Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |
|
|
|
Türkiyənin qadın voleybolçuları ilk dəfə Avropa çempionu adını qazanıblar |
|
Tarix: 04.09.2023 | Saat: 04:58:00 | E-mail | Çapa göndər
|
|
Türkiyənin qadın voleybolçuları 33-cü Avropa çempionatının qalibi adını qazanıblar.
Türkiyə milli komandası Brüsseldə keçirilən final qarşılaşmasında Serbiya yığmasını ümumi hesabda 3:2 məğlub edərək tarixində ilk dəfə Avropa çempionatının qızıl medalına sahib olub.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada birinci set serbiyalıların 27:25 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə daha üstün oyun nümayiş etdirən Türkiyə voleybolçuları 25:21 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdiriblər - 1:1. Qarşılaşmanın üçüncü setinə Türkiyə idmançıları üstün başlasalar da, yüksək əzmkarlıq göstərən serbiyalılar ardıcıl bir neçə xal qazanaraq, seti öz xeyirlərinə başa vurublar - 25:22. Türkiyə voleybolçuları gərgin keçən dördüncü setdə (25:22) qalib gələrək ümumi hesabı bərabərləşdirə biliblər - 2:2. Oyunda sonuncu setdə qələbə qazanan (15:13) Türkiyə millisi tarixində ilk dəfə çempion adını qazanıb.
Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Türkiyə seçməsi səkkizdəbir finalda Belçikanı (3:1), dörddəbir finalda Polşanı (3:0) məğlubiyyətə uğradıb. Yarımfinalda İtaliyaya 3:2 hesabı ilə qalib gələn Türkiyə seçməsi tarixində üçüncü dəfə finalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Türkiyə millisi daha əvvəl iki dəfə - 2003-cü və 2019-cu illərdə Avropa çempionatının finalında iştirak hüququ qazansa da, həmin görüşlərdə uduzaraq gümüş medallarla kifayətlənməli olub. Türkiyə sonuncu finalda məhz Serbiyaya uduzub.
Serbiya isə üç dəfə - 2011-ci, 2017-ci və 2019-cu illərdə Avropa, 2018-ci və 2022-ci illərdə dünya çempionu olub.
Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.
|
|
|
|
Xəbər 109 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|