Naxçıvan kikboksçuları İstanbulda keçirilən peşəkar döyüş gecəsində uğurlu çıxış ediblər.
“Öncü Fight Club”un təşkilatçılığı ilə baş tutan turnirdə Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 3 idmançı mübarizə aparıb.
Nəsimi Hüseynov və Polad İsmayılov K1 versiyasında döyüşlərini qələbə ilə tamamlayaraq qızıl medala yiyələniblər. Yalnız finalda uduzan Elnur Babayev isə gümüş medal qazanıb.