Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
14.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
21/04 | 21:15 Azərbaycan şahmatçısı dünya çempionatında iştirak hüququ qazanıb
21/04 | 20:02 Hindistan 2032-ci ildə Yay Olimpiadasına ev sahibliyi etməyə iddialıdır
20/04 | 18:00 Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə fərqlənib
20/04 | 17:09 Daha üç boksçumuz Avropa birinciliyində mərhələ adlayıb
20/04 | 16:38 V Vüqar Həşimov Memorialında ikinci tura start verilib
20/04 | 16:06 Boksçumuz Zamiq Atakişiyev peşəkar rinqdə beşinci qələbəsini qazanıb
20/04 | 15:43 Paralimpiyaçı atletlərimiz Antalyada təlim-məşq toplanışına yola düşüblər
20/04 | 15:13 Yığmamız UEFA İnkişaf turnirində iştirak edəcək
20/04 | 14:34 Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20/04 | 13:43 Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
20/04 | 12:32 Türkiyə Kubokunda “Fənərbağça”-“Beşiktaş” oyunu yarımçıq dayandırılıb
20/04 | 11:35 Masallıda futbol üzrə rayon turnirinə start verilib
20/04 | 10:03 İspaniya çempionatının 33-cü turuna yekun vurulub
19/04 | 21:20 “Synergy Baku” velosiped komandası “Tour of Mersin” yarışına uğurla başlayıb
19/04 | 20:51 Bakı İdman Sarayında beynəlxalq cüdo turnirinin açılış mərasimi olub
19/04 | 19:12 Ağır atletika üzrə seçmə mərhələ yarışları keçiriləcək
19/04 | 18:55 Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar
19/04 | 16:51 Şəmkirdə V Vüqar Həşimov Memorialı start götürüb
19/04 | 15:32 Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
19/04 | 14:26 U-16 millimiz yoxlama oyununda gücünü sınayıb
19/04 | 13:45 Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb
19/04 | 11:33 Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
19/04 | 10:16 “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku yarışlarının qalibi olub
18/04 | 22:49 Şəmkirdə Vüqar Həşimov memorialının təntənəli açılış mərasimi olub
18/04 | 22:05 Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə üçüncü olublar
18/04 | 21:00 “Ferrari” Bakı Qran-Prisinə daha cəsarətli şin seçimi edib
18/04 | 19:01 Futbol üzrə Azərbaycan kubokunun ilk finalçısı müəyyənləşib
18/04 | 18:56 Azərbaycan şahmatçısı Nepalda keçirilən turnirdə ikinci yer tutub
18/04 | 17:12 Beynəlxalq qrossmeysterlər məktəbli şahmatçılara ustad dərsləri keçiblər
18/04 | 16:04 U-16 millimiz “Keşlə” klubuna qalib gəlib
18/04 | 15:32 Bakıda İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir
18/04 | 14:21 Dünya çempionu Maqnus Karlsen Şəmkirdə özünü basketbolçu kimi sınayıb
18/04 | 13:36 Azər Əsgərov: Cüdo üzrə beynəlxalq turnir hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir
18/04 | 11:41 Bu gün futbol üzrə Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək
18/04 | 11:03 Azərbaycan Kunq Fu Federasiyasına prezident seçildi
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 23 17 5 1 33-8 56
2 Qəbələ 22 12 5 5 36-21 41
3 Sumqayıt 22 10 6 6 29-24 36
4 Zirə 22 9 8 5 29-22 35
5 Neftçi 22 9 4 9 28-24 31
6 Səbail 22 5 3 14 14-31 18
7 Keşlə 22 4 6 12 19-34 18
8 Kəpəz 23 3 3 17 13-38 12
Milli Olimpiya Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
Tarix: 27.12.2010 | Saat: 18:11:00 | E-mail | Çapa göndər
- Əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, bütün idmançıları, idman mütəxəssislərini 2010-cu ildə qazanılmış qələbələr münasibətilə ürəkdən təbrik edirəm.
İlin sonunda görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Hər il biz görüşürük və ilin yekunlarını müzakirə edirik, idmançıları, idman ictimaiyyətinin nümayəndələrini mükafatlarla, mənzillərlə təltif edirik. Hesab edirəm ki, bu gözəl ənənə bundan sonra da yaşamalıdır və biz hər il idmançıların uğurlarını qeyd etməliyik.
Əlbəttə ki, idmançılarla il ərzində də vaxtaşırı görüşlərim olur, xüsusilə beynəlxalq, mötəbər yarışlarda qələbə qazanmış idmançılarla, gənc idmançılarla. Mən çalışıram ki, idmanın inkişafına diqqət yetirim. İdmanın inkişafı Azərbaycanda artıq reallıqdır və çox sevindirici hal ondan ibarətdir ki, bu uğurlar ildən-ilə artır. Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Bu onu göstərir ki, uğurlarımız təsadüfi xarakter daşımır, məqsədyönlü, düşünülmüş siyasətin və idmanla məşğul olan bütün qurumların birgə fəaliyyəti nəticəsində biz bu uğurlardan danışa bilərik.
Azərbaycan dünyada idman dövləti kimi tanınır, artıq bir neçə ildir ki, uğurlarımız qeyd edilir. Azərbaycan Beynəlxalq Olimpiya hərəkatında çox fəal iştirak edir və biz böyük hörmətə malik olan ölkəyik. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi artıq adi hala çevrilibdir. İl ərzində Bakıda dəfələrlə dünya, Avropa çempionatları, digər beynəlxalq yarışlar keçirilir və bizdə olan imkanlar bu yarışların yüksək səviyyədə təşkili üçün gözəl şərait yaradır.
İdmanın inkişafı özünü müxtəlif istiqamətlərdə büruzə verir. Ancaq onların arasında ən vacib amil əlbəttə ki, medalların sayıdır. 2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmışlar. Onlardan 206-sı Olimpiya idman növləri üzrə qazanılmış medallardır. İdmançılarımız müxtəlif yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ölkəmizi şərəflə təmsil ediblər və Azərbaycanın idman şöhrətini qaldırıblar.
Mən çox şadam ki, gənc idmançılarımız yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında çox böyük uğura nail olublar. 204 ölkə içində idmançılarımız 11-ci yeri tutmuşlar və İslam ölkələri arasında birinci sıradadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır. Gənc idmançıların uğurlu çıxışı bizə əsaslı ümid verir ki, bir neçə ildən sonra gənclərimiz ölkəmizi dünya çempionatlarında, Olimpiya Oyunlarında təmsil edəcəklər. Olimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi uğurlar bizim üçün idmanda, idman yarışlarında əsas vəzifədir. Gənc nəslin yetişdirilməsi üçün ölkəmizdə aparılan siyasət çoxşaxəlidir. Burada biz fəaliyyətimizi təkcə idman sahəsi ilə məhdudlaşdırmırıq. Uğurları təmin etmək üçün ümumiyyətlə gənclərdə, o cümlədən idmançılarda möhkəm iradə olmalıdır, vətənpərvərlik ruhu yüksək səviyyədə olmalıdır, vətən sevgisi olmalıdır. Biz gənclərimizə bu nəcib əlamətləri aşılayırıq. Azərbaycanda bu sahədə işləri yüksək qiymətləndirirəm.
Azərbaycan cəmiyyəti və onun vacib hissəsi olan gənclər bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. İdman isə o sahədir ki, burada nəticələr bəlkə də özünü daha da qabarıq və açıq şəkildə büruzə verir. İdmanda qazanılmış qələbə ölkənin qələbəsi sayılır. Təsadüfi deyil ki, Olimpiya Oyunlarında və başqa yarışlarda ölkələr bir-biri ilə rəqabət aparırlar. Ona görə yeniyetmələrimizin dünya miqyasında böyük idman dövlətlərini geridə qoyub 11-ci yeri tutması tarixi hadisədir. Mən çox şadam ki, dünya idman ictimaiyyəti də bizdə idmanla bağlı gedən bu proseslərə çox böyük maraqla yanaşır, uğurlarımız artıq tanınır və qiymətləndirilir.
2010-cu ildə bu uğurlarla bərabər, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ənənəvi olaraq vacib addımlar atılmışdır. Bu il dörd olimpiya idman kompleksi istismara verilmişdir. Göyçay, Ağdaş, Balakən və Horadiz şəhərlərində müasir idman kompleksləri istifadəyə verilmişdir. Müşfiqabad qəsəbəsində idman-təlim mərkəzi istismara verilmişdir. Mingəçevirdə beynəlxalq avarçəkmə mərkəzi fəaliyyətini demək olar ki, daha da müasir keyfiyyətdə bərpa etmişdir. Bildiyiniz kimi, Mingəçevir Olimpiya avarçəkmə bazası Sovet İttifaqında yaşamış idmançılara xidmət göstərirdi və o bazanın nadir iqlim şəraiti avarçəkmə ilə məşğul olanların hamısını ora cəlb edirdi. Uzun illər ərzində baza yararsız vəziyyətdə qalırdı və biz onun bərpası üçün müxtəlif imkanlar axtarırdıq, o cümlədən xarici maliyyə dəstəyini cəlb etməyə çalışırdıq. Ancaq nəticədə Azərbaycan dövləti avarçəkmə bazasını dövlət büdcəsi hesabına ən müasir səviyyədə təmir etdi, onu demək olar ki, yenidən qurdu. Orada çox gözəl mehmanxana, idman qurğuları, üzgüçülük hovuzu, trenajor zalları yaradılıb, gözəl park salınıbdır. Bu, nəinki avarçəkmə idman növünün inkişafı üçün, eyni zamanda, turizm obyekti kimi öz gözəlliyi və funksional tərəfi ilə fərqlənən beynəlxalq avarçəkmə bazasıdır. Əlbəttə ki, ilk növbədə idmançılarımız bu imkanlardan istifadə edirlər və etməlidirlər. Qeyd etməliyəm ki, bizim üçün ənənəvi olmayan bu idman növü üzrə də böyük uğurlarımız vardır. Bu baza başqa ölkələrin idmançıları üçün də öz imkanlarını təqdim edir. Bu, həm Mingəçevirin inkişafına böyük dəstək olacaq və investisiyaların cəlb olunmasına xidmət göstərəcək, həm də ki, regional beynəlxalq avarçəkmə bazasının tikintisi doğrudan da böyük hadisədir.
2011-ci ildə bu tikinti-quraşdırma işləri davam etdiriləcəkdir. On bir olimpiya mərkəzinin tikintisi nəzərdə tutulur. Onların bir hissəsinin açılışı gələn il olacaqdır. Bu proqram ardıcıl şəkildə icra edilir. Qeyd etmək istəyirəm ki, idmanla məşğul olan qurumlar - həm Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bu il fəal işləmişlər, birgə işləmişlər. Biz hamımız vahid məqsədə xidmət edirik. Bu da ondan ibarətdir ki, Azərbaycanda idman sürətlə inkişaf etsin, idman uğurlarımız daha da artsın, idmançılara dövlət tərəfindən qayğı artsın, idman veteranları da yaddan çıxmasın. Son illər ərzində bütün bu istiqamətlərdə aparılan işlər, tədbirlər bugünkü reallıqları mümkün edibdir.
Biz özümüzü bu bölgədə və Avropa qitəsində, hətta dünya miqyasında idman sahəsində artıq sözün əsl mənasında təsdiq etmişik. Bu, ölkəmizi daha da gücləndirir, ölkəmiz haqqında dolğun məlumatın dünya ictimaiyyətinə çatdırılması üçün çox müsbət rol oynayır. Çünki Azərbaycanın bugünkü inkişafı, Azərbaycan həqiqətləri və ölkəmizdə gedən quruculuq işləri bəzi hallarda dünya ictimaiyyəti üçün sirr kimi qalır. Bəzi hallarda Azərbaycanla bağlı məlumatlar dünya mətbuatında ya həqiqəti əks etdirmir, ya da ki, qərəzli olur, təhrif edilmiş məlumatlar dərc edilir. Yəqin ki, ona görə də birinci dəfə Azərbaycana, Bakıya gələn hər bir qonaq Bakının gözəlliyini, şəhərimizdə, ölkəmizdə olan quruculuq işlərini görərkən təəccüb edir və bu təəccübü gizlədə bilmir. Bəzi qonaqlar Bakıya tam başqa fikirlərlə gəlirlər. Ancaq burada gedən prosesləri, gözəlliyi görərkən əlbəttə ki, bu, onlara çox güclü təsir göstərir. Biz də çalışmalıyıq ki, haqqımızda məlumat həqiqəti əks etdirsin. Bunun üçün ən gözəl vasitə qonaqları dəvət etməkdir. Bu gün ölkəmizdə qurulan infrastruktur – gözəl mehmanxanalar, istirahət kompleksləri, aeroportlar turizmin inkişafı üçün müsbət təsirini göstərir. Azərbaycana nə qədər çox qonaq gəlsə, ölkəmiz haqqında dünyada o qədər də dəqiq məlumat mövcud olacaqdır. İdman yarışlarının keçirilməsi, əlbəttə ki, bu məqsədi də güdür. Digər tərəfdən, idmançılar, gənclər bir-biri ilə təmasda olurlar, görüşürlər. Bu, millətlərarası, sivilizasiyalararası münasibətlərə də müsbət təsir göstərir. Azərbaycan bu sahədə də dünya birliyinə öz dəyərli töhfəsini verir. Azərbaycanda yüksək dərəcəli dini və milli dözümlülük artıq dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, ölkəmizdə bu məsələ ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər keçirilir. İdman bütün bu işlərin aparılmasında mühüm rol oynayır və biz bunu Azərbaycanda çoxdan dərk etmişik. İdman sadəcə olaraq qazanılmış medalların sayı ilə ölçülməməlidir. İdman ictimai-siyasi həyatda mühüm amildir. Beynəlxalq münasibətlərdə idmanın rolu getdikcə artmaqdadır və biz bunu artıq gündəlik həyatda görürük.
Bu gün Azərbaycan idmanı ölkədə gedən quruculuq proseslərinə tam uyğundur. Deyə bilərəm ki, bir neçə il ərzində Azərbaycanda idmanın inkişafı digər sahələrdə olan inkişafı qabaqlayırdı. Ancaq bu gün Azərbaycanın iqtisadi inkişafı, sosial məsələlərin həlli, böyük quruculuq işləri, ölkəmizin müasirləşməsi və güclü regional dövlətə çevrilməsi prosesləri idmanda əldə edilmiş uğurlarla tam şəkildə üst-üstə düşür. Biz istəyirik ki, Azərbaycan daha da güclənsin. Biz istəyirik ki, dünyada mövcud olan və xalqımıza, adət-ənənələrimizə uyğun olan ən qabaqcıl, mütərəqqi meyarlar Azərbaycanda öz təsdiqini tapsın. Biz istəyirik ki, Azərbaycan müasir dövlət kimi öz imkanlarını genişləndirsin, dünyadakı mövqelərimiz daha da möhkəm olsun, ölkədə iqtisadi, siyasi, sosial islahatlar daha da sürətlə getsin və biz bunu görürük. Bütün beynəlxalq iqtisadi qurumlar Azərbaycanda gedən prosesləri böyük maraqla izləyirlər. Bütün qabaqcıl və nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən birinci sıralardadır - istər ölkələrin iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə, istər informasiya-kommunikasiya texnologiyalarının inkişafına, istər insan indeksinin meyarlarına görə, istərsə də idman sahəsində. Bütün bu sahələrdə biz uğurla və inamla irəliyə gedirik.
Mən inanıram ki, 2011-ci il bu gözəl ənənələrin davam etdirilməsi üçün uğurlu il olacaq, o cümlədən idman sahəsində. 2011-ci il 2012-ci ilin Yay Olimpiya Oyunlarına hazırlıq üçün həlledici il olacaqdır. Çoxsaylı lisenziya turnirləri keçiriləcəkdir və Olimpiadaya hazırlıq dövrünün sonuncu ilidir. Əlbəttə, biz bu amili nəzərə almalıyıq. 2011-ci ildə səylərimizi daha da gücləndirməliyik. Halbuki 2009-cu il - Olimpiadadan sonrakı bir il bizim üçün nə qədər vacib idisə, 2011-ci il də o qədər vacibdir. Əlbəttə Olimpiya oyunları idman sahəsində müəyyən dövrün ən əsas hadisəsidir. Ancaq bununla bərabər, bütün idman qurumları gündəlik fəaliyyətlərində çalışırlar ki, qarşıya qoyulan məqsədə çataq.
Mən əminəm ki, gələn il də idmanımız üçün uğurlu il olacaqdır. İdmançılarımız, yeniyetmələrimiz, gənclərimiz ölkəmizi dünyada ləyaqətlə təmsil edəcəklər və biz idmançılarla görüşəcəyik, idmançıların qələbələrinə sevinəcəyik. Əminəm ki, biz 2011-ci ili də uğurla başa vuracağıq.
Əziz dostlar, əziz idmançılar, 2010-cu ildə qazanılmış qələbələr münasibətilə mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdə, o cümlədən idmanda gedən bütün proseslər diqqət mərkəzimdədir. Bildiyiniz kimi, mənim idmana xüsusi münasibətim vardır. On üç ildir ki, mən Olimpiya Komitəsinin prezidentiyəm. Çalışıram və bundan sonra da çalışacağam ki, biz idmançıların problemlərini uğurla həll edək, idmanın inkişafı üçün əlavə tədbirlər görək, idman infrastrukturunun yaradılması üçün lazımi addımları ataq. 2011-ci il bu sahədə çox əlamətdar bir il olacaqdır. Çünki 2011-ci ildə Bakıda yeni, möhtəşəm, gözəl Olimpiya stadionunun təməl daşı qoyulmalıdır. Artıq layihə hazırdır, stadion üçün yer müəyyən edilib. Mən hesab edirəm ki, Azərbaycan kimi idman dövlətinin paytaxtı Bakı şəhəri üçün ən müasir texnoloji imkanlara malik olan yeni Olimpiya stadionu tikilməlidir.
Mən sizi bir daha həm qələbələr münasibətilə, həm qarşıdan gələn bayramlar – Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm və sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

27.12.2010
Xəbər 1347 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.12.2017 Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.10.2016 İlham Əliyev: "Bu, mühüm nailiyyətdir"
05.01.2016 Patrik Hikki: “Bakı-2015” Avropa Olimpiya Komitəsi üçün mühüm hadisədir
24.12.2015 Azərbaycan Prezidenti: Bizim idman uğurlarımız ildən-ilə artır
24.12.2015 Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.09.2015 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub
23.12.2014 Prezident İlham Əliyev idmançıları mükafatlandırdı
03.07.2012 Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
01.01.2012 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
05.05.2011 İmişli Olimpiya İdman Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Azərbaycan futzalının 5-ci qitə cəhdi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru