Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
13/04 | 16:46 Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
13/04 | 14:15 Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb
13/04 | 12:33 Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
12/04 | 21:12 Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
12/04 | 16:11 "Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək
12/04 | 15:25 Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər
12/04 | 12:51 Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb
12/04 | 09:05 Azərbaycan Premyer Liqası: XXX tur bir oyunla start götürür
11/04 | 18:49 Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
11/04 | 15:48 Azərbaycanın cüdo millisi Çexiyada beynəlxalq toplanışı başa vurub
11/04 | 14:36 Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
““Qəbələ”dən təklif gələndə biz Barselonada tətildə idik” - MÜSAHİBƏ
Tarix: 12.12.2012 | Saat: 17:15:00 | E-mail | Çapa göndər
“Qəbələ”nin qapıçısı Dieqo Koşta Silva klubun eyniadlı qəzetinə müsahibə verib. İdman.com.az saytının məlumatına görə, braziliyalı futbolçu ilə yanaşı ailə üzvləri də ölkəmiz haqda suallara cavab verib. Xanımı Mişel, 2 övladı - 9 yaşlı Lorenza və oğul Dieqo da ata Dieqo ilə birlikdə müsahibədə iştirak ediblər.

- Burada havalar soyuyur, qarşıdan qış gəlir. Siz isə isti ölkədənsiniz. Soyuq sizi təşvişə salmır ki?
Mişel: Braziliyada biz yaşadığımız yer, əslində, o qədər də isti deyil. Ölkənin cənubunda yaşayırıq. Sizin ölkənizdən fərqli olaraq, Braziliyanın cənubu daha soyuqdur. Braziliya böyük ölkədir və orada iqlim zonaları da müxtəlifdir. Biz yaşadığımız bölgədə temperatur mənfi 5 dərəcəyə qədər düşür. Hətta ildə 1-2 dəfə qar da yağır. Doğrudur, Qəbələdə hava daha soyuqdur. Amma bu, bizə problem yaratmır. Düşünürük ki, qışa hazırıq.

- Braziliyanın hansı bölgəsindəsiniz?
Mişel: Kaşias du Sul şəhərindən. Paytaxt Braziliadan çox uzaqdayıq. Bizim şəhərlə paytaxt arasında 3 min kilometr məsafə var.

- Axırıncı dəfə evdə nə vaxt olmusunuz?
Mişel: Dieqo axırıncı dəfə bu ilin iyununda evə baş çəkib. Mən və uşaqlarımız isə sonuncu dəfə 2010-cu ildə evdə olmuşuq.

- Azərbaycandakı həyata tam uyğunlaşa bilmisinizmi?
Ata Dieqo: Vətəndən kənarda yaşamaq bizə çətin deyil. Çünki uzun müddətdir xaricdə yaşayırıq. Bu baxımdan təcrübəmiz yetərincədir. Üstəlik, biz həmişə yeniliklərə can atırıq. Səyahət etməyi də çox xoşlayırıq. Yeni ölkələr, yeni insanlar, yeni mədəniyyətlə tanış oluruq. Bütün bunlar cox maraqlıdır. Uzun müddət Portuqaliyada yaşayıb, sonra buraya gəlmişik. Azərbaycanda da bizə çox yaxşı münasibət var. Buranın insanları çox qonaqpərvər və gülərüzdürlər. Ancaq hər halda çətinliklərimiz olur. Biz ölkəmiz üçün yox, ailəmiz üçün darıxırıq.

- Beş aya yaxındır burdasınız. Azərbaycan haqqında nə bilirsiniz?
Mişel: Bura gəlməzdən əvvəl Dieqo məndən xahiş etmişdi ki, sizin ölkəniz haqqında məlumat toplayım. Mən də yubanmadan araşdırmaya başladım. Hələ o zaman öyrəndim ki, Azərbaycan islam ölkəsidir. Buranın vəziyyəti, tarixi, insanların həyat tərzi barədə oxudum. Hər şeylə maraqlandıq, öyrəndik. Başa düşdük ki, Azərbaycan bizim üçün yeni bir dünyadır.
Dieqo: Artıq Bakı ilə tanış olmuşuq. Paytaxtınız çox gözəl şəhərdir. Qəbələnin də özünəməxsus gözəlliyi var. Bura sakit yerdir, təbiəti gözəldir, havası safdir. Həm Bakı, həm də Qəbələ günü-gündən gözəlləşir. İndiyədək Avropanın çox şəhərində olmuşam. Deyərdim ki, Bakı Avropa şəhərlərinin çoxundan gəşəngdir. Qəbələnin gələcəyi ilə bağlı layihələrdən, nəzərdə tutulan planlardan da xəbərim var.

- Necə tanış olmusuz? Bir-birinizi ilk dəfə nə vaxt və harda görmüsünüz?
Dieqo: Bu, 1998-ci il avqustun 3-nə təsadüf edir. Mişeli ilk dəfə onun məktəbi qurtarması münasibəti ilə keçirilən şənlikdə gördüm. Elə orada da tanış olmuşuq. Açığı, Mişelə ilk baxışdan vurulmuşam. O vaxtdan bilirdim ki, onunla ailə quracağıq, 14 ildən sonra uşaqlarımızla Qəbələdə olacağıq və sizə müsahibə verəcəyik (gülür).

- Dieqonun futbolçu olması seçiminizə təsir etdimi? Axı futbolçuların həyatı tam fərqli olur. Onlar demək olar ki, evdə tapılmırlar.
Mişel: Biz tanış olduqdan 5 il sonra ailə qurmuşuq. Mən tibb bacısıyam, onda işlərim çox olurdu. Dieqonun futbolçu olduğunu biləndə, seçim etməli oldum. Axırda hər şeyi atıb, sevgini seçdim. İndi həyatımdan razıyam, özümü xoşbəxt hiss edirəm.

- "Qəbələ" klubundan gələn təklifi necə qarşıladınız? Belə anlarda, adətən, evin xanımının mövqeyi həlledici olur…
Mişel: Dieqoya karyerasını Azərbaycanda davam etdirmək təklif olunanda, öncə bir az ehtiyat etdik. Çünki övladlarımızın gələcəyini fikirləşirdik. Onların təhsili bizi qayğılandırırdı. Hər iki övladımız məktəblidir. “Qəbələ”dən təklif gələndə biz Barselonada tətildə idik. Tanışlardan biri mənə zəng vurdu və Azərbaycandan təklif gəldiyini dedi. Dieqo ilə öz aramışda danışdıq. Ona dedim ki, Azərbaycan yeni ölkədir, orada yeni insanlarla, yeni mədəniyyətlə tanış olacağıq. Yəni bu məsələdə ona dəstək verdim. Və ilk olaraq onun Azərbaycana gəlməsinə mən “hə” dedim.

- Övladlarınızın təhsili nə yerdədir? Harda oxuyurlar?
Mişel: Uşaqlar Bakıda təhsil alırlar. Ona görə də, Dieqo həftəsonu ya Bakıya yollanır, ya da biz Qəbələyə gəlirik. Bu işlərdə "Qəbələ" rəhbərliyinin dəstəyini yaxından hiss edirik. Belə olanda Dieqo da diqqətini futbola yönəldə bilir, ailəsinə görə narahat olmur. Arxayındır ki, məişət problemlərini klub rəhbərliyinin köməyi ilə yoluna qoyuruq.

- Lorenza, dərslər necə gedir?
Lorenza: Azərbaycanda özümə çoxlu dost tapmışam. “British School"da oxuyuram. Məktəbi çox sevirəm, orada maraqlıdır. Burda həm də ingilis dilini öyrənirəm. Azərbaycan dilində də bir az bilirəm. Arzum gələcəkdə televiziyada işləməkdir. İngilis dilini tam öyrəndikdən sonra bütün dünyanı gəzəcəyəm.
Ata Dieqo: Boynuma alıram ki, mən ilk dəfə burada gördüm ki, qızım ingiliscə danışa bilir.

- Bəs oğlunuzun hansı sahəyə həvəsi var? Adətən, ata idmançı olanda istəyir ki, oğlu da onun yolunu davam etdirsin. Gələcəkdə Braziliya futbolunda kiçik Dieqo Silva görə biləcəyəkmi?
Mişel: Oğlum da atası kimi qapıçı olmaq istəyir. Biz Portuqaliyada yaşayarkən, "Sportinq" və "Vitoriya" klublarında oynayırdı. Hətta orada ilin qapıçısı da seçilib.

- Azərbaycanda necə, məşqləri davam etdirirmi?
Mişel: Biz Bakıda yaşayır, atası "Qəbələ"də oynayırsa, başqa kluba necə müraciət edə bilərik ki? Əlbəttə, futbol oğlum üçün çox vacibdir. Ancaq hələ gözləmə mövqeyindəyik. Buradakı insanları tanımağa, onların fikirlərini öyrənməyə çalışırıq. Ola bilsin ki, gələcəkdə yenə məşqləri davam etdirəcək.

- Dieqo meydançadan kənarda necədir? Bir insan kimi onu necə xarakterizə edərdiniz?
Mişel: Dieqo xasiyyətcə çətin adam deyil. Onunla yola getmək asandır. Çox səs-küyü, ayrı-seçkiliyi bəyənmir. Ailədə hər şeyin bərabər, qarşılıqlı olmasını istəyir. Ailəsindən uzaqda qalmağı heç xoşlamır. Balıq tutmağı xoşlayır. Bundan başqa, kompüter oyunlarını sevir. Uşaqlarla oturub, saatlarla kompüterdə oynayır. Tennis oynamağı da xoşlayır. Birgə tez-tez kinoya gedirik. Düzü, burada kinoteatra getməyimiz mümkün deyil. Çünki filmlər rus dilində nümayiş etdirilir. Ona görə də, filmlərə kompüterdə baxmaq məcburiyyətindəyik.

- Azərbaycan mətbəxi ilə aranız necədir? Milli yeməklərimiz sizin üçün nə dərəcədə maraqlıdır?
Mişel: Öyrənməyə çalışıram. Məsələn, Azərbaycanda çayın dəmlənmə qaydasını öyrənmək istəyirəm. Çünki indiyədək belə dadlı çayı heç yerdə içməmişəm. Yerlilərdən soruşuram, eləcə də internetdə araşdırma aparıb, Azərbaycan xörəkləri barədə oxuyuram.
Dieqo: Əslində Mişelin yaxşı aşpazlığı var. Bu qabiliyyət ona anasından keçib.

- Hansı xörəkləri daha çox xoşlayırsınız?
Dieqo: Mən toyuqdan hazırlanmış xörəklərə üstünlük verirəm. Sevinirəm ki, burada toyuq ətindən cürbəcür yeməklər bişirirlər.
Mişel: Mənsə sizin şirniyyatları xoşlayıram. Xüsusilə paxlavanı çox bəyənirəm (gülür).

- Futbolçu həyatı təkcə qələbələrdən ibarət deyil. Bura məğlubiyyətlər də daxildir. Belə günlərdə Dieqo özünü evdə necə sakitləşdirir, məğlubiyyəti necə həzm edir?
Mişel: Dieqo uduzmağı sevmir. Belə olanda, o, evə gəlir, televizoru yandırıb, oturur qarşısında. Əslində, bu vaxt o, hansı səbəbdən məğlub olduqlarını düşünür, vəziyyətdən çıxış yolu axtarır, yəni fikri televizorda olmur. Beləcə televizorun qarşısında bəzən 5-6 saat oturur.

- Futbolçular diqqət mərkəzində olan insanlardır. Onların xanım azarkeşləri də çox olur. Bu, münasibətlərinizdə hansısa bir məqamda problem yaratmır ki? Həyat yoldaşınızı qısqanırsınız, yoxsa Dieqo bundan ötrü sizə heç bir əsas vermir?
Mişel: Portuqaliyada və Azərbaycanda belə problemlə qarşılaşmamışam. Bu ölkələrdə insanlar bir-birini anlayır, hörmət edir. Amma Braziliyada vəziyyət fərqli idi. Orada qızlar, qadınlar Dieqonu qucaqlayıb öpür, ona gül bağışlayırdılar. Etiraf edirəm, belə hallar məndə qısqanclıq yaradır.

- Dieqo evdə komandası haqqında danışırmı? Məsələn, baş məşqçi Ramiz Məmmədovu necə xarakterizə edir?
Mişel: Deyir ki, Ramiz Məmmədov indiyə qədər rast gəldiyi ən təcrübəli futbol adamlarındandır. Həmişə futbolçuları mübarizəyə, qələbəyə həvəsləndirir.
Dieqo: Ramiz Məmmədovun gəlişi komandada müsbət dəyişikliklər yaradıb. İnanıram ki, bu irəliləyiş davamlı olacaq. Son oyunlarda qazandığımız uğurlu nəticələr bizə ümid verir.

- Mişel xanım, bu sualı sizə vermək istəyirik. Necə olur ki, siz ingiliscə danışa bilirsiniz, amma Dieqo yox?
Mişel: Mən təhsil alanda, ingilis dilini öyrənəndə, Dieqo işləyirdi. O, tənbəldir, oxumaqla arası yoxdur. Ona görə də, ingilis dilini bilmir. Dil bilməməyi onu pis vəziyyətdə qoyur. Əslində, o, insanlarla ünsiyyət qurmağı, tez dil tapmağı bacarır. Dil bilməməyi isə bu sahədə ona böyük çətinliklər yaradır. Azarkeşlərlə ünsiyyət yarada bilmir, məşqçiyə sözünü çatdırmaqda çətinlik yaşayır. Hətta tərcüməçi ilə də sərbəst danışa bilmir. Bir faktı deyim. Portuqaliyanın “Vitoriya” klubundan Dieqonu yolasalma mərasiminə 5 minə yaxın azarkeşi gəlmişdi. Dieqo mikrofonla onlara sözünü dedi, sağollaşdı və Azərbaycana yollandı. Azarkeşlər onunla şəxsən görüşmək üçün sıraya düzülmüşdülər.

- Bu gün uşaqlarınız da burada, yanınızdadır. Payız tətilini Qəbələdə keçirmək kimin ideyasıdır?
Mişel: Biz Qəbələni Bakıdan da çox xoşlayırıq. Bura bizim yaşadığımız yerlərə oxşayır. Ona görə də, Qəbələdə özümüzü evdəki kimi hiss edirik.

- Sonda. Azərbaycanda sizi ən çox təəccübləndirən nə oldu?
Dieqo: “Qəbələ” Futbol Klubunun bazası. Bura gəlməzdən əvvəl klubu belə təsəvvür etmirdik. Azərbaycana gəldikdən sonra gördük ki, “Qəbələ” yaxşı infrastruktura malik, inkişaf etməkdə olan klubdur. Çoxlu məşq meydançaları, təcrübəli məşqçi heyəti, güclü azarkeşləri var. Bax, bunu heç gözləmirdik.
Xəbər 1090 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru