Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ruslan Həmidov: Əsas hədəfimiz Mingəçevirdə futbolu yenidən inkişaf etdirməkdir
Tarix: 13.05.2022 | Saat: 08:42:00 | E-mail | Çapa göndər
“Mingəçevir” futbol klubunun Birinci Diviziona vəsiqə qazanması çox sevindirici xəbər oldu. AFFA rəhbərliyi komandanın yenidən təşkil olunması üçün mühüm addımlar atıb. Bunun üçün klub nümayəndələri və mingəçevirlilər adından AFFA rəhbərliyinə təşəkkürmü bildirirəm.

Son 4 ildə komandanın Region Liqasında mübarizə apardığını bildirən klub rəsmisi deyib: “ Azarkeşlərimizin oyunlara marağı böyükdür. Belə ki, turnirin dörddəbir final mərhələsinin ev oyununda komandamıza 4 min 200 tərəfdaş azarkeşlik edib. Bu, Mingəçevirin futbol şəhəri olmasından xəbər verir. Komandamız uzun illər milli komandaya futbolçular verib. Mingəçevir təmsilçisi Premyer Liqada da mübarizə aparıb. Əsas hədəfimiz çempion olub, Mingəçevirdə futbolu yenidən inkişaf etdirməkdir. Şəhər stadionunun, tribunların və paltar dəyişmə otaqlarının təmirini Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı öz üzərinə götürüb. Meydançalarımız isə AFFA tərəfindən bərpa olunacaq. Əsas meydanın örtüyü qazondan təşkil ediləcək. Əlavə meydança isə süni olacaq”.

“Mingəçevir gənc şəhər olmağına baxmayaraq, idmançılar şəhərədir. Ötən həftə Mingəçevirdə avarçəkmə üzrə “Prezident kuboku-2022” beynəlxalq reqatası yüksək səviyyədə təşkil olundu. Mingəçevirlilər həmin turniri böyük coşğu ilə qarşıladılar. Ümumiyyətlə, Mingəçevir gəncləri idmanı sevir və bədən tərbiyəsi ilə yaxından məşğul olurlar. Bizim şəhərə və azarkeşlərə Premyer Liqada iştirak edən klub yaraşır. Ümid edirəm ki, komandamız Birinci Divizonda birinci olub, Premyer Liqaya vəsiqəni təmin edəcək”, - deyə R.Həmidov əlavə edib.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan klub rəhbəri bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq qurumlar heç bir tərəddüd etmədən mötəbər yarışların təşkilini ölkəmizə həvalə edirlər. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Bütün bunlar ölkədən həyata keçirilən uğurlu idman siyasətinin bariz nümunəsidir.

Heyətə yeni futbolçuların cəlb olunacağını deyən klub rəsmisi üstünlüyün mingəçevirli oyunçulara veriləcəyini bildirib: “Gəncədə 2, Tovuzda 1, Premyer Liqa klublarında isə 4 futbolçumuz oynayır. Birinci Divizionda da oyunçularımız çıxış edir. Bu futbolçular “Qəbələ” futbol akademiyasının yetirmələridir. Hamısını yeni mövsüm üçün heyətə dəvət edəcəyik. Klubun İdarə və Müşahidə şuraları yaradılacaq və onlar komandanı idarə edəcək. Mingəçevirli iş adamlarını komandaya dəstək olmağa çağırıram. Futbolun İnkişafı Fondunun rəhbəri ilə görüşüb gələcək planlar barədə fikir mübadiləsi aparmışam”.

Yaxın gələcəkdə Mingəçevir futbol akademiyasının yaradılmasının nəzərdə tutulduğunu bildirən R.Həmidov vurğulayıb ki, əsas məqsədimiz Azərbaycan milli komandası üçün futbolçu yetişdirmək və ölkə futbolunun inkişafına töhfəmizi verməkddir. Son illərdə milli komanda da mingəçevirli futbolçular çıxış etmirdi. 1996-cı ildə “Kür-Nur” klubu dağılandan sonra böyük futbol Mingəçevirdən uzaqlaşdı. Ümid edirəm və inanıram ki, biz əvvəlki ənənəmizi bərpa edib, milli komanda üçün yeni futbolçular yetişdirəcəyik.
Xəbər 309 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru