Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində VI turun oyunları keçirilib. Tur çərçivəsində Azərbaycan millisi Lüksemburq yığmasını qəbul edib.
“Sərhədçi” Olimpiya Mərkəzində keçirilən oyunda basketbolçularımız layiqli qələbə qazanıblar – 95:77. Bu qələbə komandamızın turnir cədvəlində bir pillə irəliləməsinə də səbəb olub.
Qrupumuzda baş tutan digər matçda isə İsveç Bolqarıstanı 85:71 (23:19, 26:20, 13:21, 23:11) hesabı ilə məğlub edib.
AZƏRBAYCAN – LÜKSEMBURQ – 95:77 (16:13, 30:23, 22:22, 27:19)
Hakimlər: Engin Kennerman (Türkiyə), İqor Demenkov (Rusiya), Sergey Tislenko (Moldova)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
1. Almaniya 4 4 0 349-257 8
2. İsveç 5 3 2 431-383 8
3. Azərbaycan 5 3 2 386-396 8
4. Bolqarıstan 5 2 3 431-409 7
5. Lüksemburq 5 0 5 350-502 5
|