17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Valensiya şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, toplanış sentyabrın 18-də başlayıb 27-də bitəcək. Təlim-məşq toplanışı yekunlaşandan sonra Təbriz Həsənovun yetirmələri beynəlxalq turnirə qatılacaqlar. Turnir Sentyabrın 28-dən oktyabrın 7-dək İspaniyanın Alikante şəhərində baş tutacaq.
A qrupu: Meksika, Rusiya, Mərakeş, Kanada
B qrupu: ABŞ, Azərbaycan, BƏƏ, Gürcüstan
29 sentyabr
19:00. ABŞ - Azərbaycan
30 sentyabr
13:00. BƏƏ - Azərbaycan
1 oktyabr
20:00. Azərbaycan - Gürcüstan
affa.az
|