Aprelin 22-də Çempionlar Turunun “Oslo Esports Cup” mərhələsinə start veriləcək.
Nüfuzlu turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk görüşünü vyetnamlı Le Quanq Liyemə qarşı keçirəcək.
Şahmatçımızla yanaşı, yarışda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, polşalı Yan Kşiştov Duda, Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Praqnanandha Rameşbabu, kanadalı Erik Hansen də mübarizə aparırlar.
Hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə +10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar. Turnir aprelin 28-dək davam edəcək.
|