Əvəzedici heyətlərin çempionatında VII turun oyunlarına start verilib. İlk oyun günündə bir matç baş tutub.
“İnter” və “Neftçi”nin əvəzedici heyətləri arasında oyunda “bankirlər” qələbə qazanıb. “İnter” paytaxt derbisini 4:1 hesabı ilə udub.
Turun üç oyunu bu gün, ikisi şənbə günü baş tutacaq.
Əvəzedicilərin çempionatı
Təsnifat Mərhələsi
VII tur
27 sentyabr
İnter – Neftçi 4:1
Qollar: Coşqun Diniyev, 28. Samir Zərgərov, 33; 90+1. Azər Salahlı, 45+1 – Xəyal Quliyev, 31-pen.
28 sentyabr
Turan – Xəzər Lənkəran
Tovuz şəhər OİK stadionu. Saat 16.00.
Simurq – Qarabağ
Zaqatala şəhər stadionu. Saat 16.00.
Qəbələ – AZAL
Qəbələ şəhər stadionu, ehtiyat meydança. Saat 16.00.
29 sentyabr
Sumqayıt – Bakı
Masazır qəsəbəsi, “Əlincə” stadionu. Saat 16.00.
Rəvan – Kəpəz
Buzovna qəsəbə stadionu. Saat 16.00.
|