Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
18/09 | 22:19 Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub
18/09 | 21:21 Azərbaycan və Fransa yığmaları dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda yarışlarında eyni xal toplayıblar
18/09 | 20:15 Azərbaycanın U-16 millisinin hazırlıq prosesini 26 məşqçi izləyir
18/09 | 19:50 Mariya Stadnik: Medal kolleksiyamda təkcə Olimpiya qızılı çatmır
18/09 | 19:03 Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
18/09 | 18:52 Futbol üzrə Azərbaycan çempionatının beşinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
18/09 | 17:06 Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçiriləcək
18/09 | 16:57 Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18/09 | 15:30 Azərbaycan–İsveçrə oyununun başlanma saatı müəyyənləşib
18/09 | 15:14 Sabah dünya çempionatında sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar
18/09 | 14:38 “Tufan” klubunun futbolçuları üçün seminar təşkil olunub
18/09 | 14:05 Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində daha səkkiz qarşılaşma keçiriləcək
18/09 | 13:29 Güləşçimiz Elis Manolova dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb
18/09 | 13:05 İki boksçumuz dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaq
18/09 | 12:59 Güləşçimiz Tatyana Omelçenko dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
18/09 | 12:37 AFFA-nın intizam komitəsinin qərarları açıqlanıb
18/09 | 11:10 UEFA Çempionlar Liqası: E, F, C və H qruplarında birinci tura yekun vurulub
18/09 | 10:01 Şahmatçılarımız dünya kubokunun səkkizdəbir finalında üz-üzə gələcək
18/09 | 09:46 İki boksçumuz dünya çempionatında dörddəbir finala vəsiqə qazanıb
17/09 | 22:24 Mini futbol üzrə “Xalqlar dostluğu” Kuboku Tümendə oynanılacaq
17/09 | 21:24 Rusiyalı əkiz bacılar bədii gimnastika üzrə dünya çempionatında ilk iki pillədə qərarlaşıblar
17/09 | 20:04 Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşir
17/09 | 19:27 Futzalçılarımızın rəqibi olan Rusiya yığması təlim-məşq toplanışına başlayıb
17/09 | 18:08 Dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında iştirak edəcək gimnastlar müəyyənləşib
17/09 | 17:00 FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17/09 | 16:26 Ağır atletika üzrə dünya çempionatı 2022-ci ildə Çuntsin şəhərində keçiriləcək
17/09 | 16:05 Qadın güləşçimiz dünya çempionatının finalına vəsiqə qazanıb
17/09 | 15:35 Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb
17/09 | 15:01 Gimnastımız Veronika Qudis dünya çempionatında topla çıxışını təqdim edib
17/09 | 14:32 Bu gün Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılacaq
17/09 | 14:06 Mariya Stadnik “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanıb
17/09 | 13:22 Sablyaçılarımız Antalyada təlim-məşq toplanışında iştirak edirlər
17/09 | 13:01 Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17/09 | 12:33 Milli komandamız Həştərxanda “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək
17/09 | 12:02 Güləşçimiz Mariya Stadnik dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 4 3 0 1 6-5 9
3 Zirə 4 2 1 1 4-3 7
4 Keşlə 4 2 0 2 6-3 6
5 Neftçi 4 1 1 2 3-5 4
6 Sumqayıt 4 1 0 3 4-7 3
7 Qəbələ 4 1 0 3 1-9 3
8 Sabah 4 0 2 2 2-4 2
«Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
Tarix: 14.09.2012 | Saat: 14:24:00 | E-mail | Çapa göndər
Leyla Qurbanova | leyla-6565@mail.ru

«Harada «Xəzər Lənkəran» klubu var, orada qalmaqal var». İndi bu misal futbol icitimaiyyətində dillər əzbərinə çevrilib. Yarandığı gündən ölkə futboluna rəqabət gətirən «ağ-yaşıllıar», paralel olaraq, qalmaqal da gətirib. Cənub təmsilçimizin həzm edə bilmədiyi ilk komanda Bakı «Neftçi»si oldu. Rəqibinin keçmişindən gələn aşkar nüfuzunu qəbul etməyən «Xəzər Lənkəran», ona yaxın mətbuat vasitəsi ilə daim bayraqdarla öz arasındakı matç ətrafında süni ajiotaj yaratdı; ölkə mediasına «Böyük oyun» kimi məqsədli ifadə yeridərək, «Neftçi» - «Kəpəz», «Neftçi» - «Qarabağ» tarixi rəqabəti pərdələməyə çalışdı. Düzü, buna müəyyən dərəcədə nail oldu. Xeyli sürən bu gərginliyə ötən mövsüm, zəruriyyətdən gələn məcburiyyət son qoydu. Unibank Premyer Liqasının ilkin mərhələsində Bakıda barışmaz rəqbindən ağır zərbə alan (klub tarixində ən böyük hesablı məğlubiyyəti «Neftçi»dən alıb – 0:5) «Xəzər Lənkəran» daxilən sındı və növbəti dəfə ajiotaj yaratmaq, rəqibinə yersiz psixoloji basqı yaratmaq siyasətindən yəqin, birdəfəlik əl çəkdi.

Flaqmanla «söz müharibəsi»ni bitirməmiş «Xəzər Lənkəran» digər paytaxt klubu - «Bakı» klubuna qarşı «qara piar»a başladı. 2010-cu ildə Azərbaycan kubokunun finalında qapıçı Kamran Ağayevin səhvindən sonra «zolaqlılar» hesabı açdı. Bu qol rəqibin qalib gəlməisndə həlledici rolu oynadı. Ancaq «Xəzər Lənkəran» camiəsi yenə cığallıq edərək, görüşdən sonra «Bakı»nın vurduğu halal qolun ətrafında gərginlik yaratdı; rəqibin qələbəsinə kölgə salmaq istədi.
Atalarımız «Göz qalan yerdə xeyir-bərəkət olmaz» deyiblər. Cənub təmsilçimiz heç, ənənəsinə sadiq qalıb Avropada elə ilk mərhələdə mübarizəni dayandırdı. «Zolaqlılar»a gəlincə, Şeferin rəhbərlik etdiyi komanda Çernoqoriya klubunu Bakıda məğlub etsə də, əməkdaşlarının səhlənkarlığı sayəsində heyətində bir cəzalı legioner oynatdığına görə, UEFA tərəfindən cəzalandırıldı. «Ağ-göylər» səfərdə çox çalışdı. Amma 2:1 hesablı qələbə texniki məğlubiyyətin (0:3) qarşılığında bəs olmadı.

«Bakı»dan qurtarıb «Xəzər Lənkəran» başqa bir paytaxt klubunu - «İnter»i «qaraladı». Keçənilki ölkə çempionatında çoxdan görməyib eşitmədiyimiz hadisə baş verdi: yerli azarkeş qonaq komandanın baş məşqçisi Kaxabar Sxadadzenin başına yabançı əşya atdı. Fanatların bu hərəkəti az imiş kimi, bu mövsüm onlara klubun futbolçuları qoşuldular. 3-cü tur çərçivəsində Bakıda keçirilmiş matçın final fiti səslənən kimi, «Xəzər Lənkəran»ın futbolçuları Elnur Allahverdiyev, eləcə də Branimir Subaşiç və Sadio Tunkara «İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadze, onun həmyerlisi İliya Kandelaki ilə əlbəyaxa oldular. Ölkə mətbuatında qalmaqala səbəb, Kandelakinin matçın sonlarında Tunkaranın ünvanına irqçi söyüşlərlə təhqir etməsi deyilir. Əks ittihamla qarşı tərəf çıxış edir və deyir onların heyətində də qara dərli futbolçu çıxış edir. Belə olan halda, onlar elə öz futbolçularını da təhqir etmiş olur. Güman ki, hadisə ilə bağlı açıqlamalar zamanı tam təfərrüatı da öyrənmək mümkün olacaq.
Bəli, yarandığı 2004-cü ildən bu yana yalnız bu yay ilk avro kubok qələbəsinə sevinmiş komanda mənfi tendesiyalarla daim idman ictimaiyyətinin və mətbuatın diqqətini özünə çəkib, qınaq obyektinə çevrilib. Ölkə futboluna qara ləkənin düşməsi də «Xəzər Lənkəran» klubu ilə əlaqədardır. Xatırlayırsınızsa, keçən mövsüm Azərbaycan futbolunda görünməmiş hadisə baş verdi: FİFA ilk dəfə Azərbaycan çempionatında çıxış edən komandanın hesabından 6 xalı sildi. Məsələ sadə idi. «Ağ-yaşılar» 2008/09 mövsümündə transfer etdiyi braziliyalı Romulu Silvanuya olan borğunu ödəməmişdi. Pulunun qaytarılmayacağını görən yarımmüdafiəçi, öz növbəsində, vəkili vasitəsilə FİFA-ya şikayət etmişdi. Ali futbol qurumu braziliyalının müraciətinə baxıb, futbolçunun borcunun ödənilməsinin vacibliyini bildirmişdi. AFFA-nın rəsmi saytı gedişatı təfsilatı ilə anlatmışdı. Belə ki, «Xəzər Lənkəran» FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunaraq, 30 gün müddətində ali quruma 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəməli idi.
«Gəmiqayıranlar» bu qərar çıxdıqdan sonra 09.02.2012-ci il tarixində futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri versə də, borc gec ödənildiyi üçün, 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməmiş qalmışdı. Belədə, FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək, klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb etmişdi.
Düzdür, sonradan «Xəzər Lənkəran» vəziyyətdən çıxış yolu tapdı. Hətta ali qurum «ağ-yaşıllar»dan üzr istədi. Amma futbolumuza düşən qara ləkəni silmək olmadı.

Komanda bu siyasətini dəyişməsə, güman ki, onlara olan antipatiya daha artacaq. İfrat azarkeş çılğınlığına rəğmən, komandanın düzgün qurmadığı strategiya yeknəsəqlikdən başqa bir şey deyil. Halbuki, «Xəzər Lənkəran» yaradılanda tezliklə Avropa səviyyəli klub olacağı deyilmişdi. Amma Cənub klubu nəinki irəli gedir, heç özu hansı yolu tutduğunu, nə istədiyini bilmir. Bəlkə də bilir. Bilirsə, bu, üzdə görüntü, arxada isə qaranlıq pərdəsi ilə örtülmüş siyasətdir. Gələcək yazılarımızda bu klubun azarkeş mədəniyyətindən söz açacağıq və aktual bir məsələyə – ümumiyyətlə, «Xəzər Lənkəran»ın Azərbaycan futboluna lazım olub olmamasına, fayda verib verməməsinə toxunacağıq.


Xəbər 1707 dəfə oxundu



 
Müəllifin son yazıları

17.01.2018 Bakı şəhər trasını seçməyin 5 səbəbi
12.01.2016 Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
22.10.2015 İdman oyunlarını siyasi oyunlarla qarışdıranlar…
20.10.2015 «Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
30.10.2014 Güləşçilərimiz Şərq qəhrəmanlığını Daşkənddə canlandırdılar
11.06.2013 Avropa çempionatında 4 medal - yeni zəfər yolunun başlanğıcı
21.01.2013 Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
21.09.2012 «Qarabağ»a Qarabağ lazım deyil
06.09.2012 Bu Premyer Liqa da qalmaqalla başladı
28.06.2012 London olimpiadasında bayraqdar kim olacaq: Veteran, yoxsa hazırkı olimpiya çempionu?


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru