Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
21/11 | 21:08 Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21/11 | 21:00 Ağsuda şahmat üzrə birinciliyin final mərhələsi start götürüb
21/11 | 20:36 Hakimlər və məşqçilər üçün seminar keçirilib
21/11 | 19:32 İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada təlim-təcrübə səfərindədirlər
21/11 | 19:20 Valtteri Bottas Əbu-Dabi Qran-Prisində cərimələnə bilər
21/11 | 19:00 Bakıda təşkil olunacaq alpaqut üzrə ikinci dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib
21/11 | 18:56 “Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib
21/11 | 18:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
21/11 | 17:44 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
21/11 | 16:51 Yeniyetmə qılıncoynadanımız İranda qızıl medal qazandı
21/11 | 16:14 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21/11 | 15:06 “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
21/11 | 14:53 Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
21/11 | 14:34 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
21/11 | 13:57 Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
21/11 | 12:59 Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
21/11 | 11:11 Qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək
21/11 | 10:17 Karateçilərin Azərbaycan çempionatı keçiriləcək
21/11 | 10:04 Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
21/11 | 09:55 Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
20/11 | 21:33 “Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
20/11 | 20:22 UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20/11 | 19:16 Badminton üzrə respublika çempionatının açılış mərasimi keçirilib
20/11 | 18:55 AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20/11 | 18:02 Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
20/11 | 17:51 Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək
20/11 | 17:34 Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
20/11 | 16:51 Futbol üzrə Azərbaycan I Divizionda XI turun oyunları üçün bütün təyinatlar məlum oldu
20/11 | 15:52 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/11 | 15:13 Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar müəyyənləşdi
20/11 | 14:41 Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
20/11 | 14:14 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
20/11 | 13:17 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
20/11 | 12:29 Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
20/11 | 11:32 Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
80 yaşın mübarək, 100 yaşa, «İdman»!
Tarix: 21.12.2012 | Saat: 23:28:00 | E-mail | Çapa göndər
2012-ci il Azərbaycan idman tarixində xüsusi yer tutacaq. Təbii ki, 365 gün ərzində Azərbaycan yenə böyük yarışların məkanı oldu, beynəlxalq arenalardan qələbə soraqları gəldi, yeni idman qurğuları istifadəyə verildi. Amma onu xüsusiləşdirən bu deyildi: idman Azərbaycanın iqtisadi potensialının daha bir göstəricisinə çevrildi. İndi böhran ölkələrin idmana münasibətini dəyişib - o, ikinci plana keçib. Azərbaycanda isə 90-cı illərdən qoyulmuş ənənə var: Heydər Əliyevin müstəqilliyin ən çətin dövrlərində bədən tərbiyəsi və idmana verdiyi önəmin dəyəri bu gün üzə çıxır. Həmin vaxt idman Azərbaycan cəmiyyətinin formalaşması naminə, milli ruhun təntənəsi, xalqın özünütəsdiqi üçün vacib idisə, bu gün həm də beynəlxalq imicin formalaşmasına xidmət göstərir, nüfuz göstəricisinə çevrilir. 2012-ci ildə bu mənada zirvə nöqtəsi oldu və ölkə başçısının onu «İdman ili» elan etməsi ilə səsləşdi. İl daha bir məqamı ilə xüsusiləşdi, belə demək mümkünsə, bütövləşdi - idmanımızı yaşadan, ülviləşdirən bir sahənin - ən qocaman idman mətbu nəşrinin 80-illik yubileyi ilə zənginləşib ucaldı.

«İdman»ın 80-illik yubileyi ölkədə populyarlaşmaqda olan «Formula 1» bolidlərinin, motosiklet ustalarının şou tamaşalardan, yarışlardan tutmuş seminar, sərgi, görüş, təqdimat mərasimlərinə və digər məclislərlə, zal və salonlardan yarış meydanlarına qədər bir sıra hadisələrlə zəngin oldu. Təntənələrin zirvəsi isə dekabrın 21-nə – dünyanın həsrətlə nəyinsə sonunu gözlədiyi bir günə təsadüf etdi. «Azərbaycan bədən tərbiyəçisi» kimi fəaliyyətə başlayıb, sonralar «İdman» adlandırılmış qəzet təkcə idmanımızın salnaməçisi olmayıb, qurub-yaradıb, yönəldib-düzləndirib, neçə-neçə layihələrə həyat verib, idmanın Azərbaycanda kök atıb genişlənməsində danılmaz rol oynayıb.

80 ilin yadigarının haqqı çatdığı yubiley təntənəsinin bu qədər coşğun və yaddaqalan olması dövlət başçısının idman ili ilə bağlı imzaladığı tədbirlər planına uyğun həyata keçirilməsi ilə bağlıdır. Yubiley tədbirlərinə Gənclər və İdman Nazirliyi ona dəstək olması ilə töhfəsini verdi. Bu da təsadüf deyil - Gənclər və İdman Nazirliyi ən ağır günlərində «İdman»ın yaşamasına xüsusi təkan verən qüvvə olub. Bakı Əyləncə Mərkəzində keçirilən yekun yubiley tədbirində dövlət və hökumət rəsmilərinə, məşhur idmançılara, olimpiyaçılara, idman ictimaiyyətinin veteranlarına, xadimlərə, media nümayəndələrinə və sadə oxuculara qədər hər təbəqənin təmsilçisi var idi.

Məclisin sırf rəsmi və adi olmayacağı ilk anlardan bilindi - təbii qanunauyğunluqdur. Axı, «İdman» tarixi boyunca cəmiyyətlə, onun hər bir təbəqəsi ilə səmimi olub, elə buna görə sevilib və seçilib. Məclisə gələnlərin dilindən bunu dəfələrlə eşitdik. Hər söhbətin mövzusu yalnız bu idi. Axı, onların hər birinin «İdman»la bağlı öz xatirəsi var.
Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Aparıcılar idmanımızın tarixinə qısa səyahət edib, «İdman»ın ötən illərdəki fəaliyyətindən bəhs etdilər və sözü gənclər və idman naziri Azad Rəhimova verdilər.

- Möhtəşəm, hadisələrlə zəngin ili başa vururuq. İlin yekunu kimi «İdman»ın yubileyinə toplaşmağımız, bu hadisələrin «İdman»ın yubileyi ilə üst-üstə düşməsi təsadüf deyil. Ümumən, ölkə başçısının bu ili «idman ili» elan etməsindən sonra həqiqətən də möhtəşəm, tarixi hadisələrlə zəngin bir dövrə qədəm qoyduq. İdmanımız tarixində ilk dəfə olimpiya oyunlarında ən geniştərkibli idmançı heyəti ilə təmsil olunduq, ilk dəfə 10 idmançımız olimpiadada medal qazandı, dünyanın idman ölkələri arasında, olimpiya nailiyyətinə görə, ilk 30 ölkə arasında yer aldıq, - deyə ilin uğurlarını sadalayan Azad Rəhimov qeyd etdi ki, təkcə olimpiya oyunları deyil, həmçinin istər yarış, istər təşkilatçılıq, istərsə də quruculuq sahəsində tam fərqli bir il yekunlaşır. - 735 medal qazanılıb və bu o deməkdir ki, bir gün ərzində iki dəfə bayrağımız müxtəlif arenalarda dalğalanıb. İdmanın ən böyük tarixi missiyası da elə budur – Vətənə xidmət.
Nazir Azad Rəhimov qeyd etdi ki, bu il təkcə olimpiya medalları ilə deyil, digər idman fəaliyyət istiqamətlərində də uğurlu olub.

- Bu il 17 yaşlı futbolçu qızların dünya çempionatı Bakıda möhtəşəm bir aksiyaya çevrildi və tarixdə iz qoydu. Azərbaycanın regionlarının idman tədbirləri keçirilməsi sahəsində fəallığı artırıldı. Təkcə Bakıda 50-dən artıq beynəlxalq yarış keçirildi, - deyərək Azad Rəhimov, bu il həm idmanımızın, həm də ölkənin nüfuzunun təsdiqi olan qərarlardan da danışdı. - Azərbaycan 2015-ci ildə şahmat üzrə dünya kubokuna, 2016-cı ildə şahmat olimpiadasına ev sahibliyi edəcək. Belə qərarlar bu il çox oldu, amma daha bir əhəmiyyətlisini xüsusi qeyd etməliyik: Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyası qitə idmanında ən əhəmiyyətli və böyük tarixin başlanğıcı olacaq idman bayramını - ilk Avropa Olimpiya Oyunlarını keçirməyi Bakıya həvalə etdi. Belə hadisələrlə zəngin dövrdə «İdman» qəzetinin 80 illik yubileyinin qeyd olunması ikiqat fərəhlidir.

«İdman»ın 1932-ci ildə fəaliyyətə başlamasını və bu gün bütün dünyada bədən tərbyiəsi və idmanı təbliğ edən yeganə dövlət nəşri olmasını qeyd edən Azad Rəhimov, qəzetin şərəfli bir yol keçdiyini, tarix yazdığını, idmançıları, böyük hadisələri unutmağa qoymadığını və bu gün də şərəflə həmin yolu davam etdirdiyini söylədi.
- Ölkəmizdə bədən tərbiyəsi və idmanı işıqlandıran çoxsaylı nəşrlər, elektron informasiya vasitələri, telekanallar var. Onaların arasında, məhz tarixinə görə, «İdman»ın xüsusi yeri var. Qəzet həm də öz irsi ilə böyük məktəbə çevrilib. İstərdim ki, «İdman» həmişə idmanımızın uğurları ilə qoşa addımlasın.
Məclisdə elan olundu ki, «İdman» qəzeti «İdman ləyaqəti» media mükfatını təsis edib və bu sahədə xüsusi fərqlənən, xidməti ilə seçilən, usanmaz fəaliyyəti ilə nümunə olan şəxslərə, təşkilatlara təqdim olunacaq. Qəzetin redaksiya heyətinin yekdil qərarına əsasən, bu ada ilk layiq görülən şəxs Azad Rəhimovdur. Onu gənclər və idman nazirinə bir müddət qəzetə başçılıq etmiş veteran jurnalist Oqtay Bayramov təqdim etdi.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışına idmanın ictimai rolu və funksiyasını qiymətləndirməklə başladı:

- Hər bir ölkənin iqtisadi, siyasi, hərbi gücü nə qədər çox olsa da, onu dünyada tanıdan, yerini müəyyən edən ən gözəl vasitə idmanı və mədəniyyətidir. Çünki idmanla mədəniyyət xalqlar, insanlar arasında əlaqələrin qurulub-möhkəmlənməsində, sağlamlığın keşiyində dayanan və onu təbliğ edən ən vacib vasitələrdir. Bayrağımız və himnimiz bir-dövlət başçımızın, bir də-idmançımızın şərəfinə ucalırsa, bunu isbat etmək üçün başqa sözə ehtiyac yoxdur. Təsadüfi deyil ki, müstəqil ölkəmizə başçılıq etməyə başlayan ümummilli lider Heydər Əliyevin yaratdığı ilk dövlət qurumu məhz Gənclər və İdman Nazirliyi olub. Ümumiyyətlə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində hələ ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəlində böyük sıçrayışla inkişaf etməyə başlayan idmanımızın həqiqət soraqlarını yayan, yaşadan və bu gunumüzə çatdıran vasitə məhz «İdman» qəzeti olub, - deyə çıxışının sonrakı hissəsini «İdman» qəzetinə və ümmumiyyətlə mətbuatın roluna yönəldən Əli Həsənov qeyd etdi ki, bu, böyük tarixi və şərəfli missiyanın öhdəsindən «İdman» qəzeti indi də layiqincə gəlir, - Əsas səbəb bu gün də idmanın dövlət siyasətində prioritet olmasıdır. Təkcə onu demək kifayətdir ki, bu gün dövlət rəhbəri İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir.

Əli Həsənov maraqlı müqayisəli təhlil misalı da çəkdi. Dünya ölkələri arasında əhalisinin sayına görə idman potensialı üzrə dərəcələmə aparılsa, Azərbaycan yalnız 3-4-cü qrupda yer ala bilər:
- Amma əldə olunan nailiyyətlərə, olimpiya oyunlarındakı uğurlara diqqət etsək, görərik ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə qoşa addımlayır. Bu, ölkədə idmanın tutduğu yerin bariz göstəricisidir. Elə 2015-ci ildə Avropanın ilk Olimpiya Oyunlarının ölkəmizə həvalə olunmasını da misal göstərmək olar. Bu, həm də ölkənin nüfuzunun göstəricisidir. Əminəm ki, Azərbaycan idmanının keşiyində dayanmış, layiqli və tanınmış idman jurnalisti nəsli yetişdirmiş qəzet üzərinə düşən bu tarixi yükü layiqincə daşıyacaq, bundan sonra da əzmlə, səylə, cəsarətlə idmanımızın bayrağının yüksəlməsinə xidmət göstərəcək.

Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarının müşayiəti ilə davam edən tədbirdə daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ürək sözlərini dilə gətirdi:
- 50 ildən artıqdır ki, «İdman» qəzetinin oxucusuyam. Lap uşaqlıqdan, məktəb illərindən qəzeti izləmişəm, həvəslə oxumuşam və buna görə bu bayram mənim üçün də xüsusi əhəmiyyət kəsb edir, - deyə çıxışa başlayan Çingiz Hüseynzadə «İdman»ın 80-illik yubileyinin ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan bir illə üst-üstə düşməsini əlamətdar hadisə kimi dəyərləndirdi. - Bu il biz Milli Olimpiya Komitəsinin 20-ci ildönümünü qeyd etdik, olimpiya oyunlarında tarixi nailiyyət əldə edib, aparıcı idman dövlətləri sırasında yer aldıq. Bu il tarixi qərarlar verildi, ən vacibi, 2015-ci ildə Avropanın ilk olimpiya oyunları ölkəmizdə keçiriləcək. Bütün bunlar göstərir ki, Azərbaycan idmanı ən doğru yolla inkişafdadır.
Çingiz Hüseynzadə bu illərdə qəzetin yaşamasında, inkişaf etməsində, obyektivliyində əhəmiyyətli rol oynadığına, mətbuatımızın qocaman nəşrinin fəaliyyətini səmərəli davam etdirməsinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü ifadə etdi. «100 yaşınız daha böyük uğurlarla qeyd olunsun» deyərək, kollektivə uğurlar dilədi.

«İdman» qəzetində lap Sovetlər dövründən ilk addımlarını atan gənclər püxtələşərək, SSRİ-nin dörd bir yanında tanınmış, nüfuzlu və peşəkar kadrlara çevriliblər. 90-cı illərdə bir müddət qəzetə başçılıq etmiş və idman jurnalisti karyerasının ən əhəmiyyətli dövrünü «İdman»da keçirmiş Oqtay Bayramov çıxışında həmin illəri xatırlayıb, işlədiyi illərdən canlı xatirələrini danışaraq, əməkdaşların fədakarlığından söhbət açdı:

- Mən özüm 4 baş redaktorla işləmişəm. Əminliklə deyə bilərəm ki, «İdman» özü bir dünya, bir ailə idi. Bu qəzetdə yetişməmək mümkün deyildi. Hər bir kəsə xüsusi diqqət var idi, hamı bir-birinin əlindən tuturdu. Peşəkarlıq qəzetin səhifələrində aydın görünürdü Buna isə hər kəs qiymət verə bilərdi və verirdi də, - deyən Oqtay Bayramov qəzetin tirajının 100 min həddini aşmasının səbəblərindən söz açdı. Təcrübəli jurnalist baş redaktorlar haqqında xatirlərini bölüşüb, işçilər arasında idmançıların yer alması haqqında da xüsusi rəy bildirdi. - «İdman» məhz bununla fərqlənərək, Azərbaycana idmançıları yeni bir sahədə kadr kimi yetişdirirdi. Onların hər biri haqqında saatlarla danışa bilərəm və bu mənə xüsusi zövq verər. Lakin şadam ki, bu gün həmin ənənələr layiqincə davam etdirilir, yaşadılır. Ölkə idmanının inkişafında yeni söz məhz bizim qəzetin səhifələrində deyilir.

Oqtay müəllim çıxışını «80 yaşın mübarək, 100 yaşa, «İdman»! sözləri ilə başa vurdu.
Mərasimin ən kövrək məqamları bu qəzetin tarixində əhəmiyyətli rol oynamış, iz qoymuş, ölkə idmanına xidməti danılmaz olan şəxslərə – qəzetin baş redaktorlarına minnətdarlıq hissinin bildirilməsi ilə yetişdi. Əlbəttə, 80 il ərzində keçilən yolda itgilər də olub və qəzetə rəhbərlik etmiş şəxslərin böyük əksəriyyəti aramızda yoxdur. İdman qəzetinin bugünkü kollektivinin onlara böyük hörmət və ehtiramının əlaməti, tarixi vərəsəyə biganə qalmamasının göstəricisi və ənənələrə sədaqətinin nümunəsi olaraq, dünyasının dəyişimiş «İdman»çılara Allahdan rəhmət diləndi, onların övladlarına xüsusi minnətdarlıq ifadə edən hədiyyələr təqdim olundu. Gənclər və idman naziri Azad Rəhimov və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov hədiyyələri Mirpaşa Miriyevin qızı Ulduz Miriyevaya, Oqtay Atayevin oğlu Teymur Atayevə, Aqşin Kazımzadənin oğlu Şahin Kazımzadəyə, Arif Şəfizadənin oğlu Rəşad Şəfizadəyə təqdim etdilər. Qəzetin baş redaktoru olmuş və hazırda Britaniyada yaşayan və fəaliyyət göstərən Toğrul Bağırovun hədiyyəsi isə o vaxt onun müavini işləmiş Fuad Dərgahlıya verildi.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov çıxışına «Görünən dağa nə bələdçi» sözləri ilə başlayaraq, «İdman»ı özünə doğma qəzet kimi qiymətləndirdi:
- Lap uşaqlıqdan bu qəzetin daimi və ən sadiq oxucularından olmuşam, onunla fəxr etmişəm. Mənim kimi yüz minlərlə insan var idi. Ona görə “yüz minlərlə” deyirəm ki, qəzetin tirajı 100 mini aşmışdı. «İdman» hər şəhərdə, hər kənddə, hər evdə sevilirdi. Əldən ələ gəzirdi, köşklərdə tapılmırdı. Bu gün də «İdman» peşəkarlığı, obyektivliyi ilə fərqlənir.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxışına Heydər Əliyevin sözləri ilə başlayaraq, idmanı mədəniyyətin ayrılmaz tərkib hissəsi adlandırdı:
- Təşkilatımızın 107 yaşı var. Bu illərin hamısını idman dünyası ilə birgə addımlamışıq və bir ailə olmuşuq, dərdlərimizi, sevincimizi bir bölüşmüşük, problemlərimizi bir həll etmişik. Ona görə də böyük məmnuniyyətlə «İdman» qəzetinin yubiley tədbirinə qatılaraq, kollektivə ən səmimi arzularımı çatdırıram. Azərbaycanda idmanın böyük ənənələr məktəbi ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranmışdı və o məktəb bu gün ölkə başçısı İlham Əliyevlə yeni-yeni zirvələr fəth edir və bizi sevindirir, - deyən Cəmilə Səttarova «qoy qəzetinizin ömrü Azərbaycan xalçasının ömrü qədər uzun, fəaliyyətiniz onun qədər rəngarəng və mənalı olsun, ölkəmizə məşhurluq gətirsin» diləyi ilə, başçılıq etdiyi sahənin fəaliyyət rəmzi kimi hədiyyəsini təqdim etdi.

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun 80 nömrəli köynəyi qəzetin baş redaktoru Qabil Mehdiyevə təqdim etməsi də rəmzi anlardan oldu.
Qəzetin kollektivi mükatlandırıldı. Mükafat və hədiyyələri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov təqdim etdilər.
- Əvvəllər məndən soruşanda, «80 il yaşamaq olar?» deyə təəccüblənirdim. Bu gün isə deyirəm ki, 80 yaş nədir ki! Bir qəzet üçün 80 ilin nə demək olduğunu isə «İdman» bizə öyrədir, bu ili necə yaşamaq lazım olduğunu da «İdman» bizə əyani vasitə kimi göstərir, - deyə həmişəki kimi orijinal olan Veteranlar İttifaqının sədri Yaşar Məmmədov «qoy sözünüz də bu xəncər kimi kəsərli olsun» deyərək, Eyfel qülləsini xatırladan hədiyyəni təqdim etdi.

«Təhsil» Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov ölkədə fəaliyyət göstərən idman təşkilatları adından təbriklərini çatdıraraq, idman məktəblərinə, veteranlara münasibətinə görə «İdman»a təşəkkürünü dilə gətirdi, bu nümunənin digər mətubat orqanlarına da örnək olduğunu dedi.
«Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev bugünkü rəqabət dünyasında «İdman» qəzeti ilə əməkdaşlığın nümunəsindən söz açdı və bunu digər idman nəşrlərinə örnək saydı. Çünki idman yalnız meydanda rəqabətdir, nəşrlər arasında əməkdaşlıq inkişafa zəmanətdir. O, qəzetdə həmişə peşəkar kadrların çalışdığını xüsusi qeyd edərək, bu gün böyük tarixi irsi layiqincə daşıyanlara minnətdarlığını bildirdi.

Səmimi təbriklərə görə təşəkkürünü bildirən «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev bundan sonra da qəzetin bədən tərbiyəsi və idmanımızın keşiyində daynacağına, ənənələrə sadiqliyin qorunacağına hər kəsi əmin etdi.

BATI YAR

Xəbər 1256 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
11.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
13.07.2012 Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib
15.05.2012 İdman iliniz mübarək!
14.05.2012 Uğurumuzun növbəti təntənəsi - beynəlxalq velotur


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru