Hücumçu axtarışlarını davam etdirən «Beşikdaş»a Cimmi Briandan pis xəbər gəlib. İdman.com.az saytının məlumatına görə, «Lion»un qolçusu İstanbul klubunun təklifini rədd edib.
«Beşikdaş» - Brian görüşlərinin nəticəsi barədə «Lion»un prezidenti Jan-Mişel Aulas açıqlama verib. Türk klubunun onlara Brian üçün transfer təklifi etdiyini söyləyən Aulas, bu təklifi qəbul etdiklərini, ancaq oyunçunun komandadan ayrılmaq istəmədiyini söyləyib.
.
«Lion»un 3 mövsüm əvvəl «Renn»dən transfer etdiyi Brian, ilk 2 mövsümündə I Divizionda 15 qol vurmuşdu. Bu mövsüm az forma şansı tapan 27 yaşlı oyunçunun 10 matçda 1 qolu var.
.
Digər yandan «Beşiktaş» rəhbərliyi, texniki heyətin hesabatı istiqamətində, orta xətti möhkəmlətmə etmək üçün də işlərini davam etdirir.
«Lion»u isə bu qış Lisandro Lopes, Mişel Bastos və Bafetembi Qomis tərk etməlidilər.
|