AZAL Elşən Məmmədovla bağlı qərarını verib. Baş məşqçi Vaqif Sadıqov millimizin sabiq üzvünün komandada qalmasına qərar verib.
Qeyd edək ki, 32 yaşlı hücumçu 2011-ci ildən AZAL-da çıxış edir (23 oyun, 4 qol). Əvvəllər “İnter”, “Standard”, “Qarabağ”, “Simurq” və “Muğan”da çıxış etmiş Elşən 6 dəfə milli komandaya çağırılıb.
Onu da qeyd edək ki, AZAL bundan əvvəl Aqil Nəbiyev, Yasin Abbasov, Etibar Şahmərdanov, Səbuhi Həsənov, Rəhman Musayev və Artur Patraşla yollarını ayırıb.
|