Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitab işıq üzü görüb
Tarix: 13.07.2012 | Saat: 17:41:00 | E-mail | Çapa göndər

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş «Bizim təmkinli əzizimiz» kitabının təqdimatı keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov uzun və mənalı ömür yolu keçmiş M.Miriyevin Azərbaycanda idman jurnalistikasının inkişafında müstəsna xidmətlərinin olduğunu vurğulayıb. O bildirib ki, müharibə illərində Dövlət Radio Verilişləri Komitəsində siyasi verilişlər şöbəsinə rəhbərlik etmiş Mirpaşa müəllim 1947-ci ildə «Azərbaycan gəncləri» qəzetində redaktor müavini işləyib. 1950-ci ildən 1987-ci ilədək «İdman» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında nəşr 120 min tirajla çıxıb: «Bu qəzet bütün dövrlər üçün nümunəvi idman nəşri sayıla bilər. Tərtibatından tutmuş peşəkarlıq xüsusiyyətlərinədək nəşrdə Mirpaşa Miriyev yaradıcılığının, dəst-xəttinin ruhu duyulub. Həmin ruh indi də yaşadılmaqdadır. Nəşr birbaşa onun adı ilə bağlı idi. O, jurnalistikamızda örnək ola biləcək bir nümunə yaratmışdı».

MŞ sədri «Bizim təmkinli əzizimiz» kitabı haqqında məlumat verərək bildirib ki, nəşrin müəllifi M.Miriyevin qızı, pedaqoji elmlər namizədi Ulduz Miriyevadır. Kitabda ustad jurnalistin həyat yolundan, idman jurnalistikasında qazandığı uğurlardan bəhs olunub. Orada həmçinin M.Miriyev yaradıcılığı ilə tanış olanların, jurnalisti tanıyanların, dostlarının, qələm yoldaşlarının və doğmalarının onun haqqındakı xatirələri əksini tapıb.

Ə.Amaşov «Bizim təmkinli əzizimiz» kitabının müəllifi U.Miriyevanı Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edib.

Tədbirdə çıxış edənlərdən veteran jurnalistlər Oqtay Bayramov, Aydın Əliyev, Altay Zahidov, Məzahir Süleymanzadə, Fazil Rəhmanzadə, bəstəkar Oqtay Rəcəbov, kinorejissor Ayaz Salayev, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, İdman Jurnalistləri Assosiasiyasının prezidentin Eldar İsmayılov, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev və başqaları M.Miriyevi tələbkar rəhbər, nəcib və səxavətli insan kimi xarakterizə ediblər. Ustad jurnalistin yaradıcılığının spesifik cəhətlərindən söhbət açaraq bildiriblər ki, Mirpaşa Miriyev məktəbi Azərbaycanın idman jurnalistikasının çoxsaylı qələm sahibinin yetişməsində müstəsna rol oynayıb.

Kitabın redaktoru, «İdman» qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev çıxışında bildirib ki, Azərbaycan idman jurnalistikasının banisi Mirpaşa Miriyev ömrünün sonunadək öz doğma qəzeti ilə bağlı olub. Kitabın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

«Bizim təmkinli əzizimiz» kitabı barədə söz açan natiqlər onu M.Miriyevin həyat və yaradıcılığının müxtəlif məqamlarına dolğun şəkildə aydınlıq gətirilməsi baxımından gözəl nümunə kimi dəyərləndiriblər. Belə bir nəşrin ərsəyə gəlməsinin vacibliyini idman jurnalistikasına olan marağı daha da gücləndirmək vasitəsi kimi əsaslandırıblar.

Sonda çıxış edən «Bizim təmkinli əzizimiz» kitabının müəllifi U.Miriyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, «Bizim təmkinli əzizimiz» kitabı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə nəşr olunub.

Məlumat üçün bildirək ki, yaradıcılığının böyük hissəsini idman jurnalistikasına bağlamış Mirpaşa Mirismayıl oğlu Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib. Həmin nəşr fəaliyyətini dayandırdıqdan sonra Dövlət Radio Verilişləri Komitəsində işləyib. 1950-ci ildə «Azərbaycan bətən tərbiyəçisi» və «Fizkulturnik Azerbaycana» qəzetlərinə redaktor təyin edilib. Sonradan bu qəzetlərin adları dəyişdirilərək «İdman» və «Sport» olub. 1987-ci ilədək burada çalışan M.Miriyev həmin il təqaüdə çıxıb və «Neftçi» İdman Sağlamlıq Cəmiyyətində sədr müavini kimi ictimai fəaliyyət göstərib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. İdmanla bağlı çoxsaylı kitab müəllifi olan M.Miriyev 2007-ci ilin iyun ayının 12-də vəfat edib.
Xəbər 3437 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.07.2022 Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
18.12.2017 Aqşin Kazımzadənin xatirəsi qeyd edilib
17.12.2017 Aqşin Kazımzadənin vəfatından sonra yerinə yetirilən vədi...
19.04.2013 AİPS-lə müqavilə imzalandı
25.12.2012 AİJA ilin ən yaxşılarını elan etdi
21.12.2012 80 yaşın mübarək, 100 yaşa, «İdman»!
10.11.2012 Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
08.10.2012 İdman jurnalistlərimiz Hiltonda toplaşacaqlar
17.05.2012 Məktəbdə “İdman ili” mövzusunda açıq dərs keçirilib
15.05.2012 İdman iliniz mübarək!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru