Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
U-17 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıblar
Tarix: 02.08.2022 | Saat: 11:37:00 | E-mail | Çapa göndər
İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimizin üzvləri Vətənə qayıdıblar.

Komanda hesabında dünya üçüncüsü olan yığmamızı Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların ailə üzvləri qarşılayıblar.

AGF-nin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev Milli Olimpiya Komitəsi, GİN və AGF tərəfindən güləşçilərimiz üçün bütün şəraitin yaradıldığını bildirib: “Təlim-məşq toplanışları, qidalanma və vitaminlə təminat yüksək səviyyədə idi. Avropa çempionatında olduğu kimi, dünya çempionatında da güləşçilərimiz sözlərini dedilər. Yunan-Roma güləşində komanda hesabında ikinci, sərbəst güləşdə isə üçüncü yeri tutduq. Federasiya tərəfindən bütün yaş qrupları üzrə milli komandalara hər cür şərait yaradılıb. Güləşçilərimiz də yaradılan bu şərait qarşılığında bizi sevindirirlər. İnanıram ki, gələcəkdə də belə olacaq. Hamınızı təbrik edirəm”.

Böyük məşqçi Əsgərxan Novruzov bütün güləş həvəskarlarını və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edərək deyib: “Təxminən 40 gün əvvəl Avropa çempionatından möhtəşəm qələbə ilə qayıtmışdıq. Altı qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında çempion olmuşduq. Təbii ki, Avropa və dünya çempionatları fərqli yarışlardır. Komandamızın hazırlığı o qədər yaxşı idi ki, dünya çempionatından da daha yaxşı nəticə gözləyirdik. O cümlədən komanda hesabında çempion olacağımıza inanırdıq. Yəqin ki, görüşlərimizi izləmisiniz. Bir çox xallarımız son anlarda əldən getdi. Dünya çempionatı çox ağır keçdi. Daim ön sıralarda olan İranı qabaqlayıb üçüncü yeri tutduq. Məşqçilər və güləşçilər sağ olsunlar. Özlərini doğrultdular. Dünya çempionatında 2 qızıl medal Azərbaycan üçün çox yaxşı nəticədir. Avropada bizdən başqa qızıl medal qazanan ölkə olmadı. Bizim əsas işimiz böyüklərdən ibarət komanda üçün güləşçilər yetişdirməkdir. Bu gün heyətdə yer alan 6 idmançımız gələn ildən gənclərdə yer alacaq. Məqsədimiz bütün yaş qrupları üzrə birgə fəaliyyət göstərib, Azərbaycan güləşini zirvəyə yüksəltməkdir”.

Dünya çempionu İlyas İsayev güclü rəqiblərlə qarşılaşdığını bildirib: “Şükürlər olsun ki, dünya çempionu oldum. Məşqçilərimizə, Gənclər və İdman Nazirliyinə, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Son saniyələrdə aldığım xalla dünya çempionatında qızıl medal qazandım”.

Dünya çempionatında qızıl medal qazanan Vasif Bağırov yarışa yaxşı hazırlaşdığını qeyd edib. Vurğulayıb ki, dünya çempionatında rəqiblərimiz güclü idi. Əvvəlcə Qazaxıstan idmançısına tam üstünlüklə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda Hindistan güləşçisini 7:4 hesabı ilə məğlub edərək finala çıxdım. Həlledici görüşdə isə ABŞ güləşçisinə 5:3 hesabı ilə qalib gələrək dünya çempionu oldum. Şükürlər olsun ki, ölkəmizə qızıl medal gətirdim.

Xatırladaq ki, mundialda Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.
Xəbər 229 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru