Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Tarix: 04.02.2022 | Saat: 17:37:00 | E-mail | Çapa göndər
Fevralın 4-də Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda “Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə yanaşı, bir neçə ölkənin dövlət və hökumət başçıları, rəsmi şəxslər, BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Abdulla Şahid, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak ediblər.

Azərbaycanı mərasimdə Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Mərasim Çin Xalq Respublikası bayrağının arenaya gətirilməsi ilə başlayıb və bu ölkənin Dövlət Himni səsləndirilib.

Təxminən 1 saat 40 dəqiqə davam edən açılış mərasiminin əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandasının keçidi olub. Azərbaycan paraddan keçən 42-ci ölkə olub. Dövlət bayrağımızı fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Olimpiya oyunlarında ən böyük komandalar Çin, ABŞ, Kanada, Rusiya Milli Olimpiya Komitəsidir. Sonda ev sahibi Çin komandasının idmançılarının keçidi olub. Elə 24-cü Qış Olimpiya Oyunlarının ən böyük heyəti də (387 idmançı) məhz Çindir.

“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin prezidenti Çay Çinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çıxışlarından sonra Çin Xalq Respublikasının Sədri Si Cinpin XXIV Qış Olimpiya Oyunlarını açıq elan edib.

Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Vizual şouda xüsusi qrafika ilə hazırlanan buz parçasının üzərində əvvəlki olimpiadaların tarixləri əks etdirilib. İşıq effektləri vasitəsilə rəmzi “qar dənəciyi” fiqurları üzərində iştirakçı ölkələrin adları stadionun üzərində görünüb. Çin kalliqrafiya sənəti üzrə müasir texnologiyalar əsasında Qış Olimpiya Oyunlarının keçirildiyi 24 şəhərin adı canlandırılıb. Daha sonra işıq effektləri vasitəsilə rəmzi “qar dənəciyi” fiqurları üzərində iştirakçı ölkələrin adları stadionun üzərində əks olunub. Təşkilatçılar komandaların üzvlərini onların öz dillərində salamlamağı da unutmayıblar.
Çinin Olimpiya çempionlarının müşayiəti ilə Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.

Qeyd edək ki, Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.
Xəbər 388 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.03.2022 “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb
06.03.2022 "Pekin-2022" XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançımız Mehman Ramazanzadə Çinə yola düşüb
04.03.2022 “Pekin-2022” Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
25.02.2022 “Pekin-2022” Qış Paralimpiya Oyunlarında 48 ölkə təmsil olunacaq
20.02.2022 “Pekin-2022”: Norveç yığması medal sayına görə Olimpiadanın qalibi olub
20.02.2022 “Pekin-2022” Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
20.02.2022 “Pekin-2022” Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb
19.02.2022 Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb
18.02.2022 “Pekin-2022”: Norveç yığması qızıl medallarının sayını 15-ə çatdırıb
17.02.2022 Azərbaycan təmsilçisi Yekaterina Ryabova “Pekin-2022”nin final mərhələsində çıxış edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru