Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
18/11 | 16:17 Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18/11 | 15:26 Azərbaycan Tibb Universitetinin komandası XIV Respublika Universiadasının qalibi olub
18/11 | 15:20 Futzal üzrə Yüksək Liqanın VIII turunun oyun cədvəli açıqlanıb
18/11 | 15:02 Ferstappen Braziliya Qran-Prisində günün yürüşçüsü elan edilib
18/11 | 14:40 Voleybol üzrə U-16 komandamız Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
18/11 | 14:35 F1 Braziliya Qran-Prisinin podiumuna çempionatın tarixində ən gənc pilotlar qalxıb
18/11 | 14:08 “Masters” turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək
18/11 | 13:56 Taekvondo üzrə respublika birinciliyi və çempionatı keçiriləcək
18/11 | 13:24 Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir
18/11 | 12:34 Azərbaycan-Ukrayna oyununun hakimləri müəyyənləşib
18/11 | 11:49 Sumqayıtda dörd gimnastika növü üzrə birgə yarışlar başa çatıb
18/11 | 10:29 Bolqarıstanda keçirilən “European Cadet Circuit” turnirinə yekun vurulub
18/11 | 10:00 “Avro-2020”: Türkiyə millisi səfərdə Andorra yığmasını məğlub edib
18/11 | 09:55 Azərbaycan badmintonçusu “Cameroon International 2019” turnirində qızıl medal qazanıb
17/11 | 20:30 Atletlərimiz beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar
17/11 | 19:40 Yevlaxda keçirilən yunan-Roma güləşi üzrə rayon birinciliyində 80 idmançı mübarizə aparıb
17/11 | 17:13 Maksim Medvedev Slovakiyaya getməyəcək
17/11 | 16:58 Gəncədə uşu üzrə respublika turnirinə start verilib
17/11 | 15:21 Sumqayıt gimnastika üzrə ilin sonuncu yerli yarışlarına ev sahibliyi edib
17/11 | 14:12 Bu gün “Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
17/11 | 12:10 Şahmat üzrə klublararası Avropa kuboku yarışlarına yekun vurulub
17/11 | 11:27 “Avro-2020”-nin seçmə mərhələsində növbəti tura yekun vurulub
17/11 | 11:09 Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
17/11 | 10:12 Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb
17/11 | 09:46 Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb
16/11 | 23:10 “Avro 2020”: Azərbaycan - Uels oyunu başa çatıb
16/11 | 20:26 “Avro 2020”: Azərbaycan və Uels yığmalarının start heyətləri açıqlanıb
16/11 | 19:00 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
16/11 | 18:55 Yeniyetmə cüdoçumuz Avropa kubokunda qızıl medal uğrunda mübarizə aparacaq
16/11 | 18:30 Azərbaycanın U-17 komandası növbəti oyununu keçirib
16/11 | 18:16 Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər
16/11 | 17:54 Formula 1 yarışlarını işıqlandıran media nümayəndələri üçün ixtisaslaşmış kurs təşkil olunacaq
16/11 | 17:48 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
16/11 | 17:18 Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb
16/11 | 16:42 Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Bakının Maştağa qəsəbəsində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 29.12.2001 | Saat: 15:59:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar!
- Əziz maştağalılar, sabunçulular!
- Hörmətli xanımlar və cənablar!
Sizi bu gün Azərbaycanın, Bakının gözəl guşələrindən biri olan Maştağa qəsəbəsində tikilib başa çatmış böyük, müasir idman kompleksinin açılışı, istifadəyə verilməsi ilə əlaqədar, ürəkdən təbrik edirəm və bütün idmançılara, bütün sabunçululara, bütün maştağalılara cansağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayıram.
Sabunçu rayonu ilə, onun bütün qəsəbələri ilə mən 30 ildən çoxdur ki, bilavasitə bağlıyam. Mən o vaxt, Sovetlər İttifaqı zamanı Azərbaycana rəhbərliyə gələndən sonra, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinə deputat seçkilərində Azərbaycanın rəhbəri kimi respublikanın çox bölgələrində deputat seçilməyim haqqında təşəbbüslər irəliyə sürülmüşdü. Mən isə sabunçuluların təşəbbüsünü qəbul edib, onlara razılıq vermişdim və onlar hər seçkilərdə, hətta son dəfə Moskvada işləyərkən, 1984-cü ildə SSRİ Ali Sovetinə seçkilərdə məni SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat seçmişdilər.
Mən yaxşı bilirəm ki, 1993-cü ildə Azərbaycanda prezident seçkilərində, 1998-ci ildə yeni prezident seçkilərində də sabunçulular, maştağalılar Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi üçün səs vermişlər və inanıram ki, 2003-cü ildə də onlar mənim Prezident seçilməyimə səs verəcəklər.
Mən bu xatirələri yenidən dilə gətirərək, onu demək istəyirəm ki, təbiidir, Azərbaycanın Prezidenti kimi mənim üçün Azərbaycanın hər yeri əzizdir. Ancaq görürsünüz ki, məni Sabunçu rayonu ilə, o cümlədən onun bütün bölgələri ilə, Maştağa ilə uzun illik xüsusi əlaqələr, dostluq əlaqələri bağlayıbdır. 1970-ci ildən başlayaraq Sabunçu rayonunda həm sənayenin inkişaf etdirilməsi üçün, həm də abadlıq işləri aparmaq üçün çox işlər görmüşük. Mən bunu məmnuniyyətlə deyə bilərəm.
İndi Sabunçuda insanların yaşadığı binaların, başqa sənaye müəssisələrinin əksəriyyəti o illərdə yaradılıbdır. Bu gün də imkanlarımız çərçivəsində bunu yaradırıq, gələcəkdə də yaradacağıq. Çox məmnunam ki, bu ənənələr davam edir və onun da ən parlaq təzahürü bu gün burada Maştağa qəsəbəsində açılışına toplaşdığımız çox böyük, nəhəng, müasir idman kompleksidir. Bunun yaranma tarixi qısadır. Amma güman edirəm, sizin üçün də çox maraqlı ola bilər.
Bu ilin mart ayında mən Maştağadan olan deputat Əsmət xanımla qəsəbədəki vəziyyət haqqında söhbət aparırdım və istəyirdim bilim, görüm, nə etmək lazımdır. Təbiidir ki, hər yerin problemləri çoxdur, o cümlədən Maştağanın da problemləri çoxdur. Bunların hamısını bir gündə həll etmək mümkün deyildir. Bizim söhbətimiz əsasında aydın oldu ki, həm Maştağada, həm də ətraf kəndlərdə, Sabunçu rayonunda gənclər çoxdur və onların idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq ehtiyacları var. Həqiqətən, bu, çox əhəmiyyətli fikir olduğuna görə, mən buna diqqət verdim. Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə komitənin işləri haqqında söhbət edərkən, ona söylədim ki, belə bir təklif var - Maştağada gənclərin idmanla məşğul olması üçün hansısa tədbir görmək lazımdır. Fikirləşin, görün nə edə bilərsiniz. O, dərhal bu sözlərə öz rəyini bildirdi. Qısa zamandan sonra mənə bildirdi ki, onlar, yəni Milli Olimpiya Komitəsi, Olimpiya Komitəsinin sədri kimi şəxsən o, qərar qəbul etdilər ki, Maştağada böyük bir idman kompleksi tikilsin. Mən buna sevindim və təbiidir ki, təşəkkür etdim. Ona dedim ki, arzu edirəm, bunu tezliklə edəsiniz. Yaxşı olar ki, bu ildə olsun.
Amma doğrusu, mən inanmırdım ki, bu qısa müddətdə belə böyük bir kompleksi tikmək mümkün ola bilər. Çünki burada böyük salon var, onun arxasında idmançılar üçün həm müxtəlif xidmət otaqları və idmanın başqa növləri ilə məşğul olmaq üçün yerlər var. Bu gün biz gəzdik, baxdıq, gördük, həm tennis üçün, həm mini futbol üçün, həm basketbol üçün, həm də başqa oyunlar üçün ən müasir səviyyədə nə qədər gözəl meydançalar tikilibdir və ətrafında böyük bir park yaranıbdır. Demək, bu kompleks təkcə bu binadan ibarət deyil, böyük bir ərazini əhatə edir. Mən bu gün bunu gəlib görəndə heyran oldum ki, qısa bir zamanda Maştağada belə bir gözəl kompleks yaranıbdır.
Mən hesab edirəm ki, Milli Olimpiya Komitəsi və onun prezidenti İlham Əliyev bu addımı ilə maştağalılara, ümumiyyətlə, sabunçululara böyük yeni il hədiyyəsi veribdir. Güman edirəm, bu hədiyyədən onlar səmərəli istifadə edəcəklər.
Biz bu gün bir daha əmin oluruq ki, Azərbaycanın gəncləri son illər çox inkişaf edirlər. Həm təhsil sahəsində özlərini göstərirlər, həm istehsalatda, həm də müxtəlif iş növlərində özlərini göstərirlər. O cümlədən harada işləyib-işləməməsindən asılı olmayaraq, hansı peşə ilə məşğul olub-olmamasından asılı olmayaraq, bədən tərbiyəsi və idmanla məşğul olmağın hər adam üçün zəruriliyini anlayaraq, özlərini bu sahədə də çox gözəl göstərirlər.
Son illərdə, Milli Olimpiya Komitəsinin fəaliyyətində yeni bir mərhələ başlanandan sonra Azərbaycanda bədən tərbiyəsi, idman sürətlə inkişaf etməyə başlayıbdır. Biz bunun şahidiyik və xüsusən Azərbaycan idmançılarının 2000-ci ildə Sidney Olimpiya oyunlarındakı böyük qələbəsindən sonra Azərbaycanda gənclər, idmançılar içərisində, ümumiyyətlə, cəmiyyətimizdə böyük bir ruh yüksəkliyi yarandı, idman, bədən tərbiyəsi təkcə gənclərimizin yox, bütün cəmiyyətin diqqət mərkəzinə çevrildi. Gənclər idmanla, bədən tərbiyəsi ilə getdikcə daha çox məşğul oldular və beləliklə də, yeni-yeni nailiyyətlər əldə etdilər.
Burada İlham Əliyev artıq dedi ki, qısa müddətdə beynəlxalq yarışlarda nə qədər medallar əldə olunubdur. Bu, təbiidir ki, hər bir medal qazanan gəncin Azərbaycan qarşısında, öz milləti qarşısında xidmətidir. Eyni zamanda, bizim xalqımızın, millətimizin, müstəqil Azərbaycanın dünya miqyasında öz ölkəsini nümayiş etdirmək üçün çox gözəl bir vasitədir.
Beləliklə, idman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik.
Əmin ola bilərsiniz ki, Azərbaycanın dövləti, bütün hakimiyyət orqanları idmana, bədən tərbiyəsinə bundan sonra da yüksək qayğı göstərəcəklər. Mən inanıram ki, Azərbaycan Milli Olimpiya Komitəsi indiyə qədər əldə etdiyi nailiyyətlərdən ruhlanaraq bundan sonra da daha fədakarcasına çalışacaqdır. Azərbaycanda idmanın, bədən tərbiyəsinin geniş yayılması, inkişaf etməsi üçün yeni addımlar atacaqdır. Azərbaycanın İdman, Gənclər və Turizm Nazirliyi ilə birlikdə yeni tədbirlər həyata keçirəcəkdir və bizim gənclərimiz ilbəil daha da sağlam, fiziki cəhətdən daha da möhkəm, daha da cəsarətli, daha da ağıllı olacaqlar.
Biz idmanın, bədən tərbiyəsinin kütləviliyini təmin etməliyik. Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi bu sahədə çox iş görürlər. Ancaq hələ çox işlər də görülməlidir. Bu, təkcə onların vəzifəsi deyil, bu bizim hamımızın vəzifəmizdir. Bu, bütün hakimiyyət orqanlarının vəzifəsidir. Amma təkcə onların da yox, cəmiyyətin vəzifəsidir. Vətənini sevən hər bir vətəndaşın vəzifəsidir. Bu işdə təkcə dövlət vəsaitindən istifadə etmək, yaxud Milli Olimpiya Komitəsinin imkanlarından istifadə etmək yetərli deyildir. Gərək, bütün başqa imkanlardan da istifadə olunsun. Belə imkanlar isə çoxdur.
Məsələn, müstəqillik əldə olunandan, biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna, bazar iqtisadiyyatına keçəndən sonra Azərbaycanda çox iş adamları meydana çıxıblar. Onlar işlər görürlər. Onların içərisində çoxlu xeyriyyəçilər var və onlar da çoxlu işlər görürlər. Bunların hamısını müsbət qiymətləndirmək lazımdır.
Müstəqilliyimizin ilk illərində, Azərbaycanda din azadlığı veriləndən sonra xeyriyyəçilərin bir hissəsi məscidlərin tikilməsi ilə məşğul oldular və çox faydalı işlər gördülər. Məscid tikdilər, xalqa xidmət etdilər və beləliklə, öz adlarını da məscidin üzərinə yazdılar ki, bu məscidi filan xeyriyyəçi tikibdir. Bu, çox gözəldir. İndi Azərbaycanda yetərli qədər məscid var. Mənə belə gəlir ki, bundan artığına ehtiyac yoxdur. Amma gənclər üçün idman komplekslərinə, yaxud məktəblərə ehtiyac olduqca çoxdur. Bizim gənclərin hamısı oxumalıdır. Məktəblərimiz var, amma biz indi dövlət vəsaitinə məktəb tikintisi ilə istənilən səviyyədə məşğul ola bilmirik. Demək, əgər bu xeyriyyəçilər öz vəsaitlərini, xeyriyyəçiliklərini məktəb tikintisinə yönəltsələr, yaxud müxtəlif qəsəbələrdə, kəndlərdə, rayonlarda idman müəssisələri, idman kompleksləri, idman salonları, idman meydançaları yaratsalar, - hökm deyil ki, belə böyük, möhtəşəm olsun, - bu bizim millətimiz üçün çox xeyirli olacaqdır, gənclərin idmanla, bədən tərbiyəsi ilə məşğul olması üçün şərait yaradacaqdır. Bunlar hamısı Azərbaycan gəncliyinin gələcəyinə gözəl təminat verəcəkdir.
Bax, bunları sizin diqqətinizə və bütün Azərbaycan ictimaiyyətinə çatdıraraq, mən istəyirəm ki, bizim iş adamlarını, xeyriyyəçiləri indi bu sahəyə cəlb edək. Sizi əmin edirəm ki, hər bir xeyriyyəçi, hər bir iş adamı haradasa bir idman kompleksi, yaxud salonu, bir məktəb tikərsə, haradasa gənclər üçün yeni bir əyləncə yeri, yaxud təhsil almaq üçün imkanlar yaradarsa, onların işi qiymətləndiriləcək, adları tarixə düşəcək və onlar xeyriyyəçi kimi daha da yüksək dəyərləndiriləcəklər.
Güman edirəm ki, bu idman kompleksindən təkcə Maştağa qəsəbəsinin gəncləri yox, Sabunçu rayonunun başqa yerlərindən olan gənclər də səmərəli istifadə edəcəklər. Milli Olimpiya Komitəsi bir il bundan öncə Bakı şəhərində gözəl bir kompleks yaratdı və hamımız onun açılışında iştirak etdik. Çox sevindik ki, şəhərdə yeni bir kompleks yaranıbdır. Amma Maştağada tikilmiş və bu gün istifadəyə verilən kompleks şəhərdə olan kompleksdən qat-qat genişdir və ətrafında olan meydançalarla daha da gözəldir. Deməli, Milli Olimpiya Komitəsi get-gedə öz fəaliyyətini genişləndirir. Amma eyni zamanda maştağalılar da, sabunçulular da indi çox böyük hədiyyə alıblar, böyük sərvət alıblar və mən arzu edərdim ki, gənclər bu kompleksdən səmərəli istifadə etsinlər, idmanla, bədən tərbiyəsi ilə məşğul olsunlar. Bu onları daha da sağlam edəcəkdir və başqa xoşagəlməz vərdişlərdən uzaqlaşdıracaqdır.
Biz istəyirik ki, gənclərimiz spirtli içkilər içməsinlər, siqaret çəkməsinlər. Biz mübarizə aparırıq ki, ümumiyyətlə, gənclərimiz, insanlarımız tərəfindən narkotik maddələrin istifadə olunması tamamilə aradan götürülsün. Biz bunu istəyirik, bunu arzu edirik. Biz bu mübarizəni aparırıq. Lakin əgər biz deyiriksə ki, gənc siqaret çəkməsin, spirtli içki içməsin, narkotiklərə yaxın düşməsin, bəs, bunun əvəzində onlara nə veririk? Biz onlara bunun əvəzində idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq məsləhəti veririk. Onlara təhsil almaq, məktəblərdə yaxşı oxumaq məsləhəti veririk. Buna görə də bax, bu cür komplekslər tikərək, öz arzularımızın, istəklərimizin yerinə yetirilməsi üçün şərait yaradırıq.
Bu iş Milli Olimpiya Komitəsi tərəfindən davam etdirilir. İlham Əliyev burada bəyan etdi ki, Azərbaycanın bir neçə bölgəsində belə komplekslər tikilir və güman edirəm, bundan sonra da tikiləcəkdir. Ancaq mən hesab edirəm ki, bu, təkcə Olimpiya Komitəsinin işi olmamalıdır. Bu, ümumxalq işi olmalıdır, ümummillət işi olmalıdır. Hər kəs və hər təşkilat, hər imkanlı insan gərək bu işə öz töhfəsini versin.
Qarşıda Afina Olimpiya Oyunları durur. Ona az qalır, çox qalmır. Azərbaycan idmançıları Sidney Olimpiya Oyunlarında əldə etdikləri nailiyyətləri gərək nəinki təsdiq etsinlər, hətta onlardan da yüksək uğurlar əldə etsinlər. Bunun üçün bütün imkanlar var. Bizim Milli Olimpiya Komitəsi çox işlər görür və yaxşı nailiyyətlər əldə olunubdur. Bu istiqamətdə işləri bundan sonra daha sürətlə aparmaq lazımdır və gənclər bu işlərdə iştirak etməlidirlər. İdmançılar öz imkanlarını nümayiş etdirməlidirlər.
Mən şübhə etmirəm, hələ bizim tanımadığımız gənclər var ki, onlar idman sahəsində çox yüksək keyfiyyətlərə malikdilər və yüksək nailiyyətlər əldə edə bilərlər. Onları tapmaq, öz istedadlarını göstərmək üçün imkanlar yaratmaq və beləliklə, Olimpiya oyunlarına geniş hazırlığa başlamaq lazımdır.
Mən inanıram ki, müstəqil Azərbaycanda, cəmiyyətimizdə sağlam həyat tərzi get-gedə özünə üstün yer tutur. Bizim cəmiyyətimizdə sağlam həyat tərzi əsas amillərdən biridir. Sağlam həyat tərzi təkcə gənclər üçün deyil, hər bir insan üçün vacibdir. Bu, insanın şəxsi sağlamlığıdır, onun ailəsinin sağlamlığıdır. Bu, hər bir insanın ömrünün uzadılmasıdır, hər bir insanın nəslinin sağlam olmasıdır. Sağlam həyat tərzi də insanlarda gənclikdən başlayır. Əgər biz gənclərin hamısını sağlam həyat tərzinə yönəldə, onları fiziki və əqli cəhətdən sağlam böyüdə bilsək, onda cəmiyyətimizdə də sağlam həyat tərzi hökm sürəcək və müstəqil Azərbaycanın gələcəyini təmin edən insanlar daha da sağlam, daha da güclü olacaqlar.
Hesab edirəm, biz Milli Olimpiya Komitəsinə və onun prezidenti İlham Əliyevə bu kompleksə görə təşəkkür etməliyik, onları bu nailiyyətlərinə görə təbrik etməliyik. Bununla yanaşı, arzu etməliyik ki, verilən sözlər yerinə yetirilsin, bu iş davam etdirilsin. Eyni zamanda mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gəncləri bu hadisələrdən fərəhlənərək, ruhlanaraq, idmanla daha da yaxından məşğul olacaqlar.
Mən sizi bu hadisə münasibəti ilə bir daha təbrik edirəm. Sizi, Azərbaycanın idmançılarını, Bakı şəhərinin vətəndaşlarını, Maştağa qəsəbəsinin sakinlərinin hamısını qarşıdan gələn yeni il münasibəti ilə ürəkdən təbrik edirəm, hamınıza cansağlığı və 2002-ci ildə yeni-yeni uğurlar arzu edirəm. Sağ olun.

29 dekabr 2001-ci il
Xəbər 1980 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru