Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dünya çempionatında üçüncü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb
Tarix: 24.08.2021 | Saat: 08:11:00 | E-mail | Çapa göndər
Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında üçüncü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında bir qızıl, bir gümüş və iki bürünc medal qazanan komandamız 101 xalla dünyanın ən güclü üçüncü komandası ünvanına sahib çıxıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda güləşçilərimizin qarşılanma mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yığmamızın çıxışı və növbəti yarışlar haqqında bunları deyib: “Mən ilk olaraq dünya çempionu olan Həsrət Cəfərovu, digər medalçılarımızı, məşqçilər korpusunu və federasiyamızı təbrik edirəm. Hesab edirəm ki, bu, çox böyük uğurdur. İnanıram ki, bu uğurun davamı gələcək. Qarşıda bizi MDB Oyunları, böyüklərin dünya çempionatı və U-23 dünya çempionatı gözləyir. Bu gənclərin bir neçəsi həmin yarışlarda ölkəmizi təmsil edə bilər. Yığma komandaların təlim-məşq toplanışları federasiyanın daim diqqət mərkəzindədir. Artıq bu gündən hər bir idmançı “Paris-2024” Olimpiadasına hazırlıqlara başlamalıdır. İnanıram ki, bu gənclər həmin Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. Şəxsi məşqçiləri və yığma komandanın məşqçilərini təbrik edirəm ki, komandanı ən yaxşı formada hazırlaşdırıblar. Bu qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirik. Çalışacağıq ki, bundan sonra da ölkəmizin şərəfini layiqincə qoruyaq”.

Daha sonra gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüb: “Dünya çempionatı çox yüksək səviyyədə keçirildi. Güclü rəqiblərimiz var idi. Ancaq biz yarışa çox yaxşı hazırlaşmışdıq. Buna görə də federasiyamıza, Milli Olimpiya Komitəsinə, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Yüksək səviyyədə hazırlığın bəhrəsini belə mötəbər yarışda gördük. Dünya çempionatına 9 idmançı ilə yollandıq. Əlbəttə, bundan da yaxşı nəticə qazana bilərdik. Bəzi görüşlərdə fərdi səhvlər, bəzilərində isə hakimlərin səhvi sözünü dedi. Bunların üzərində işləyəcəyik. Dörd medal qazandıq və komanda hesabında üçüncü yeri tutduq. Bu, çox böyük nəticədir. Hər kəsi təbrik edirəm".

Sonda dünya çempionu Həsrət Cəfərov yarışdakı çıxışı haqqında danışıb: “Şükürlər olsun ki, dünya çempionu ola bildim. Ağır görüşlərimiz oldu. Komanda hesabında üçüncü yeri tutduq. Üzərimdə əziyyəti olan bütün məşqçilərə təşəkkürümü bildirirəm. Təbii ki, finalda erməni güləşçi ilə qarşılaşanda fərqli hisslər keçirirdim. Bu qələbəmi şəhidlərimizə həsr edirəm. Əvvəlcə MDB Oyunlarında bu nəticəni təkrarlamaq istəyirəm. Daha sonra isə böyüklərin dünya çempionu olmağı hədəfləyirəm”.

Xatırladaq ki, dünya çempionatında Həsrət Cəfərov (67 kq) qızıl, Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Komandamız 101 xalla dünya üçüncüsü olub.
Xəbər 328 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.04.2024 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru