Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
Son oyun günündə iki qarşılaşma keçiriləcək.
"Zaqatala"a "Şamaxı”nı, "İmişli" isə "Mingəçevir"i qəbul edəcək.
30 noyabr (cümə axşamı)
13:30. “Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
13:30. “İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu.
Qeyd edək ki, daha əvvəl “İrəvan”, MOİK, “Karvan”, “Səbail”, "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan", “Turan Tovuz” və "Sumqayıt" səkkizdəbir finala vəsiqəni təmin ediblər.
|