FİFA il ərzində vurulan ən gözəl qolun sahibini seçəcək. “Puskas” mükafatı 10 futbolçudan yalnız birinə qismət olacaq. FİFA ən yaxşını rəsmi internet səhifəsi vasitəsilə seçəcək.
Qurumun açıqladığı namizədlər isə bunlardı: Hatem Ben Arfa, Qaston Maella, Radamel Falkao, Oliviya Ximenez, Lionel Messi, Miroslav Stok, Moussa Sov, Badu, Erik Hassli, Neymar.
Qeyd edək ki, bu mükafata 2009-cu ildə Kriştian Ronaldo, daha sonra ardıcıl olaraq Hamit Altıntop və Neymar layiq görülüb.
|