London Yay Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçmaqla Rusiyaya qızıl medal qazandıran Mariya Savinova Çelyabinsk vilayətinin qubernatoru Mixail Yuryeviçi “atanşik” adlandırıb. Rus atlet qubernatorun London-2012-dən əvvəl vəd etdiyi 1 milyon dolları verməkdən vaz keçdiyini bildirib.
Onun sözlərinə görə, Çelyabinskin digər Olimpiya çempionu, cüdoçu Mansur İsayevə həmin mükafatı verən Yuryeviç Savinovanın eyni zamanda 3 vilayəti təmsil etdiyini əsas gətirərək, bu addımı atıb: “Necə olur ki, Çelyabinskdə mənim qızıl medalla şüarlarım asılır, amma mükafata gələndə, mən o vilayətin idmançısı deyiləm?! Fikrimcə, Yuryeviç Çelyabinskdən birdən-birə iki idmançının Olimpiya çempionu olacağını gözləmirdi. Yoxsa, olimpiadadan əvvəl belə bir söz verməzdi. Amma bir iş də var ki, əgər kişinin ağzından söz çıxdısa, gərək onu yerinə yetirsin”.
|