Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
11/11 | 21:23 Gənc şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib
11/11 | 20:59 Bakı Karate-do Akademiyasının yetirmələri dünya birinciliyində 4 qızıl, 2 gümüş medal qazanıblar
11/11 | 17:35 Region Liqası: Qusarın “Şahdağ” klubu Region Liqasında liderliyə yüksəlib
11/11 | 14:48 Anar Allahverdiyev: “Vüqar Həşimov” komandasının klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı
11/11 | 13:34 “Araz-Naxçıvan” və Azərbaycanın veteran futbolçuları arasında keçirilən yoldaşlıq görüşü heç-heçə nəticələnib
11/11 | 12:30 Batut və tamblinq üzrə milli yarışlar mövsümü başa çatıb
11/11 | 12:07 Qadınlardan ibarət milli komandamız Avropa seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
11/11 | 11:22 Sərhədçi Olimpiya İdman Kompleksində qrapplinq güləş idman növü üzrə dünya çempionatı keçirilib
11/11 | 10:30 Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start veriblər
11/11 | 09:54 Azərbaycan sumoçusu Avropa kuboku turnirində qızıl medal qazanıb
10/11 | 23:55 Azərbaycan kubokuna ağır çəkili atletlərin mübarizəsi ilə yekun vurulub
10/11 | 23:03 Azərbaycan idmançısı karyerasında beşinci dəfə pauerliftinq üzrə dünya çempionu olub
10/11 | 22:53 “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov Buxarest mərhələsində 8-9-cu yerləri bölüşüb
10/11 | 21:30 “Qarabağ” “Zirə” ilə oyunda xal itirib
10/11 | 21:01 Ağır atletika üzrə Azərbaycan kuboku: Ceyhun Tağızadə 89 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb
10/11 | 20:26 Azərbaycan Premyer Liqası: XI turun daha bir oyunu olub
10/11 | 18:52 Kənan Əliquliyev 81 kiloqram çəki dərəcəsində Azərbaycan kubokunun qalibi olub
10/11 | 17:28 Ağır Atletika üzrə Azərbaycan kuboku: 73 kiloqram çəki dərəcəsində qalib müəyyənləşib
10/11 | 16:00 Ağır atletika üzrə Azərbaycan kuboku turniri: 67 kiloqrama qədər olan atletlər arasında Elməddin Hüseynov qalib olub
10/11 | 15:08 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulacaq
10/11 | 14:59 Ağır atletika üzrə Azərbaycan kuboku turniri: Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
10/11 | 13:40 Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir
10/11 | 12:53 Avropa kuboku turniri: şahmatçılarımız birinci turda Belçika və İsrail komandaları ilə qarşılaşırlar
10/11 | 12:31 “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov blits turnirinin ikinci dairəsinin oyunlarında mübarizə aparacaq
10/11 | 11:18 Azərbaycan cüdoçuları Kamerunda 5 medal qazanıblar
10/11 | 10:24 İrina Kindzerska Dneprdə yenə birinci olub
10/11 | 09:31 Bakı Biznes Universitetində Vinq-çun üzrə turnir keçirilib
09/11 | 23:30 “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov altıncı pillədədir
09/11 | 20:09 “Neftçi” səfər oyununda “Keşlə”yə məğlub olub
09/11 | 19:13 Azərbaycan Premyer Liqası: “Qəbələ” öz meydanında “Sabah”ı məğlub edib
09/11 | 16:16 Boyanka Kostova ağırlıqqaldırma üzrə Azərbaycan kubokunun qalibi olub
09/11 | 14:36 Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09/11 | 13:29 Azərbaycan Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb
09/11 | 12:54 “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov blits turnirində mübarizəyə qoşulur
09/11 | 10:20 “Grand Chess Tour 2019” turnirində rapid yarışına yekun vurulub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
«Qarabağ»a Qarabağ lazım deyil
Tarix: 21.09.2012 | Saat: 23:36:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

Atalar məsəli: «Özü yıxılan ağlamaz»

«O olmasın, bu olsun» musiqili komediyasında incə bir məqam var: köhnə Bakının tanınmış simaları Rüstəm bəyin evində Məşədi İbadla Gülnazın «həri»sinə yığışırlar. Şənliyin qızğın vaxtında iştirakçılardan biri, həmkarımız Rza əfəndi ayağa qalxıb nitq söyləyir. Osmanlı şivəsini yaxşı anlamayan qonaqlar onu yola vermək üçün başlarını tərpədib, «səninlə razıyam» işarəsini göstərirlər. Onu başa düşmədiyini görən qəzet redaktoru çıxıb getmək istəyəndə, ev sahibi və digər qonaqlar onu güclə saxlayır. Belədə baş qəhrəman dözməyib həmkarımıza belə deyir: «Əşi, o qədər qəliz danışırsan, bilmək olmur ki, nə deyirsən. Mən özüm «Tarix-Nadir» kitabını yarısına qədər oxumuşam. Amma sənin dediyini anlamıram. Bu bisavadlar hardan başa düşsünlər?» Əslində, Rüstəm bəyin məclisində əyləşənlər savadsız deyildilər. Əksəri Avropa təhsil almış əsilzadələr idi. Sadəcə, osmanlı ləhcəsi oradakılara yad idi. Məşədi İbad isə, bundan istifadə edib, ozünü savadlı göstərmək istəyirdi. Buna sözüm yoxdur.
Məni «O olmasın, bu olsun»una gətirən əsas məqam baş qəhrəmanın o toplantıda işlətdiyi «başa duşməmək» sözüdür. Yəni, «Qarabağ» klubunun Qarabağa aid olmasına rəğmən, Qarabağdan qaçmasını anlamamağımdır. Halbuki Ağdam komandası əvvəllər işi çətinə düşəndə, rəqiblərərini Quzanlıya çəkərək, bu gün üçün həqiqi evində onlara badalaq vururdu. Bəs indi nə oldu? Olmaya, düşər-düşməməzliklə oturub duran, maçtlardan qabaq bəlkə də fal açan, Quzanlıya gedərkən yolüstü Şamaxı Rəsədxanasına dəyən «Qarabağ», indi doğma divarlar arasında çempion olmadığını görərək, yenidən köçkünlüyə üstünlük verir?

Vəziyyət o həddə çatmışdı ki, bəzi klublar Ağdam klubunun bu cığal hərəkətinə dözməyərək Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlanmışdı. PFL prezidenti Ramin Musayev o zaman haqlı qərar çıxararaq, onlara Premyer Liqada yalnız bir məkanda futbol oynamağı istəmiş və bunu sənəddə göstərmələrini tələb etmişdi. Hə, deyəsən, indi işlər yenə şuluqdur. «Qarabağ» doğma yurdundan qaçmasına onunla əsas gətirdi ki, onun çıxış etdiyi Quzanlı Olimpiya İdman Kompleksinin ot örtüyü yararsızdır və buna görə çempion ola bilmirlər. Bəhanəyə baxın! Guya indi Tofiq Bəhrəmov adına Respublika stadionunda oynasalar, Premyer Liqanın qalibi olasıdırlar. Nə bilim, bizdə hər şey mümkündür. Kim bilir «Qarabag» camiyəsinin gələcək planı nədir?

Məni bu məqamda incəliyə varan bir məsələ var: Quzanlı idman bazanın direktoru ölkə televiziyasına açıqlamasında deyib ki, olimpiya kompleksinin qazonuna elə «Qarabağ»ın öz mütəxəssisləri qulluq edirdilər. Demək, pis futbol oynadıqları kimi, stadiona pis də qulluq olub. Burada atalar yaxşı deyir: «Özü yıxılan ağlamaz».

Avrokuboklarda qazandığı inamlı qələbələrlə başı gicəllənən «Qarabağ», SSRİ xalq artisti Zeynəb Xanlarova dəstiri, «məndən yoxdur» dedi. Məşhur müğənnimizi başa duşmək olar. O, düz deyir. Ondan həqiqətən də yoxdur. 70 yaşında da cavan vaxtlarındakı tək yüksək səviyyəli konsert verir. Amma «Qarabağ» o qədər eyforiyaya qapıldı ki, ölkə çempionatında qızıl medal iddiası arxa plana keçdi. Mətbuatda dərc olunan haqlı tənqidlərə - ehtiyat oyunçular skamyasının genişlənməsinə fikir vermədi. Guya siyasəti yerli futbolçuların üzərində qurdu. Ancaq zaman-zaman legionerlər aldı. Ötən mövsüm «Qarabağ»ın heyətində startda 5 əcnəbi futbolçu meydana çıxdı ki, bu da «yerli futbolçulara üstünlük vermək» siyasətindən çox uzaq sayılır.

Obrazlı desəm, keçən bu günə. Doğma yurdundan imtina edən komanda keçən tur səfərdə AzAL klubu ilə qarşılaşdı və tarixində ən böyük «kötəy»i yedi. «Ağlar» qapısında 6 qol gördü.
Bəlkə də bu məğlubiyyət yaralı, ahu-nalə içrə qovrulan, yeganə sevinci, 90 dəqiqəlik olsa da, böyük dərdləri unutduran futbollu «Qarabağ»a doğma el-obasından - Qarabağın qarğış tilsimi idi.
«Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ»ın sapı özündən olub-olmadığı da bəlli olmayan baltaların vurduğu hər zərbəyə reaksiyası, hər zərbədən qopan tilişkələrin qopardığı haraydır, özünümüdafiə instinktidir bu.


Xəbər 1932 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
11.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
14.09.2012 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru