İspaniya La Liqasında XVII turun oyunlarına start verilib. İlk oyun günündə üç qarşılaşma baş tutub.
“Levante” səfərdə "Rayo Valyekano" ilə üz-üzə gəlib. İlk hissədə taboldakı sıfırla dəyişməyib. Lakin ikinci yarıda azarkeşlər 3 qola şahidlik edib. Bu topların hər üçünü də meydan sahibləri vurub.
Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Espanyol" evində "Deportivo"nu qonaq edib. Görüş Kataloniya təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 2:0.
Öz meydanında "Sevilya"nı qəbul edən "Real" (Sosyedad) da qonaqları evə xalsız yola salıb. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, İspaniya La Liqasının XVII turunun qalan görüşləri bu axşam və sabah keçiriləcək.
İspaniya La Liqasında
XVII tur
20 dekabr
"Rayo Valyekano" - "Levante" - 3:0
Naço, 59, Piti, 80, Vaskez, 90
"Espanyol" - "Deportivo" - 2:0
Simao, 31, Stuani, 88
"Real" (Sosyedad) - "Sevilya" - 2:1
Vela, 18, Bella, 69 - Medel, 49
21 dekabr
"Valensiya" - "Qetafe"
"Atletiko" - "Selta"
22 dekabr
"Betis" - "Malyorka"
"Valyadolid" - "Barselona"
"Osasuna" - "Qranada"
"Malaqa" - "Real"
"Atletik" - "Saraqoza"
|