Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Tarix: 30.12.2021 | Saat: 10:17:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.27-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.27. idman mərc oyunları – real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur;”;

1.2. 1.0.28-ci maddədə “maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş” sözləri “maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

1.3. 1.0.30-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.31 – 1.0.34-cü maddələr əlavə edilsin:

“1.0.31. virtual mühit – idman mərc oyunlarının operatorunun və ya virtual satıcının idman mərc oyunlarının oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri və digər texnologiyalara əsaslanan, idman mərc oyunlarının operatorunun əmtəə nişanı altında və idman mərc oyunlarının operatorunun mərkəzi mərc sisteminə bağlı olaraq fəaliyyət göstərən platformalar;

1.0.32. idman mərc oyunları satıcısı – real mühitdə idman mərc oyunları satıcısı və virtual satıcı;

1.0.33. real mühitdə idman mərc oyunları satıcısı – idman mərc oyunlarının operatoru ilə bağlanılmış müqaviləyə (idman mərc oyunlarının operatoru idman mərc oyunlarının satıcısı olduğu hallar istisna olmaqla) əsasən yalnız idman mərc oyunlarının operatorunun əmtəə nişanından istifadə edərək onun təşkil etdiyi idman mərc oyunlarının satışını həyata keçirən və idman mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri stasionar və (və ya) səyyar terminallar vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs;

1.0.34. virtual satıcı – idman mərc oyunlarının operatoru ilə bağlanılmış müqaviləyə əsasən yalnız idman mərc oyunlarının operatorunun əmtəə nişanından istifadə edərək onun təşkil etdiyi idman mərc oyunlarının satışını həyata keçirən və idman mərc oyunlarının iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri virtual mühit vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi şəxs.”;

1.4. 4.0.41-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.0.42-ci maddə əlavə edilsin:

“4.0.42. idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi.”;

1.5. 13.2-ci maddə 13.3-cü maddə hesab olunsun və aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:

“13.2. Dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.”;

1.6. 40-2.1.1-ci və 40-2.1.3-cü maddələrdən ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” və 40-2.1.4-cü maddədən isə “və maliyyə bazarlarına nəzarət orqanı” sözləri çıxarılsın;

1.7. 53-1-ci maddə üzrə:

1.7.1. 53-1.1-ci maddəyə “inkişafına” sözündən sonra “, habelə sosial əhəmiyyətli layihələrə” sözləri əlavə edilsin;

1.7.2. 53-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir.”;

1.7.3. 53-1.4-cü maddəyə “inkişafına” sözündən sonra “, habelə sosial əhəmiyyətli layihələrə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müqavilə əsasında idarəetməyə verildikdə isə bu maddənin birinci cümləsində nəzərdə tutulan ödənilməli vəsaitin əvəzinə idarəetmə müqaviləsində nəzərdə tutulmuş məbləğ idarəedici tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hər il üzrə müəyyən etdiyi bölgüyə uyğun olaraq ödənilir.”;

1.7.4. 53-1.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.7.5. 53-1.6-cı maddənin birinci cümləsində “İdman” sözü “İdman mərc oyunlarının operatoru idman mərc oyunlarının satıcısı olduğu hallar istisna olmaqla, idman” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

1.7.6. aşağıdakı məzmunda 53-1.6-1-ci və 53-1.6-2-ci maddələr əlavə edilsin:

“53-1.6-1. İdman mərc oyunlarının operatoru onun keçirdiyi idman mərc oyunlarını fərqləndirən əmtəə nişanının (işarənin) qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq, idman mərc oyunlarını yalnız bir əmtəə nişanı (işarə) vasitəsilə (həmin əmtəə nişanının (işarənin) oxşarı da daxil olmaqla) həyata keçirə bilər.

53-1.6-2. İdman mərc oyunlarının operatoru idman mərc oyunlarını virtual mühit vasitəsilə ya özü, yaxud bu məqsədlə yalnız bir virtual satıcı ilə müqavilə bağlamaqla həyata keçirir.”;

1.7.7. 53-1.7-ci maddə ləğv edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2021-ci il

Xəbər 326 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
05.02.2021 “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
02.11.2018 “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
22.10.2013 “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
22.06.2010 “Olimpiya simvolunun qorunması haqqında” Nayrobi müqaviləsinə qoşulmaq barəsində AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
31.05.2010 “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
05.03.2010 “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
30.06.2009 Bədən tərbiyəsi və idman haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
20.02.2001 “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
28.10.1999 “İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulmaq barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru