Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Avropa “Top-komanda” kuboku uğrunda yarışların qalibi olan “Azərreyl” qadın voleybol klubunun üzvləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yekun nitqi
Tarix: 14.03.2002 | Saat: 12:01:00 | E-mail | Çapa göndər
- Hörmətli idmançılar, voleybolçular!
- Əziz dostlar!
Sizi bir daha səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, yeni-yeni idman qələbələri arzulayıram. Ümidvaram ki, siz çox gözəl qələbənizlə, Avropa kuboku uğrunda mübarizədə qələbənizlə gələcəkdə qazanacağınız daha böyük uğurlarınızın əsasını qoydunuz. Biz bunları gözləyəcəyik və həmişə sizinlə bərabər olacağıq ki, siz yeni-yeni qələbələrə nail olasınız.
Sizin qələbəniz, son aylarda, son illərdə keçirdiyiniz yarışlarda, voleybol oyunlarında əldə etdiyiniz nailiyyətlər bizim hamımızı sevindirir və hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur. Mən televiziya ilə sizin oyunlarınıza da baxırdım. Sizin yarımfinal və final oyunlarınıza baxırdım. Mən görürdüm ki, siz nə qədər böyük cəsarətlə, həvəslə, vətənpərvərliklə oynayırsınız və sizdə qələbə üçün nə qədər böyük iradə var. Eyni zamanda mən görürdüm ki, idman sarayında olan insanlar da - orada həddindən çox tamaşaçı, sizin azarkeşləriniz var idi - sizinlə bərabər həm gərginlik keçirirdilər, həm sevinirdilər, həm də qələbəni gözləyirdilər. Həm sizi görərkən, həm saraydakı tamaşaçıları görərkən, mən düşündüm ki, son illər Azərbaycanda idman nə qədər inkişaf edibdir. Biz artıq bunu qətiyyətlə deyə bilərik. İdmançıların əməyi, zəhməti nəticəsində inkişaf edibsə, eyni zamanda idman kütləvi xarakter alıbdır. İndi Azərbaycanda məktəblərdə, universitetlərdə, müəssisələrdə və mövcud olan idman oyunları saraylarında, olimpiya komplekslərində, demək olar ki, mütəmadi olaraq yarışlar keçirilir.
Bizim idmançılarımız, idmanla məşğul olan gənclərimiz çoxalıbdır. Onlar məşq edirlər, hazırlaşırlar. Hər biri qələbə üçün hazırlaşır. Bu, idmanın kütləviliyinin birinci tərəfidir. İkinci tərəfi isə odur ki, idmana nə qədər böyük maraq var. Mən bunları ona görə deyirəm ki, 7-8 il bundan öncə Azərbaycanda idman, demək olar, tamamilə ölmüşdü.
Keçmişdə Azərbaycanda idman yüksək səviyyədə olubdur. Ancaq təbiidir ki, indi, müstəqil Azərbaycanda idman keçmiş dövrlərin hamısından yüksək səviyyədədir. Amma bu yeni mərhələyə, yeni yüksək səviyyəyə qalxmaq üçün Azərbaycan idmanı, Azərbaycan idmançıları və Azərbaycan xalqı böyük çətin bir mərhələdən keçmişdir.
Xatırlayın, 1990-1992-1993-cü illərdə Azərbaycanın ən böyük idman meydançası, - Respublika Stadionu kababçıların, alverçilərin, dükançıların ixtiyarına verilmişdi və stadion tamamilə dağılmışdı. Biz bu mənzərəni görəndə, təbiidir ki, çox dəhşətləndik. Amma eyni zamanda Azərbaycanın böyük futbol stadionunun qaydaya salınması ilə məşğul olduq. İndi artıq o yüksək standartlara cavab verir.
Xatirimdədir, o vaxt bir dəfə buraya hansısa xarici ölkədən futbol komandası gəlmişdi. Dedilər ki, Bakıdakı o böyük stadion yaramır. Bu oyunu Sumqayıtda keçirmək lazımdır. Xatirinizdədir? Mən onda təəccüb etdim, axı nə cür ola bilər? Amma bu, həqiqət idi. Ancaq təkcə o deyildi, 1970-ci illərdə tikilmiş, indi sizin voleybol oynadığınız idman sarayını nə günə salmışdılar? Xatırlayın, bu yaxın vaxtlara qədər orada mebel satırdılar. Amma mən 1993-cü ildə buraya gələndə orada kabab da bişirirdilər, nə bilim, çayçı da var idi, dükan da var idi, hər şey var idi. Ayrı-ayrı adamların ixtiyarına vermişdilər. Onlar da hərəsi öz şəxsi məqsədləri ilə məşğul olurdular. Bunları kim etmişdi, mən bilirəm, o adamların adlarını da bilirəm. 1992-1993-cü illərdə burada hakimiyyətdə olan adamlar idi, indi onların bəzilərini qəhrəman hesab edirlər. Amma mən, sadəcə olaraq, bu gün o adları çəkmək istəmirəm. Çünki onlar layiq deyillər ki, bu mötəbər məclisdə adları çəkilsin.
Amma indi baxın, o mənfi hallar ləğv ediləndən sonra, ora qaydaya salınandan sonra, - bilirəm ki, son vaxtlar orada ciddi iş aparılıbdır,- həmin idman sarayında beynəlxalq yarışlar keçirilir. Təkcə voleybol yarışı yox, boks yarışı, başqa yarışlar da keçirilir. Həmin voleybol oyunları orada keçiriləndə bütün Azərbaycan televiziya ilə ona baxırdı. Hamımız sevinirdik. Həm sizin oyununuza və təbiidir, qələbənizə, həm də saraydakı yüksək əhval-ruhiyyəyə, insanların sevincinə görə. Amma bu da son deyildir.
Milli Olimpiya Komitəsi özünün gözəl bir idman kompleksini tikdi. Biz onu açdıq. İndi orada da həm müxtəlif yarışlara hazırlıqlar gedir, həm də beynəlxalq yarışlar keçirilir. Milli Olimpiya Komitəsi başqa yerlərdə də idman kompleksləri tikir. Onlardan birini də Maştağa qəsəbəsində tikdilər. Mən onun açılışında iştirak etdim. İndi o da fəaliyyət göstərir.
Nəhayət, bilirəm, mənə bu barədə İlham Əliyev məlumat veribdir ki, may ayında Azərbaycanda güləş üzrə Avropa çempionatı keçiriləcəkdir. Ona görə də bizim böyük idman sarayını indi qaydaya salırlar. İlham Əliyev bu işlə məşğul olur, şəhərin icra hakimiyyəti onun ətrafını abadlaşdırır.
O idman sarayı nəhəng bir qurğudur. Mənim xatirimdədir, 1973-cü ildə biz o sarayın təməl daşını qoyduq. O təməl daşını oraya mən qoymuşam. Mən onun tikintisi zamanı oranı ziyarət etdim, işlərlə maraqlandım. Tikildi, hazır oldu. Ancaq onun lazımi səviyyədə istifadəsi təmin olunmadı və o da digərlərinin vəziyyətinə düşmüşdü. İndi Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi onu qaydaya salırlar. Güman edirəm ki, biz may ayında orada güləş üzrə Avropa çempionatının şahidi olacağıq və yarışlara baxacağıq. Yəni bunlarla onu demək istəyirəm ki, bizim həm idmançılarımızın sayı artıb, həm səviyyələri yüksəlibdir, - onlar beynəlxalq yarışlarda çox yüksək qələbələr əldə edirlər, - həm də Azərbaycanda idmanın kütləviliyi təmin olunubdur. Bir tərəfdən, idmana gənclərin çox böyük dəstəsi cəlb olunubdur, ikinci tərəfdən də, idmana ictimaiyyətin, vətəndaşlarımızın marağı son dərəcə artıbdır.
Məsələn, mən yaxşı bilirəm, sizin son, final oyununuzu Azərbaycanın hər yerində, hər bir evdə insanlar televiziya ilə seyr ediblər. Orada, sarayda olan insanları da siz görmüsünüz, biz də televiziya ilə görmüşük. Bunlar hamısı Azərbaycanda idmanın sürətlə inkişaf etməsini göstərir. Bu, son illərdə əldə etdiyimiz bütün başqa nailiyyətlərlə yanaşı, çox böyük əhəmiyyət kəsb edən nailiyyətdir. Çünki idman birinci növbədə, gənc nəslin fiziki və zehni cəhətdən sağlam böyüməsində, tərbiyə olunmasında, inkişaf etməsində xüsusi yer tutur, xüsusi rol oynayır. İdman millətimizin səhhətində, sağlamlığında xüsusi yer tutur. Bununla bərabər, idman mədəniyyətdir. İdman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Bizim idmanımızın səviyyəsi qalxdıqca, onunla bərabər Azərbaycan xalqının, Azərbaycanın mədəniyyəti də yüksəlir.
Nəhayət, idman belə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanır və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. Bunu siz idmançılar edirsiniz. Bu da sizin üzərinizə həm böyük məsuliyyət qoyur, eyni zamanda, sizə böyük hörmət gətirir. Çünki siz belə böyük işlər görürsünüz.
Təbiidir ki, biz hamımız bunlarla sevinirik. Biz sevinirik ki, Milli Olimpiya Komitəsi idman sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə edibdir. İdmanın maddi-texniki bazasının yaradılması və genişləndirilməsində çox işlər görübdür və bu gün də görür, gələcəkdə də görəcəkdir. Gənclər, İdman və Turizm Nazirliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və Milli Olimpiya Komitəsi ilə birlikdə bu işlərlə məşğul olur, idmanı inkişaf etdirir. Bunların hamısı Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdir.
Hörmətli idmançılar, bu nailiyyətləri siz əldə edirsiniz və biz bu nailiyyətlərə görə sizə borcluyuq. Təbiidir ki, bütün bu nailiyyətlərdə biz gərək Milli Olimpiya Komitəsinin, onun sədri İlham Əliyevin də xidmətlərini qeyd edək. Gənclər, İdman və Turizm Nazirlyinin, nazir Əbülfəs Qarayevin xidmətlərini də gərək qeyd edək. Ancaq mən, adətən, bu xidmətləri, sadəcə, qeyd edirəm. Amma sizin qələbələrinizi isə, gördüyünüz kimi, çox böyük həvəslə, məhəbbətlə deyirəm.
Mən ümidvaram ki, siz, təkcə siz yox, bütün başqa növlərlə məşğul olan idmançılarımız bundan sonra da böyük nailiyyətlər əldə edəcəklər, Azərbaycana yeni-yeni kuboklar, qızıl medallar, başqa nailiyyətlərin rəmzi olan mükafatlar gətirəcəklər. Eyni zamanda ümidvaram ki, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi bu işlərini bundan sonra da davam etdirəcəklər və idman Azərbaycanda inkişaf edəcəkdir. İdmanın kütləviliyinin təmin olunması bizim hamımızın əsas məqsədimizdir. Bu yolda hamı çalışmalıdır.
Əziz dostlar, mənim əziz, gözəl qızlarım, sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Komandanın baş məşqçisi Faiq Qarayevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mən hamınızı deyəndə, hamının adını çəkmək mümkün deyil, amma Faiq Qarayevin adını mən mütləq çəkməliyəm. Mən televiziya ilə baxanda müşahidə edirdim. Görürəm, bir tərəfdən çox tələbkardır, amma ikinci tərəfdən, onun üstünlüyü ondan ibarətdir ki, çox sakit bir adamdır. Baxırsan, onda nə həyəcan hiss edirsən, nə də narahatlıq. Bunlar hamısı onun daxilindədir, onu heç vaxt büruzə vermir. Voleybol meydançasının ətrafında çox sakit, çox təmkinlə öz fəaliyyətini həyata keçirir və bizim bu qızlara lazımi göstərişlərini çox təmkinlə, həmişə çox mədəni surətdə verir.
Ona görə mən Faiq Qarayevi həm nailiyyətləri ilə təbrik edirəm, həm də mən çox sevinirəm ki, bizim belə yüksək mədəniyyətə malik olan idmançımız, məşqçimiz var. Səni təbrik edirəm, sənə xüsusi təşəkkür edirəm. Bütün məşqçiləri təbrik edirəm. Hamınızı təbrik edirəm. Hamınıza cansağlığı arzu edirəm. Sağ olun.

14 mart 2002-ci il
Xəbər 2968 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
11.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru