Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
19/11 | 23:25 Astarada budo döyüş növləri üzrə keçirilən açıq rayon birinciliyi başa çatıb
19/11 | 21:17 Futbol üzrə Azərbaycan-Ukrayna yoldaşlıq oyunu heç-heçə yekunlaşıb
19/11 | 20:30 San-Paulu meri: “İnterlaqos” hələ 10 il F1-ə ev sahibliyi edəcək
19/11 | 19:50 “Böyük dəbilqə”nin mükafatçısı Osaka turnirində iştirak etməyəcək
19/11 | 19:05 Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsini xalsız başa vurub
19/11 | 18:34 Azərbaycan Gimnastika Federasiyası bu il də çox maraqlı və gözoxşayan Yeni il şousu vəd edir
19/11 | 18:14 Karate-Do Akademiyası Milli Dirçəliş Günü münasibətilə turnir keçirib
19/11 | 17:55 Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub
19/11 | 17:40 Şumaxer haqqında sənədli filmin nümayişi təxirə salınıb
19/11 | 16:50 AFFA-nın əməkdaşları “Krasnodar”-“Bazel” oyununa təyinat alıblar
19/11 | 16:20 Şahmat üzrə “King Salman World Cup” dünya çempionatı Moskvada keçiriləcək
19/11 | 15:58 Azərbaycanlı cüdo hakimləri beynəlxalq yarışlarda ədaləti qoruyublar
19/11 | 15:20 Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19/11 | 14:50 FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
19/11 | 14:12 Azərbaycanın U-21 komandası Ukrayna yığması ilə yoldaşlıq oyununda gücünü sınayacaq
19/11 | 13:45 Masallı güləşçiləri XXV ənənəvi respublika turnirinin qalibi olublar
19/11 | 13:01 Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
19/11 | 12:30 Voleybol üzrə Bakı birinciliyi davam edir
19/11 | 12:06 Azərbaycanın U-17 komandası qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq
19/11 | 11:46 Budo döyüş növləri üzrə açıq Astara çempionatına yekun vurulub
19/11 | 11:26 Tokioda yeni Olimpiya stadionunun tikintisi başa çatdırılıb
19/11 | 11:02 AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb
19/11 | 10:56 Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində sonuncu oyununu keçirəcək
19/11 | 10:40 Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19/11 | 10:02 Milli Dirçəliş Gününə həsr olunmuş uşu üzrə respublika turnirinə yekun vurulub
19/11 | 09:55 Azərbaycan qılıncoynadanı dünya kuboku turnirinin finalçısına uduzub
18/11 | 20:00 ADBTİA məzunlarına diplomlar təqdim edildi
18/11 | 19:22 Paraatletika üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarla görüş keçirilib
18/11 | 19:03 Karateçimiz İrina Zaretska Fransa kubokunu qazanıb
18/11 | 18:17 Xətaidə məktəblilər arasında atletika üzrə yarış keçirilib
18/11 | 18:01 XIV Respublika spartakiadasının voleybol yarışları keçirilib
18/11 | 17:34 Azərbaycanlı boksçu peşəkar rinqdə üçüncü qələbəsini qazanıb
18/11 | 17:16 Beynəlxalq yarışa hazırlıq çərçivəsində cüdo üzrə açıq rayon birinciliyi keçirilib
18/11 | 16:17 Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18/11 | 15:26 Azərbaycan Tibb Universitetinin komandası XIV Respublika Universiadasının qalibi olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşdə Prezident Heydər Əliyevin yekun nitqi
Tarix: 18.10.2000 | Saat: 14:06:00 | E-mail | Çapa göndər
- Əziz idmançılar, əziz olimpiyaçılar!
Mən sizə dedim ki, verdiyim sözə artıqlaması ilə əməl etdim. Sizə verilən zərflərin içərisindəki kağızdır, çekdir. Çünki o qədər pulu oraya yerləşdirmək mümkün deyildir. Bilirsiniz ki, gedib müəyyən yerlərdən, bankdan alacaqsınız. Mən bunları ona görə etdim ki, siz bizim gözlədiyimizdən də artıq nailiyyətlər əldə etmisiniz.
