Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında batut gimnastikası üzrə birinci və ikinci yeri tutublar.
Sinxron proqramda yeniyetmə gimnastlardan Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, böyüklərin yarışında isə Hüseyn Abbasov - Nicat Mirzəyev dueti gümüş medal əldə ediblər.