Finlandiyada qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları başa çatıb. İdman.com.az saytının məlumatına görə, təsnifatda «C» qrupunda yer alan Azərbaycan millisi sonuncu matçdan da qalib ayrılıb.
İlk 2 qarşılaşmada Avstriya və Belarus millilərini 3:0 hesabı ilə məğlub edən qızlarımız, eyni aqibəti ev sahibələrini də yaşadıblar - 3:0 (25:19, 25:17, 25:17). Növbəti görüşdə Belarus komandası da darmadağın olub - 3:0 (25:20, 25:12, 25:11).
2-ci mərhələnin matçları senyabrın 14-də Bakıda başlayacaq.
İlkin mərhələdən sonra yarış cədvəlində vəziyyət belədir: 1. Azərbaycan – 9 xal (9:0), 2. Belarus – 6 (6:4), 3. Finlandiya – 0 (4-6), 4. Avstriya – 0 (0:9).
|