Siz Sidneyə yola düşərkən mən dedim ki, hər bir idmançımız qızıl medal alsın. Bu, təbii bir arzudur. Bu, təkcə mənim yox, bütün millətimizin arzusudur. Ancaq eyni zamanda, biz yaxşı dərk edirik ki, 199 dövlətin, bütün Yer kürəsinin idmançılarının bir yerə toplaşdığını, bəzi ölkələrin idmançılarının olimpiya yarışlarının başlanmasından indiyə qədər bu oyunlarda iştirak etməsini və bu ölkələrin əksəriyyətinin çox böyük nəhəng olmasını nəzərə alaraq, gənc, müstəqil Azərbaycanın idmançılarının hamısının medal alması təbiidir ki, real deyildi, bu, bizim arzumuz idi. Biz bunu arzulayırdıq. Ancaq siz Sidneydə çıxış edən zaman ürəyimiz tıp-tıp vururdu ki, necə, nə cür olacaq? Mən hər gün maraqlanırdım, məlumat alırdım. Nəhayət, siz xalqımızı, bizi, vətənimizi sevindirdiniz.
Zemfiranın birinci qızıl medal alması böyük bir ruh yüksəkliyi yaratdı, bayram oldu. Ondan sonra Vüqar bürünc medal aldı. Amma biz yenə də gözləyirdik. Namiq Abdullayevin, demək lazımdır ki, çox çətin bir yarışda dünya çempionuna, Amerika kimi böyük bir dövlətin güləşçisinə qalib gəlməsi və qızıl medal əldə etməsi təbiidir ki, bizim sevincimizin ən yüksək zirvəsi oldu. Buna görə də mən bir daha deyirəm ki, siz dövlətimizin, xalqımızın etimadını doğrultdunuz. Siz bizim arzularımızı çin etdiniz. Siz müstəqil Azərbaycana böyük nemət bəxş etdiniz. Siz Azərbaycan xalqının nə qədər böyük işlərə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdiniz. Məhz buna görə də sizin hamınız mükafata layiqsiniz və hətta pul mükafatından əlavə, gördünüz ki, dövlət orden və medalı ilə də təltif edildiniz. Siz bunlara layiqsiniz. Hesab edirəm ki, siz və bütün idmançılarımız bundan sonra daha da həvəslə, əzmlə idmanla, bədən tərbiyəsi ilə məşğul olacaq, həm dünya yarışlarında Azərbaycanın bayrağını qaldıracaqsınız, həm də millətimizin gənclərinin fiziki, mənəvi möhkəmliyini təmin edəcəksiniz.
Mən hesab edirəm ki, sizin bu qələbəniz idmana, bədən tərbiyəsinə daha çox gənclər cəlb edəcək, idman daha kütləvi, Azərbaycan gəncliyi fiziki və mənəvi cəhətdən daha da sağlam olacaqdır.
Sizin hər biriniz böyük zəhmət çəkmisiniz, yarışda iştirak etmisiniz. Siz dövlətin idmançılara qayğısı haqqında burada danışdınız, bizə öz təşəkkürlərinizi bildirdiniz. Ancaq bu, bizim borcumuzdur. Bu, dövlətin borcudur. Dövlətin, hökumətin hər bir sahədə çox böyük vəzifələri vardır. Əgər biz hansı sahədəsə nəyəsə nail ola biliriksə, demək, biz öz borcumuzu yerinə yetirə bilirik. Mən bu gün böyük qürur hissi ilə deyirəm ki, biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək, millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk.
Təbiidir ki, hər bir kütləvi iş təşkilatçılıqdan da çox asılıdır. Bizim qayğımızı hiss edən hər bir idmançı təbiidir ki, öz nailiyyətlərini artırmaq istəyir. Ancaq eyni zamanda, təşkilatçılıq idmançıları, gəncləri bir-birinə daha da yaxınlaşdırır, onlara yardım edir.
Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə bilmirdi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da səfərbər edib, həvəsləndirib, onlara yardımlar göstəribdir. Ona görə də qələbələri qeyd edərkən, Milli Olimpiya Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır.
Biz bir neçə il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi yaratdıq. Bu, təsadüfi hal deyildir. Biz bu nazirliyi yaradarkən onu nə üçün yaratdığımızı bilirdik. Ona görə yaradırdıq ki, gənclərin tərbiyəsi, gənclərin işi ilə xüsusi məşğul olan bir nazirlik olsun. Biz bunu ona görə yaradırdıq ki, Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı ilə məşğul olan bir nazirlik olsun.
Bizim bu təşəbbüsümüz özünü doğrultdu. Gənclər və İdman Nazirliyi də bu sahədə çox işlər gördü və XXVII Olimpiya Oyunlarına hazırlıq zamanı da onların fəaliyyəti yüksək olmuşdur. Ona görə də mən Gənclər və İdman Nazirliyinin və nazir Əbülfəs Qarayevin də xidmətlərini qeyd edirəm.
Təbiidir ki, idmançıların bu nailiyyətlərinin qazanılmasında onların məşqçilərindən də çox şey asılıdır. Böyük məmnuniyyətlə demək olar ki, indi Azərbaycanda yüksək peşəkar biliyə, təcrübəyə malik məşqçilər dəstəsi yetişmişdir. Onlar olimpiya oyunlarında idmançılarımızın nailiyyətlər qazanması üçün çox xidmətlər göstərmişlər. Təsadüfi deyildir ki, onlar da mükafatlandırıldı və onlara da dövlət mükafatı verildi. Bunlar hamısı tam əsaslıdır. Hörmətli dostlar, siz bunlara layiqsiniz.
Bu gün idman sahəsində bizim əldə etdiyimiz nailiyyət Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etməsəydi, əgər Respublikamız azad olmasaydı, ölkəmiz milli azadlığa çıxmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi. Mən bunu bir dəfə demişəm və bir daha təkrar etmək istəyirəm. Azərbaycan Sovet İttifaqı tərkibində onlanda da respublikamızda çox səriştəli gənclər, idmançılar vardı. Onlar Ümumittifaq yarışlarında iştirak edirdilər, beynəlxalq yarışlarda SSRİ yığma komandasının tərkibində yarışırdılar. Ancaq o vaxt onlar bugünkü nailiyyətləri əldə edə bilməyiblər. Birincisi, ona görə ki, onlar öz xalqına, öz dövlətinə xidmət etmək hissini hələ bilmirdilər. Çünki müstəqil dövlət yox idi. İkincisi, açıq demək lazımdır ki, bizim idmançılara çox vaxt ədalətsiz münasibət göstərirdilər.
Xatirinizdədir, o dövrdə çempion, olimpiya çempionu adını bir çox başqa müttəfiq respublikalardan olan idmançılar alırdı, azərbaycanlı idmançılar isə yox. Əgər Cənubi Qafqaz respublikalarını götürsək, bu qonşu ölkələrin idmançıları həmişə bizim idmançılardan daha çox medallar alırdılar, görkəmli yerləri tuturdular. Amma indi Azərbaycan müstəqil dövlət olubdur. Görürsünüz ki, Azərbaycan öz müstəqilliyindən istifadə edərək və xalqımız öz millətinə, vətəninə xidmət göstərdiyini hiss edərək, nə qədər böyük sıçrayışa nail olmuşdur.
İlham Əliyev bu barədə dedi ki, ən önəmli nəticələrdən biri odur ki, Azərbaycan idmançıları Ermənistan idmançılarını çox geridə qoydular. Amma təkcə bu deyil. Azərbaycan idmançıları olimpiya oyunlarında MDB ölkələri arasında beşinci yerə çıxdılar. Bizdən irəlidə MDB-nin dörd böyük respublikası, müstəqil dövləti vardır. Əziz dostlar, bunların hamısı bizim müstəqilliyimizin, milli azadlığımızın bəhrəsidir.
Mən sizin hamınıza bir daha təşəkkür edirəm. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, komandanın hər bir üzvünə təşəkkür edirəm. Mən qızıl medal almış idmançılarımıza xüsusi minnətdarlığımı bildirirəm. Digər idmançılarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bunlarla arxayınlaşmayacaqsınız.
Milli Olimpiya Komitəsinin böyük planları vardır. İlham Əliyev burada dedi ki, Milli Olimpiya Komitəsi üçün böyük bir kompleks tikilibdir. Biz bir neçə gündən sonra onun açılışında iştirak edəcəyik. Güclü maddi-texniki baza yaradılıbdır. Təbiidir ki, hər bir iş üçün müvafiq maddi-texniki bazanın yaranması əsas şərtlərdən biridir. Milli Olimpiya Komitəsinin böyük xidmətlərindən biridir ki, komitə bu işlə ciddi məşğul olur və dövlətdən heç bir vəsait almadan, öz imkanları ilə idman üçün yeni-yeni böyük müəssisələr yaradır. Biz bunu alqışlayırıq, dəstəkləyirik. Biz lazım olan köməyi bundan sonra da edəcəyik. Yenə də deyirəm, ümidvaram ki, siz bu nailiyyətlə qane olmayacaqsınız, çalışacaqsınız, gələn olimpiya oyunlarına qədər olan müddətdə müxtəlif dünya yarışlarında iştirak edəcəksiniz və böyük nailiyyətlərinizlə bizi sevindirəcəksiniz.
Biz bu gün Azərbaycanın müstəqilliyinin, yəni müstəqillik haqqında qəbul olunmuş Konstitusiya Aktının 9-cu ildönümüdür. Xalqımız bunu bayram edir. Biz bayram əhval-ruhiyyəsindəyik. Siz bizim bayramımızı daha da yüksəklərə qaldırdınız, bəzədiniz, gözəlləşdirdiniz. Ona görə də sizə bir daha təşəkkür edirəm.Bu doqquz il ərzində Azərbaycan xalqı ağır, çətin, eyni zamanda, çox şərəfli yol keçibdir. Doqquz il bundan öncəki Azərbaycanın vəziyyətini xatırlayın. İlham Əliyev burada doğru dedi ki, bugünkü idmançılarımız - 18-19 yaşında olan, qələbə qazanmış idmançılarımız o vaxt 10-11 yaşında idilər, yaşları bəlkə bundan da az idi. Demək, onlar Azərbaycanın müstəqilliyi dövründə böyümüş və bu səviyyəyə çatmış gənclərdir. Ancaq doqquz il bundan öncə Azərbaycanda belə şeylər üçün şərait yox idi. Çünki Azərbaycan od içində yanırdı, dağılırdı, parçalanırdı.
İndi müstəqilliyimizin doqquzuncu ildönümünü hamımız iftixar hissi ilə qeyd edirik. Amma bir az arxaya baxmaq lazımdır. Bu doqquz illik tarixin hər ilinə, hər ayına baxmaq lazımdır. Onda hamı üçün aydın olar ki, bu müstəqillikdən sonra keçdiyimiz yol nə qədər ağır, çətin, eyni zamanda, nə qədər şərəfli olmuşdur. Biz xoşbəxtik ki, o ağır, çətin dövrlərdən uğurla keçdik, indi Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.
Azərbaycan ötən doqquz il ərzində böyük inkişaf yolu keçibidir. Bəli, altı il bundan öncə atəşin dayandırılması böyük nailiyyətdir. Çünki təsəvvür edin, əgər müharibə, o vaxta qədər aparılan uğursuz müharibə davam etsəydi, bax, bu gün oxuyan, təhsil alan, idmançı olan, istedadlarını göstərən nə qədər gənclərimiz həlak, şəhid olmuşdu. Ona görə də 1994-cü ilin mayında atəşkəsin yaranması Azərbaycanın gələcəyi, bu günü üçün ən böyük şərtlərdən biri idi.
Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Biz bu yolu uğurla keçirik. Azərbaycanda demokratiya inkişaf edibdir. Azərbaycanda bütün insanlara azadlıq verilibdir. Azərbaycanda söz, vicdan, insan azadlığı tamamilə təmin olunubdur. Azərbaycanın iqtisadiyyatı 1995-ci ildə tənəzzülə son qoydu, o vaxtdan indiyə qədər inkişaf yolu keçibdir.
Bizim dövlət nümayəndələri, nazirlər ayrı-ayrı analitik materiallarda bu barədə çoxlu rəqəmlər göstəriblər. Bütün bu inkişaf yolumuzun rəqəmləri, konkret sübutları göz qabağındadır, biz bu yolu uğurla gedirik və gedəcəyik.
Təbiidir ki, biz əldə etdiyimiz nailiyyətlərlə də kifayətlənmirik, razı deyilik. Bunlar Azərbaycanı ancaq siyasi-iqtisadi böhrandan çıxartdı, ölkəmizin iqtisadiyyatının tənəzzülə uğramasının qarşısını aldı, Respublimızın iqtisadiyyatının inkişafını və Azərbaycan xalqının rifah halının ardıcıl, davamı surətdə yaxşılaşdırılmasını təmin etdi.
Azərbaycan bir dövlət kimi artıq formalaşıbdır. Bu, bizim doqquz illik nailiyyətimizdir. Xalqımız bunu bilir, qiymətləndirir və ona görə də öz dövlətinə, vətəninə sədaqətini və Azərbaycanın demokratiya yolu ilə gedən dövlətinə öz dəstəyini göstərir. Bu da bizi, Azərbaycan Prezidenti kimi şəxsən məni daha da çox iş görməyə məcbur edir, yəni mənim qarşımda, dövlətin, hökumətin qarşısında yeni-yeni vəzifələr qoyur. Mən sizi əmin edə bilərəm ki, biz bu vəzifələri yerinə yetirəcəyik. Azərbaycan ilbəil inkişaf edəcəkdir.
Noyabrın 5-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcəkdir. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunması tarixi hadisədir. O vaxt, eyni zamanda, müstəqil Azərbaycanın yeni Milli Məclisi seçildi. Həmin Milli Məclis ötən beş ildə çox işlər gördü. İndi Azərbaycan hüquqi dövlətdir, bizdə hər şey qanunla tənzimlənir. Amma bu qanunları yaratmaq, işlətmək lazımdır. Biz bunları etmişik.
Bizim Milli Məclisimiz çox qanunlar qəbul edibdir, işini uğurla başa çatdırır. Azərbaycanın hakimiyyət, icra orqanları bu qanunların yerinə yetirilməsi üçün çalışır və çoxlu nailiyyətlər əldə edibdir. Bu nailiyyətlər bundan sonra daha da çox olacaqdır.
Mən inanıram ki, noyabrın 5-dəki seçkilərdə xalq yenə də ədaləti, haqqı, əldə olunan nailiyyətləri dəstəkləyib, ayrı-ayrı təxribatçıların, yaxud müxalifətçilərin yalan, böhtan sözlərinə uymayacaqdır. İndi demokratiyadır. Bütün müxalifət partiyalarına imkan verilibdir ki, seçki qabağı televiziyada çıxış etsinlər, - onlar onsuz da qəzetlərdə istədiklərini daima yazırlar, öz seçiciləri ilə görüşürlər, danışırlar. Ancaq nə müşahidə olunur? Seçkilərə qoşulan partiyaların tam əksəriyyəti müxalifət mövqeyində duranlardır. Onların hamısı iqtidarı tənqid edir. Tənqid bizə lazımdır, amma təhrif, yalan, böhtan lazım deyildir. Bu, xalqımıza, millətimizə lazım deyildir. Ancaq onlar bu yola düşüblər. Bunların sözünün əvvəli də, axırı da ondan ibarətdir ki, Azərbaycanda demokratiya yoxdur.
Əgər demokratiya yoxdursa, müxalifət partiyaları nə üçün bu qədər qəzetlər çıxarırlar və bu qəzetlərdə olmazın yalanlar, böhtanlar, iftiralar dərc olunur? Əgər demokratiya yoxdursa, müxalifət partiyaları televiziyada, radioda necə sərbəst çıxış edir, iqtidara qarşı böhtan yağdırırlar?
Bəli, məhz Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olandan bir neçə vaxt sonra partiyalar yavaş-yavaş canlandı və indi onlara bütün imkanlar yaradılıbdır. Amma onlar da, hamı da düşünməlidir ki, bu imkanları kim, hansı hakimiyyət, iqtidar yaradıbdır? Bunu bizim iqtidar yaradıbdır. Bunu biz yaratmışıq.
Mən bu günlər televiziyada çıxış edənləri müşahidə edirəm. Müxalifət partiyalarının televiziyada çıxış edən hər bir nümayəndəsi xalqı, milləti müstəqillik aktının doqquz illiyi münasibətilə təbrik edir. Çox gözəl. Bu, onların haqlarıdır. Mən bundan çox məmnunam. Amma onlara xatırlatmaq lazımdır, bu doqquz illik müddətin yeddi il beş ayı Azərbaycanın bugünkü iqtidarının üzərinə düşür. Əgər Azərbaycan 1991-ci ilin sonunda müstəqilliyini əldə edibsə, ondan sonrakı bir il altı ay müddətində ölkəmizdə hakimiyyətsizlik, hərc-mərclik davam edib və nəhayət, 1992-ci ilin iyununda Xalq Cəbhəsi - Müsavat hakimiyyətə gələndən sonra Azərbaycanın dağıdılması daha da sürətləndi. Bunlar da axırda gətirib vətəndaş müharibəsinə çıxartdı.
1990-cı ilin yanvar hadisələrindən sonra, ondan qabaq da Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu, hərc-mərclik idi. Dövlətin on illərlə qazandığı sərvətlər dağıdılırdı və Azərbaycan bir neçə dəfə fövqəladə vəziyyətdə, avtomatçıların qarşısında yaşayıbdır.
1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olundu. Bu fövqəladə vəziyyət 1991-ci ilin axırınadək davam etdi. Yalnız müstəqillik elan olunandan sonra Azərbaycanda, Bakıda fövqəladə vəziyyət aradan götürüldü. Ancaq ondan sonra nə oldu? Xalq cəbhəsi - Müsavat hakimiyyətə gəldi, bir ilin içərisində Azərbaycanda daxili sabitliyi daha da pozdu. Xatırlayın, əvvəllər fövqəladə vəziyyətin əleyhinə çıxan adamlar 1993-cü ilin aprelində Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra hakimiyyətdə ola-ola, bütün Azərbaycanda fövqəladə vəziyyət rejimində də hakimiyyəti saxlaya bilmədilər. 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsi başlandı.
Ölkənin daxilində müxtəlif proseslər ola bilər. Əgər dövlət, hakimiyyət güclüdürsə və xalqın dəstəyinə malikdirsə, o, hər bir şeyin qarşısını ala bilər. 1993-cü ilin iyununda nə üçün Azərbaycanda vətəndaş müharibəsi, siyasi böhran başlandı, nəhayət, həmin hakimiyyət dağıldı? Ona görə ki, onlar xalqın dəstəyini, inamını əldə edə bilmədilər. Əksinə, bir ilin içərisində xalqı özlərindən diksindirdilər, uzaqlaşdırdılar və xalq belə bir hakimiyyətə artıq dözə bilmirdi.
Hakimiyyət dağıldı. Hakimiyyətdə olan şəxslər, yəni Azərbaycanın prezidenti, baş naziri, Milli Məclisinin sədri, nazirlər qaçdılar, dağıldılar, gizləndilər. Bəziləri ayrı-ayrı yerlərdə 2-3-4 il gizləndilər. Əgər siz doğrudan da hakimiyyət adamısınızsa, doğrudan da xalq uğrunda mübarizə aparırdınızsa, doğrudan da hakimiyyətə gələrək, Azərbaycanı idarə etmək istəyirdinizsə, niyə qaçdınız, niyə gizləndiniz?
1995-1996-cı illərdən sonra, Azərbaycanda ictimai-siyasi sabitlik tamam bərqərar olunandan sonra onlar yavaş-yavaş peyda oldular, deyə bilərəm ki, gizləndikləri yuvalarından çıxdılar, indi sərbəstdirlər. Bu sərbəstliyi, bu ictimai-siyasi sabitliyi kim yaradıb? Onu bugünkü iqtidar yaradıbdır. Bugünkü iqtidar bunu yaradaraq, onlara imkan veribdir ki, yenidən həyata qayıtsınlar, öz siyasi fəaliyyətlərini aparsınlar, bunu da qiymətləndirsinlər. Ancaq bunun əvəzində onlar öz çıxışlarında deyirlər ki, yeddi il müddətində heç bir şey görülməyibdir. Bəs onda bu müstəqillik dövründə nə görülübüdür? Bəs onda bu müstəqillik münasibətilə siz xalqı niyə təbrik edirsiniz?
Mən yenə də deyirəm, bu doqquz ilin yeddi il beş ayı bugünkü iqtidarın rəhbərliyi alıtnda gedibdir. Ondan əvvəl, müstəqillik elan olunandan sonrakı bir il yarım ərzində bir neçə hakimiyyət dəyişilib, hərc-mərclik olubdur və Azərbaycan dağıdılırdı. Demək, bunları görməyən, yaxud görərək inkar edən adamlar, heç təsəvvür etmək mümkün deyil ki, hansı psixologiyaya malikdirlər. Bir daha deyirəm ki, bu doqquz ildə Azərbaycanın müstəqilliyini təmin edən, yaşadan bugünkü iqtidardır.
Azərbaycanın dövlət müstəqilliyinin elan olunması tarixi zərurətdən meydana gəlmiş bir hadisədir. Bu, o illərdə, ondan əvvəlki bir neçə ildə SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu müstəqillik talenin bizə bəxş etdiyi nemətdir. Əgər SSRİ dağılmasaydı, heç bir qüvvə, heç bir respublika heç bir müstəqillik əldə edə bilməzdi. Amma indi həmin müxalifətdə olan admlar döşlərinə vururlar ki, biz mübarizə etmişik, Azərbaycanın müstəqilliyini əldə etmişik. Onda Türkmənistan, Özbəkistan, Ukrayna, Belarus, Qazaxıstan öz müstəqilliklərini necə əldə ediblər?
Bəli, SSRİ Hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar ədalətsiz mövqeyinə görə xalq etiraz səsini qaldırdı. Bu etiraz səsini təkcə onlar yox, kütlələr bildirib, küçələrə, meydanlara çıxıbdır. Bəli, belə bir xalq hərəkatı olubdur. Ancaq indi bəziləri döşünə döyür ki, biz milli azadlıq hərəkatının liderləri olmuşuq və bunun nəticəsinə nail olmuşuq. Bu cür yalan heç bir şeyə sığışmır.
Yenə də deyirəm, bizim xoşbəxtliyimizdir ki, SSRİ dağıldı. Təbiidir ki, SSRİ dağılanda bu ittifaqa daxil olan bütün müttəfiq respublikalar öz müstəqilliklərini elan etdilər. Onu da bilməlisiniz ki, digər respublikalar öz müstəqilliyini Azərbaycandan əvvəl - 1991-ci ilin iyununda, iyulunda, sentyabrında elan etdilər. Azərbaycan isə 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında akt qəbul etdi. Amma həqiqi müstəqillik 1991-ci il dekabrın 30-da ümumi referendum keçiriləndən sonra olubdur. Yəni biz o vaxt bu məsələdə də irəlidə deyildik. Əgər müstəqillik uğrunda mübarizə aparılırdısa, burada da o biri respublikalardan geri qalmışdıq. Bax, həqiqət budur. Gərək heç kəs bu tarixi həqiqətləri unutmasın və heç kəs də təhrif etməsin.
Bizim bugünkü nailiyyətimiz Azərbaycanda məhz son illər, yəni 1993-cü ilin iyunundan indiyədək aparılan işlərin nəticəsidir və biz bundan sonra da böyük nailiyyətlər əldə edəcəyik.
Mən bu fikirlərimi sizə çatdıraraq, olimpiya oyunlarında əldə etdiyiniz qələbə münasibətilə sizi təbrik edirəm. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Bir daha deyirəm ki, sizin bu nailiyyətiniz Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və 1993-cü ildən başlayaraq Azərbaycan iqtidarının apardığı doğru, düzgün daxili və xarici siyasətinin nəticəsidir.
Mən bütün Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm və Azərbaycana bir daha əbədi müstəqillik arzulayıram. Sağ olun.

18 oktyabr 2000-ci il



Xəbər 1840 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
13.12.2010 Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru