Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
2020-ci il gimnastlarımızın Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb
Tarix: 29.12.2020 | Saat: 14:54:00 | E-mail | Çapa göndər
2020-ci il bütün dünyada olduğu kimi, ölkəmiz üçün də gözlənilməz hadisələrlə yadda qaldı. Azərbaycan Gimnastika Federasiyasının (AGF) aktiv fəaliyyəti yenidən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən yüksək qiymətləndirildi. Ötən ilin nəticələrinə əsasən AGF bir daha “Mükafatlandırılan federasiyalar”ın siyahısında birinci oldu. AGF altı il ərzində - 2014-2019-cu illərdə ardıcıl olaraq FIG-in 10 ən güclü federasiyalarının siyahısında yer alıb, son üç ildə isə həmin siyahıya liderlik edib.

Yola saldığımız 2020-ci ilin gimnastika təqvimi bir sıra yarışlar və tədbirlərlə zəngin olsa da, dünyanı bürümüş COVID-19 pandemiyası səbəbindən həmin turnirlərin bir çoxu ləğv edildi və ya təxirə salındı. Bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi Olimpiya Oyunları belə növbəti ilə keçirildi.

Pandemiya AGF-in fəaliyyətindən də təsirsiz ötüşmədi. Belə ki, federasiyasının təşkil edəcəyi bir beynəlxalq yarış ləğv edildi, dünya çempionatı da daxil üç yarış təxirə salındı, iki Avropa birinciliyinin keçirilməsi isə Bakıdan digər ölkəyə köçürüldü.

Bütün bunlara baxmayaraq, Milli Gimnastika Arenası (MGA) ilin əvvəlində 3 yarışa ev sahibliyi etməyə nail oldu. İlk olaraq, batutçular Olimpiya Oyunlarına təsnifat xarakterli dünya kubokunda iştirak etmək üçün ölkəmizin paytaxtına təşrif buyurdular. Daha sonra gənc kişi idman gimnastları MGA-da 1-ci “AGF Junior Trophy” turnirində mübarizə apardılar. Azərbaycan təmsilçiləri bu yarışda fərqlənməyi bacararaq yığma komandamızın hesabına 2 gümüş və 1 bürünc medal yazdırdılar.

Bunun ardınca ölkəmizdə Olimpiadaya lisenziya xarakterli daha bir yarış – idman gimnastikası üzrə dünya kuboku təşkil edildi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda qəbul edilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlərlə bağlı bu kubokun final mərhələləri ləğv olundu. Təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qəbul olunduğu bu yarışda qadın idman gimnastımız Marina Nekrasova bürünc medal əldə etdi.

2020-ci ildə gimnastlarımız üçün ən uğurlu hadisə Ukraynada təşkil edilmiş bədii gimnastika üzrə Avropa çempionatında iştirak oldu. Bədii gimnastlarımız bu yarışda üçqat uğura imza atdılar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə gümüş medala layiq görüldülər. Bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır. Daha bir medalı – bürüncü istedadlı qrup komandamız 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə əldə etdi. Növbəti medal isə komanda hesabında qazanıldı. Qrup və gənc gimnastlarımızın (Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova, Leyli Ağazadə) topladıqları xalların cəminə əsasən bu proqram üzrə də bürünc medal əldə olundu.

Yığma komanda üzvlərimizin çempionatda çıxışları zamanı istifadə etdikləri geyimlər isə azarkeşlər, gimnastika mütəxəssisləri, eləcə də dünya mediası daxil hər kəsin diqqətini cəlb etdi və uzun müddət sosial şəbəkələrdə geniş müzakirə olundu.

Martdan etibarən bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejimi elan edildi. Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı idman yarışlarının da keçirilməsi, o cümlədən idman zallarında məşqlər qadağan olundu. Buna baxmayaraq, karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyə olundu. AGF də bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirdi. İnsanların öz evində rahat idman etmələri üçün hər gün peşəkar məşqçilər tərəfindən səhər gimnastikası təqdim edildi və hamıya əlçatan olması üçün federasiyanın sosial şəbəkə hesablarında yayımlandı. Bundan əlavə səhər gimnastikası yerli TV kanalla əməkdaşlıq çərçivəsində televiziya vasitəsilə də geniş əhali kütləsinə təqdim edildi. AGF, həmçinin əhalinin gimnastika ilə düzgün şəkildə məşğul olaraq sağlam qalması üçün vaxtaşırı maarifləndirici videoçarxlar da hazırlayaraq, sosial şəbəkə hesablarında paylaşır.

Karantində idman zalları bağlı olsa da, gimnastlarımız məşqlərini evdə davam etdirdilər. Gimnastlarımızla çalışan məşqçilər və xoreoqraflar isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, evdə məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər verirdilər. Gimnastlar onlayn yarışlarda iştirak edərək, mükafatçılar sırasına daxil olmağı da bacarıblar.

Evdə onlayn təlimlər keçdikləri müddətdə gimnastika növlərinin nümayəndələri bir sıra maraqlı və əyləncəli onlayn müsabiqə və “challenge”lərdə iştirak ediblər, həmçinin, özləri də kreativ təşəbbüslərlə çıxış ediblər.

Karantin günlərinin davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri də təşkil edilib. Bu cür təlimlər məşqçi və xoreoqraflarla yanaşı bədii gimnastika üzrə yığmanın gimnastları tərəfindən də keçirilib. Bu ustad dərslərindən Polşa, Slovakiya, Latviya, Hindistan, Misir, Braziliya, Monteneqro, Meksika, Argentina, Filippin və bir sıra digər ölkə təmsilçiləri faydalanıblar.

Bu müddətdə Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutdu. “Battle” adlanan bu yarışda hər iki ölkənin “Tokio-2020” Olimpiadasına lisenziya qazanmış komandaları iştirak ediblər. Yarışın məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir zamanda gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı vaxt keçirərək əylənmək idi.

AGF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün gimnastika növləri üzrə kurslar təşkil edilib.

Bundan başqa, Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar. İyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

AGF tərəfindən bu il həm də ilk dəfə “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil olunub. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ölkənin müxtəlif şəhər və rayonları - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb.

Yola saldığımız il bütün dünya ölkələri üçün olduğu kimi, Azərbaycan üçün də fərqli bir il oldu. Qarşıya çıxmış müəyyən məhdudiyyətlər və çətinliklərə baxmayaraq, bu ildə federasiya bir sıra yenilikləri də sınaqdan keçirdi və yeni bacarıqlar əldə etdi. Qarşıda isə bizi mühüm gimnastika tədbirləri ilə zəngin yeni bir il gözləyir. Azərbaycan Gimnastika Federasiyası növbəti ildə hər kəsə möhkəm sağlamlıq, işlərində uğurlar arzu edir.
Xəbər 440 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru