Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İranın Yazd şəhərində təlim-məşq toplanışı başlayıb.
Avqustun 26-dək davam edəcək hazırlıq prosesində millimiz üç yoldaşlıq oyunu keçirəcək. Komandamız biri bu gün olmaqla, ayın 24-də və 25-də İran yığması ilə daha iki yoldaşlıq oyununda üz-üzə gələcək.
Toplanışda millimizin heyətində qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev, Tural Qurbatov və Ramil Əliyev iştirak edirlər.
|