Sabah Çempionlar Liqasının IV təsnifat mərhələsinin püşkü atılacaq. Artıq mərhələnin 20 komandası səpələnmiş və səpələnməmişlərə bölünüb.
Komandalar həm də yarışa çempion kimi qatılıb-qatılmamağına görə fərqli qruplarda yer alıb. Bu isə o deməkdir ki, İsveçrənin Nyon şəhərindəki püşk zamanı klublar ümumilikdə 4 səbətə bölünəcək. Azərbaycan çempionu “Neftçi”nin olmadığı püşk Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar
Səpələnmişlər: “Bazel” (İsveçrə), “Anderlext” (Belçika), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Dinamo” (Xorvatiya)
Səpələnməmişlər: “Kluj” (Rumıniya), “Helsinqborq” (İsveç), “Maribor” (Sloveniya), AEL (Kipr), “Hapoel” (Kiryat-Şmona, İsrail)
Qeyri-çempionlar
Səpələnmişlər: “Braqa” (Portuqaliya), “Dinamo” (Ukrayna), “Panatinaikos” (Yunanıstan), “Kopenhagen” (Danimarka), “Spartak” (Moskva, Rusiya)
Səpələnməmişlər: “Fənərbaxça” (Türkiyə), “Udineze” (İtaliya), “Lill” (Fransa), “Malaqa” (İspaniya), “Borussiya” (Mönhenqladbax, Almaniya)
|