Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb
Tarix: 07.07.2023 | Saat: 16:51:00 | E-mail | Çapa göndər
Bakıda voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

İyulun 3-dən 7-nə kimi davam edən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 1 seminarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və FIVB-nin dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilib.

Seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı Türkiyə, Almaniya və İrandan, ümumilikdə, 34 mütəxəssis iştirak edib. Seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edib, onun asistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, millimizin də üzvü Tural Həsənli olub.

Seminar nəzəriyyə və təcrübədən ibarət idi. İyulun 6-da iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər bir gün sonra baş tutan nəzəri imtahanda iştirak haqqı qazanıblar. İyulun 7-də keçirilən son imtahandan sonra yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşib. İmtahanda iştirak edən 29 nəfərdən 17-i FIVB-nin Level 1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.

İmtahanlardan sonra seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftəhətdinova, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Çingiz Hüseynzadə MOK-un yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə xidmət edən layihələr gerçəkləşdirdiyini bildirib. Ölkəmizdə voleybolun uğurlu ənənəyə malik olduğunu deyən vitse-prezident bu idman növünün inkişafı istiqamətində görülən işlərdən danışıb. Ç.Hüseynzadə belə layihələrin davam etdiriləcəyini əlavə edib. O, sertifikat alan məşqçiləri təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra Faiq Qarayev seminarı uğurla başa vurmuş mütəxəssisləri təbrik edib. F.Qarayev hər bir idman növünün inkişafında məşqçilərin rolunun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə layihələr məşqlilərin beynəlxalq səviyyəyə yüksəlməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən Bəhruz Quliyev uşaq voleybolunun inkişafına böyük diqqət ayrıldığını bildirib və AVF-nin bununla bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. O, artıq bu istiqamətdə bir sıra işlər görüldüyünü, əcnəbi mütəxəssislərin də cəlb olunduğunu vurğulayıb. Bildirib ki, həmçinin Bakıda regional voleybol klublarının yaradılması da nəzərdə tutulur. B.Quliyev fərqlənən mütəxəssisləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Seminara rəhbərlik edən türkiyəli mütəxəssis Cengiz Akarçeşme layihənin məşqçilər üçün nəzəri və təcrübi cəhətdən böyük əhəmiyyətə malik olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, digər ölkələrdə belə seminarlar ödənişli olduğu halda, Bakıda bu layihə ödənişsiz təşkil edilib. O, bunun Azərbaycanda voleybolun inkişafına böyük diqqət ayrıldığının göstəricisi olduğunu deyib və bu halı yüksək qiymətləndirib.

Sonda Level 1 dərəcəsi alan məşqçilərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.

Qeyd edək ki, yaxın vaxtlarda Bakıda FIVB-nin Level 2 və Level 3 seminarlarının keçirilməsi də nəzərdə tutulur.
Xəbər 107 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.04.2024 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
18.04.2024 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru