Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sabah XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq
Tarix: 26.07.2012 | Saat: 10:25:00 | E-mail | Çapa göndər
Sabah XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. İdman.com.az saytının məlumatına görə, artıq dünən futbolçuların mübarizəsi ilə start götürən London Olimpiadası rəsmən iyulun 27-dən başlayacaq.

Böyük Britaniya paytaxtında keçiriləcək 4 illiyin ən möhtəşəm idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II dünya müharibələri zamanı 3 Yay Olimpiya Oyunları baş tutmayıb.

Yubiley – XXX Olimpiadanı qəbul edən London 3-cü dəfə bu yarışın ev sahibi olacaq. 1908 və 1948-ci illərdə buna nail olan “Dumanlı Albion”un paytaxtındakı bu dəfəki yarış əvvəlkilərdən xeyli fərqlənəcək. 64 illik fasilədən sonra adaya qayıdan Olimpiadada həmin vaxtkı ilə müqayisədə böyük dəyişikliklər nəzərə çarpır. Bunlar iştirakçı ölkələrin, idman növlərinin, idmançıların və medal dəstlərinin sayında aşkar hiss olunur.

Bu dəfə 302 medal dəsti uğrunda 204 ölkədən olan idmançılar mübarizə aparacaq. Təxminən 10 min 500 idmançı 17 gün ərzində 36 idman növündə ən güclüləri müəyyənləşdirəcək. Sabah Bakı vaxtı ilə saat 00:12-də keçiriləcək rəsmi açılış mərasimi ilə bu mübarizəyə start veriləcək. Olimpiadanın ilk qalibi isə iyulun 28-də müəyyənləşəcək. Həmin gün ilk olaraq, 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açmaqda medalçıların adlarına aydınlıq gələcək. Sonuncu medal dəsti isə qadınlar arasında müasir beşnövçülük yarışında fərqlənənlərə veriləcək.

204 iştirakçı ölkə arasında Azərbaycan da var ki, yığmamızı Londonda rekord sayda – 53 idmançı təmsil edəcək. Eyni sayda medal uğrunda mübarizə aparacaq idmançılarımızdan 39-u kişi, 14-ü qadındır. 5-ci dəfə müstəqil ölkə kimi Yay Olimpiya Oyunlarına qatılan millimiz tarixində ilk dəfə adada mübarizə aparacaq.

Təmsilçilərimiz arasında mübarizəyə qoşulacaq ilk idmançı cüdoçumuz İlqar Müşkiyevdir (60 kq) ki, o, Azərbaycan üçün ilk medalın sahibi də ola bilər. Ümumilikdə isə Londonda ən azı 9 medalın qazanılacağına ümid olunur. Bu da 15 idman növündə yarışacağımız Olimpiadada növbəti rekordumuz kimi tarixə düşə bilər. Belə ki, idmançı (53) və idman növünün sayında (15) əvvəlki Olimpiya Oyunlarında əldə etmədiyimizə nail olan ölkəmiz üçün medal sayında ən yüksək rəqəm 7-dir. Bu da 4 il öncə Pekində qeydə alınıb. Həmin rekordun da yenilənməsi 3 qat rekorda səbəb olacaq.

Təmsil olunduğumuz 15 idman növü arasında əsas medal ümidlərimiz boks, güləş, cüdo, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, kanoe və akademik avarçəkmə ilə bağlıdır. Bu 8 növdən son 5-də ilk imza ataraq, Olimpiya tariximizdə ilk medalı qazana bilərik. Boks, güləş və cüdoda əvvəlki yarışların uğurlu ənənəsini davam etdirmək gücündəyik.

Digər 7 idman növlərinin bəzilərində medal qazanılarsa, bu sensasiya kimi qəbul edilməyəcək. Bu daha çox atıcılıq və atçılığa aiddir. Lakin üzgüçülük, atletika, qılıncoynatma, velosiped idmanı (veloşosse) və idman gimnastikasında isə fəxri kürsüdə yer almağa ciddi ümid bəslənilmir. Əslində onların Olimpiadada iştirakının özü böyük uğurdur. Son 2 idman növündə isə müstəqil yığma kimi ilk dəfə mübarizə aparacağıq.

Xəbər 1095 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru