21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Samir Əliyevin baş məşqçi olduğu kollektiv Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasını qəbul edəcək.
“Azersun Arena”da oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
AVRO-2025
Seçmə mərhələ
12 oktyabr
18:00. Azərbaycan – Şimali İrlandiya
Hakimlər: Georgi Davidov, Georgi Doynov, Miroslav Maksimov
Dördüncü hakim: Kristian Kolev
Bakı, “Azersun Arena”
Xal durumu: İngiltərə - 3, Serbiya – 3, Ukrayna – 3, Lüksemburq – 3 (2 oyun), Şimali İrlandiya – 0 (2), Azərbaycan – 0.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycanın U-21 yığması ilk matçında səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzub.
|