növlərində olduğu kimi, insanın ümumkollektiv mədəni-tarixi yaradıcı prosesə "aidliy"ini əvəz edir, onun bu prosesdə iştirakı xəyalını yaradır. İdman hadisəsini izləyən şəxs yarış iştirakçısının uğur və məğlubiyyətinin hiss-həyəcanını yaşayır. Bu mənada, idmanı insanın cismi-fiziki və mənəvi-yaradıcı qüvvəsinin cəlbedici-baxımlı, nəticə etibarilə, yarış oyunu kimi müəyyənləşdirmək də olar.

İdman fəlsəfəsi antropologiyasında ekzistensialistlərin bir müddəası da maraq doğurur: cismani hərəkətlərdə insanın onu əhatə edən sosial mühitə daxil olması cazibəsi də var. Cismani məharətini nümayiş etdirən insan digər iştirakçılarla təmasda olur və J.P.Sartrın fikrincə, beləliklə, xarakterinin azadlıq keyfiyyətini aşkar edir.

İdman varlığın canlı fəlsəfəsidir. Təsadüfi deyil ki, romantik Pyer de Kuberten olimpizmi "həyat fəlsəfəsi" adlandırırdı. Başqa sözlə, idman ilk əvvəl fəlsəfədir. Çünki o, real yaradıcı və canlandırıcı qüvvəsi ilə həyata, kamilliyə can atan insanın cismani gizli potensial təbii gücünü nümayiş etdirir. İdman fəlsəfəsi insanın sirli, təcrübədən asılı olmayan idrak gücünü, onun hyat eşqini açmalıdır.

Yeddincisi, özündə fiziki və estetik çalarları birləşdirən müstəsna sosial-mədəni hadisə kimi, idman fəlsəfəsinin növbəti məsələsi qlobalizmin etnik-milli köklərə təsiri problemləridir. Müasir dövrün bu kəskin probleminin birbaşa idmana da aidliyi var. İlk baxışda bu, millətləri, xalqları yaxınlaşdırır, amma başqa bir tərəfdən, yarış xüsusiyyətlərini milli-vətənpərvər zəminə kökləyir. Müxtəlif növ beynəlxalq yarışlarda qalib gələn, məğlub olan ayrı-ayrı idmançılar deyil, onların təmsil etdiyi ölkələrdir. Beləcə, idman da milli olan dünyəvi mədəniyyət dəyərinə çevrilir.

Müasir idman qloballaşması prosesində milli çaların aradan götürülməsi onu deformasiyaya uğrada, cəlbedicilikdən sala və idmançının təmsil etdiyi xalqın mənəvi dəstək gücündən, deməli, idmanı ona qəhrəmanlıq naminə verilən qurban şərəfindən məhrum edə bilər. Axı, idman nailiyyətləri məhrumiyyətlər, müxtəlif həyat ləzzətindən məqsədyönlü və şüurlu imtina, fiziki imkanların və bacarığın birtərəfli qaydada məhdudlaşdırılması və idman həyatı başa çatdıqdan sonra heç bir məqsədi qalmayan səbəbsiz sirli qurbanlar hesabına başa gəlir. Yazıçı Corc Oruell deyirdi ki, "ciddi idman - müharibə, çıxılsın ölüm deməkdir". Məsələn, yunanlar olimpiya oyunlarının qalibini ən yaxşı yunan sayırdılar. Təsadüfi deyil ki, yarışda qalib gələnin mükafatlandırılması zamanı həmişə milli atributlardan istifadə olunur. Amma təkcə bir maddi mükafat yetər ki, idmançı alınıb-satılan əmtəə malına çevrilsin. Nəticədə o, biznes əjdahalarının dişinə tuş gəlir və bu da insanların hiddətinə səbəb olur. İdman fəaliyyətinin, idmanın kommersiyalaşmasının artması nəticəsində şəklini bu cür dəyişməsinin bir nəticəsi də qloballaşmadır.

İdman fəlsəfəsi belə bir şəraitdə nəzəri bərpanı təmin etməklə, idmanın başlanğıc ideallarına yarış xarakterini alovlandıran yeni mahiyyət gətirməli, onu sivilizasiyanın qlobal girdabından qurtarmalıdır. Tarixən Xeyir və Şərin mübarizəsində ümumbəşəri dəyərlərin meydanı olan idman reallığının əsas silahı humanizm olub. Başqa sözlə, idman fəlsəfəsinin işləyib hazırladığı etik problemlərə həsr olunmuş məsələlər idmanın, sosial institut kimi, işləməsinin mühüm məsələsinə çevrilir, çünki o, ictimai hadisədir və özlüyündə, öz-özünə mövcud deyil.

Yuxarıda qeyd olunan formal məntiqi əsaslarda bir məsələni xüsusi qeyd etmək istərdim ki, "ideallar" və "dəyərlər" məfhumları eynilik təşkil etmir, hərçənd bir-biri lə bağlıdır. Dəyərlər ideallardan törəyir və dünyagörüşü kateqoriyasıdır.

Xatırlatmaq istərdim ki, dəyərlərin öyrənilməsi, söhbət insanın peşəkar fəaliyyət dairəsini seçəndə üstünlük verəcəyi sahələrdən gedirsə _ sosiologiyanın; sübut-dəlilli əsaslardan söhbət düşürsə _ sosial-psixologiya elminin; fiziki tərbiyə, sağlamlığın əsas dəyərlərindən, əhalinin müxtəlif təbəqələrinin, xüsusən də böyüməkdə olan nəslin bədən tərbiyəsindən söz açılırsa _ sosial pedaqogikanın obyektidir. İdeallardan söz düşürsə, təcrübədən asılı olmayan idrakın insan həyatının bütün istiqamətlərini əhatə edən məram-niyyəti, məqsədləri məhz idman fəlsəfəsinin tədqiqat sahəsidir. Bugünkü dövrdə Pyer de Kubertenin idman fəlsəfəsindəki idmanın poetik mahiyyətini təbliğ etmək vacibdir. Müasir dövrdə, bəlkə də, ictimaiyyətçilər "kubertenizm" adlandırılacaq idman fəlsəfəsi məktəbini inkişaf etdirmək barədə düşünsələr, daha yaxşı olar.

İdman Xeyirin fəlsəfəsini təsdiqləyir və Şərin anlaşılmaz mühakiməsini rədd edir, hərçənd onun da zərərli təsirini öz üzərində hiss edir. İdman, onun növlərinin və ictimai hərəkatlarının inkişaf müddəaları belə söyləməyə əsas verir.

Nəticə.
Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, postsovet məkanında idman fəlsəfəsinin inkişafı üçün münbit nəzəri əsaslar formalaşmaqdadır. Qeyd-şərtsiz, zaman keçdikcə, idman fəlsəfəsi də idman psixologiyası, idman sosiologiyası, idman pedaqogikası, mədəniyyət fəlsəfəsi, din fəlsəfəsi, texnika fəlsəfəsi, biznes fəlsəfəsi və s. kimi "yaşamaq hüququ"nu əldə edəcək.

Çox yaxın gələcəkdə ingilis-amerikan və Qərbi Avropa ənənələr məktəbi ilə yanaşı, digər ölkələrdə də bədən tərbiyəsi və idman elminin humanitar istiqaməti sürətli inkişaf yoluna qədəm qoyacaq.
Xəbər 5052 dəfə oxundu



 
Müəllifin son yazıları



  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru