Azərbaycan klubları 2012/13 mövsümündə UEFA-nın əmsallar cədvəlində 25-ci pilləyə şərikdir. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter” klublarının qitə kuboklarındakı çıxışı ölkəmizə 3,000 xal qazandırıb.
Bununla da Azərbaycan Macarıstan və Serbiya ilə birlikdə 25-27-ci yerlərə şərikdir. Belə ki, yalnız 24 ölkə təmsilçiləri daha yaxşı nəticə göstərib.
Qeyd edək ki, cari mövsümdə ən çox xal toplayan ölkə İspaniyadır – 13,857.
|