Fransanın məşhur “Ekip” nəşri ilin rəmzi futbol yığmasını müəyyənləşdirib. 11 futbolçunun yer aldığı siyahıda ən çox ispan klubunun üzvləridir.
Belə ki, “Barselona” ilə “Real”dan hərəyə 4, digər 3 futbolçu isə “Bavariya” “Çelsi” və “Mançester Siti” klublarının şərəfini qoruyur. Onlar isə bunlardır:
Qapıçı: İker Kasilyas (“Real”, İspaniya)
Müdafiəçilər: Filipp Lam (“Bavariya”, Almaniya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Serxio Ramos (“Real Madrid”, İspaniya), Xordi Alba (“Barselona”, İspaniya)
Yarımmüdafiəçilər: Xabi Alonso (“Real”, İspaniya), Ramires (“Çelsi”, İngiltərə), Xavi (“Barselona”, İspaniya)
Hücumçular: Andres İnyesta (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, İspaniya), Kriştiano Ronaldo (“Real”, İspaniya).
|