Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan idman jurnalistlərinin ikinci respublika konfransı keçirildi
Tarix: 20.02.2021 | Saat: 15:14:00 | E-mail | Çapa göndər
Fevralın 20-da videokonfrans formatında Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və idman qurumlarının mətbuat katibləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində çanından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

AİJF prezidenti Qabil Mehdiyev çıxış edərək ötən il ərzində qurumun fəaliyyəti ilə bağlı hesabat verib. O, qeyd edib ki, qarşıya qoyulan planların hamısının koronavirus pandemiyasına görə, karantin rejimi səbəbindən həyata keçirilməsi mümkün olmasa da, mövcud şəraitə uyğun icrası mümkün olan bütün tədbirlər həyata keçirilib. Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük Vətən müharibəsində idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulayan Q.Mehdiyev AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları, qazilər ilə görüşlər keçirdiyini bildirib.

Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair danışıqların aparılması ilə bağlı danışan Qabil Mehdiyev bu müzakirələrin davam etdiyini diqqətə çatdırıb.

Toplantıda AİJF-nin ötən müddət ərzində keçirilən tədbirlər sırasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması, Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatının təşkili, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüşün keçirilməsi, Mətbuat Günü münasibətilə veteran idman jurnalistlərinin ziyarət edilməsi, koronavirusa qarşı mübarizə məqsədilə sosial təbliğat videoçarxlarının hazırlanması xüsusi vurğulanıb.

Qabil Mehdiyev bildirib ki, AİJF üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar və aksiyaya görə Birinci vitse-prezidentin təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb. Tədbirdə o da qeyd edilib ki, qurum Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinarlar, “Sidney-2000” Olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirib, eləcə də, idman jurnalistləri arasında Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə yazı müsabiqəsi təşkil edib.

Qabil Mehdiyev ötən müddət ərzində qurumla sıx əməkdaşlıq edən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Antidopinq Agentliyinə və müxtəlif idman qurumlarına minnətdarlığını bildirib.

Sonra çıxış edən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova toplantı iştirakçılarına əvvəlcə gənclər və idman naziri Azad Rəhimovun salamlarını çatdırıb. Ötən 1 il ərzində AİJF-nin uğurla fəaliyyət göstərdiyini bildirən S.Məmmədova idman jurnalistlərinin həmişə diqqət mərkəzində olmasının, onların idman yarışlarında iştirakının daima təmin olunmasının vacibliyini bildirib.

MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı idman jurnalistikasının son illər inkişaf etdiyini vurğulayıb. O, ötən müddət ərzində idman jurnalistlərini öz sıralarında birləşdirən AİJF-nin bir sıra tədbirlər və layihələr həyata keçirməsinin təqdirəlayiq hal olduğunu bildirib.

AİJF idarə heyətinin üzvləri Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, idman jurnalistləri Vüqar Vüqarlı, Şəmsəddin Abbasov, Aydın Bağırov, Ağa Dadaşzadə, İlkin Baba, Kamran Hacı, Seymur Teymurov, Ceyhun Əliyev, AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov çıxış edərək idman jurnalistikasının problemlərindən və gələcək perspektivlərindən söhbət açıblar.

Daha sonra idman mediasını narahat edən məsələlər müzakirə edilib.
Xəbər 489 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.07.2022 Azər Quliyev AİJ İctimai Birliyinin prezidenti seçilib
21.02.2022 İdman jurnalistləri arasında şahmat yarışı keçiriləcək
18.11.2021 İdman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib
14.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçirilib
13.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
03.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
29.10.2021 Qabil Mehdiyev: AİJF-in məqsədi idmanı inkişaf etdirmək, ölkəmizin imicini dünyada möhkəmləndirməkdir
29.10.2021 Tbilisidə idman jurnalistləri arasında futbol turniri keçirilir
30.09.2021 Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib
29.09.2021 Jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru