Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Yığmamız baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesində Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Məryəm Məmmədova, Səmərrux Osmanova, Paniz İsmailpur və Fatimə Məcidova iştirak edəcəklər.
Məşqlər aprelin 26-da başa çatacaq. Komanda ertəsi gün Bolqarıstana yollanacaq və burada klublararası Avropa çempionatında gücünü sınayacaq.
Qeyd edək ki, Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.
|