Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub
Tarix: 01.02.2023 | Saat: 16:52:00 | E-mail | Çapa göndər
Fevralın 1-də Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri, güləş üzrə Avropa və dünya çempionu Xəzər İsayevin 60 illik yubileyi qeyd olunub.

MOK-da keçirilən yubiley tədbirində əvvəlcə X.İsayevin həyatından və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək yubilyarın yüksək insani keyfiyyətlərindən danışaraq bildirib: “Hər ikimiz 1997-ci ildə Milli Olimpiya Komitəsinə vitse-prezident seçilmiş və 24 il çiyin-çiyinə idmanın inkişafı üçün çalışmışıq”.

X.İsayevin Azərbaycanda idmanın inkişafına verdiyi töhfələrdən danışan Ç.Hüseynzadə yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov X.İsayevin idman karyerasını bitirdikdən sonra fəaliyyətini bu sahə üzrə davam etdirdiyini, perspektivli güləşçilərin yetişməsində mühüm rol oynadığını və idmanda ədalət prinsiplərinin təbliğini həmişə diqqət mərkəzində saxladığını diqqətə çatdırıb.

Yubilyarın səmimi və mehriban insan olduğunu vurğulayan nazir X.İsayevin təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük nüfuza sahib olduğunu qeyd edib.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan idmançıları həmin uğurlu siyasəti dəstəkləyənlərdir. Məhz həmin idmançılar ölkəmizi dünyada layiqincə təmsil edir, qalib xalqın nümayəndələri olduqlarını sübut edirlər.

“X.İsayev gənclər üçün örnəkdir. Həmçinin o, Azərbaycan idmanı üçün dəyərli bir şəxsiyyətdir. Onunla tanışlığım 80-ci ilin sonlarına təsadüf edir. X.İsayevə hamı hörmətlə yanaşır və o da həmişə idmançıların yanında olur. Ölkəmizin güləş idman növündə əldə etdiyi uğurlarda məhz X.İsayevin də böyük payı var”, - deyə A.Əliyev əlavə edib.

Milli Məclisin deputatları Rauf Əliyev, Könül Nurullayeva, tanınmış nasir və publisist Xeyrəddin Qoca, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və digərləri çıxış edərək yubilyarın keçdiyi şərəfli həyat yolundan söz açıb, ona fəaliyyətində yeni uğurlar arzu ediblər.

Sonda çıxış edən X.İsayev göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə MOK-un baş katibi Azər Əliyev, idman federasiyalarının rəhbərləri, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xəbər 210 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2024 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07.05.2024 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07.05.2024 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07.05.2024 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07.05.2024 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07.05.2024 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07.05.2024 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06.05.2024 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06.05.2024 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06.05.2024 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru