Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
28/01 | 21:03 Bakıda basketbol üzrə NBA Azərbaycan Liqasının təqdimatı keçiriləcək
28/01 | 19:26 AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub
28/01 | 19:08 Atletika üzrə 37-ci qış çempionatının komanda hesabında qalibləri müəyyənləşib
28/01 | 18:50 “Sabah” klubu Moldova millisinin yarımmüdafiəçisini transfer edib
28/01 | 18:39 Bakıda AFFA-nın növbəti konfransı keçirilib
28/01 | 17:14 Stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
28/01 | 16:46 Qılıncoynatma məşqçiləri üçün seminar təşkil olunub
28/01 | 16:06 Naxçıvanlı güləşçilərin növbəti uğuru
28/01 | 15:56 Millimizin dünya çempionatının elit-raund mərhələsində keçirəcəyi oyunları canlı yayımlanacaq
28/01 | 15:19 Qadın güləşçilərimiz Avropa çempionatına Türkiyədə hazırlaşırlar
28/01 | 14:44 Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib
28/01 | 14:29 Şahmatçılarımız Cəbəllütariqdə keçirilən “Masters” turnirinin səkkizinci turunda mübarizə aparacaqlar
28/01 | 13:48 Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti vəzifəsinə təyin olunub
28/01 | 13:04 Qədir Hüseynov Fuceyrada blits turnirində ikinci yeri tutub
28/01 | 12:52 “Tokio-2020” təşkilatçıları Olimpiya məşəl estafetinə qatılacaq insanların narahatlığına son qoyub
28/01 | 12:31 Macarıstan yenidən su polosu üzrə Avropa Kubokunun qalibi olub
28/01 | 11:58 Azərbaycan şahmatçısı Lissabonda keçirilən açıq turnirin liderlər qrupunda mübarizəni davam etdirir
28/01 | 11:08 Şahmatçılarımız “Masters” turnirinin növbəti turunu qələbə ilə başa vurublar
28/01 | 10:51 Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28/01 | 10:26 AFFA-nın növbəti konfransı işə başlayıb
28/01 | 10:24 FİBA “Tokio 2020”-yə vəsiqələr uğrunda basketbol turnirinin Belqradda keçirilməsinə qərar verib
28/01 | 10:03 Sumqayıtda ilk təqdimat xarakterli tədbir keçirilib
28/01 | 09:51 Azərbaycanlı Tofiq Musayev 2019-cu ildə MDB-də 10 ən güclü MMA döyüşçüsündən biri sayılıb
27/01 | 22:41 U-19 millimiz Antalyada Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib
27/01 | 18:35 Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışların yarımfinalçıları müəyyənləşib
27/01 | 18:16 “Azərreyl” və “Sərhədçi” voleybol komandaları arasındakı görüşün vaxtı müəyyənləşib
27/01 | 17:59 Sumqayıtda sambo üzrə şəhər birinciliyinə yekun vurulub
27/01 | 16:13 Qəbələ Olimpiya İdman Kompleksində uşu üzrə respublika turniri keçirilib
27/01 | 15:33 “Zirə” klubu Malavi millisinin hücumçusu ilə yolları ayırıb
27/01 | 14:48 Şahmatçımız Vüqar Əsədli açıq Lissabon turnirində ikinci pillədəki mövqeyini qoruyub
27/01 | 14:04 Azərbaycan qılıncoynadanı Qətərdə keçirilən Qran-Pri yarışında iştirak edib
27/01 | 13:11 Cüdoçularımız açıq Avropa kubokunda qüvvələrini sınayacaqlar
27/01 | 12:53 Azərbaycanın U-19 millisi Antalyada Şimali Makedoniya yığması ilə ikinci dəfə qarşılaşacaq
27/01 | 11:30 Bu gün şahmatçılarımız Cəbəllütariqdə keçirilən beynəlxalq turnirdə mübarizə aparacaqlar
27/01 | 11:22 “Odlar Yurdu” komandası İsveçrədə qar polosu üzrə dünya kubokunda tamaşaçıları heyran edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
Rəhmanov Cəmaləddin Ələm oğlu
Tarix: 21.07.2010 | Saat: 12:55:00 | E-mail | Çapa göndər

Rəhmanov Cəmaləddin Ələm oğlu 1954-cü ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub.

1970-ci ildə Lənkəran rayonu Veravul kənd orta məktəbini bitirib. 1970-ci ilin noyabrından 1972-ci ilin sentyabrına qədər Lənkəran rayonunun «Kommunizm» sovxozunda fəhlə işləyib. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə tətbiqi-riyaziyyat ixtisası üzrə qəbul olunub, 1977-ci ildə həmin institutu bitirib riyaziyyatçı-mühəndis ixtisası alıb. 1977-ci ilin oktyabrından 1978-ci ilin iyul ayına qədər Ümumittifaq Elektrik Maşınqayırma İnstitutunun Bakı filialında mühəndis vəzifəsində işləyib. 1978-ci ilin iyulundan 1997-ci ilin aprelinə qədər Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1987-ci ildə «Azərbaycan dili mətninin statistik-distributiv təhlili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1997-ci ilin mayından 1997-ci ilin oktyabrına qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləyib.

1997-ci ilin oktyabrından Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə analitik informasiya qrupunun rəhbəri vəzifəsində işə daxil olub, 2000-ci ildən həmin komitədə informasiya, nəşriyyat və Milli Olimpiya Komitələri ilə əlaqələr idarəsinin rəhbəri vəzifəsində çalışır.

1998-ci ilin mayında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin «Olimpiya» jurnalının məsul redaktorudur.

2000-ci ilin dekabrından 2007-ci ilin dekabrına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhəkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya İnstitutunda əvəzçilik qaydası ilə böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Məhkəmə fonoskopik, müəllifşünaslıq və linqvistik ekspertiza üzrə ekspertdir.

1999- cu ildən Milli Olimpiya Komitəsinin «Olimp» aylıq bülleteninin redaktoru olub. Olimpiya Hərəkatı ilə bağlı İspaniya, Fransa, Moskva, Keniya, Kuba və Türkiyədə keçirilmiş ümumdünya forumlarının iştirakçısı olub. Sidney -2000, Solt Leyk Siti -2002, Afina-2004, Turin-2006, Vankuver-2010 Olimpiya Oyunlarında jurnalist kimi iştirak edib. Avropa Yeniyetmələrinin Esbyorq-1999 (Danimarka), Mursiya-2001 (İspaniya), Paris-2003 Olimpiya Festivallarında, Yeniyetmələrin ümumdünya Oyunlarında (Moskva-1998) və bir sıra başqa mötəbər tədbirlərdə Milli Olimpiya Komitəsi və «Olimpiya» jurnalı xətti ilə jurnalist kimi iştirak edib.

2005-ci ildə Səudiyyə Ərəbistanında I İslam Həmrəyliyi Oyunlarında müxbir, Avropa Olimpiya Komitəsinin idman jurnalistlər üçün seminarlarının iştirakçısı (1999 - Danimarka, 2001 - İspaniya) olub.

2007-ci ildə «Tərəqqi» medalı ilə təltif olunub. 2007-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin «İdman və Olimpizmin təbliği» mükafatına layiq görülüb. 2010–cü ildə «Azərbaycan Respublikasının Əməkdar jurnalisti» fəxri adına layiq görülüb.

1977-ci ildən mətbuatda müxtəlif mövzularda yazılarla çıxış edir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür (2001-2004, 2005-2008, 2009-2012). «Azərbaycan Milli Olimpiya Komitəsi 10 il», «Heydər Əliyev və Azərbaycanda Olimpiya Hərəkatı», «Azərbaycan idmançıları XXVII Yay Olimpiya Oyunlarında», «Azərbaycan idmançıları XXVIII Yay Olimpiya Oyunlarında», «Azərbaycan Milli Olimpiya Komitəsi 15 il», «Azərbaycan idmançıları XXIX Yay Olimpiya Oyunlarında» kitablarının müəllifidir. Avropa Olimpiya Komitəsinin orqanı olan «Sport Europe» jurnalında Azərbaycan Olimpiya Hərəkatı haqqında yazısı nəşr olunub. Dilçiliyə və kriminalistikaya aid 8 kitabın, 60-dan çox elmi məqalənin müəllifidir.
2009 və 2010–cu illərdə jurnalistlər arasında keçirilən şahmat turnirlərinin qalibi olub.

Evlidir. Üç övladı var.

Xəbər 3132 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.12.2019 Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın təbliğindəki xidmətlərinə görə
19.12.2019 Cavadov Rəşad Qəmərşah oğlu
15.12.2017 Şirəliyev Aslan Bəybala oğlu
06.11.2012 Məmmədov Bəxtiyar Miryusif oğlu
06.11.2012 İsmayılov Eldar Xankişi oğlu
19.12.2011 Dünyamalıyev Elsəvər Zeynal oğlu
27.12.2010 Gülməmmədov Tofiq Ataxan oğlu
22.12.2009 Fərəcov Əli Yusif oğlu
22.12.2009 Mehdiyev Qabil Sabir oğlu
05.03.2008 Nuriyev Yaqub Qayubqulu oğlu


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru