Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Tarix: 02.10.2020 | Saat: 17:29:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Onun həyətdə-bacada top qovan vaxtıydı. Elə top qovurdu - futbolçu olmaq istəyirdi. Amma həqiqi arzuların hələ nə olduğunu bəlkə heç bilmirdi də. Nə bilmək olar, bəlkə aşkar-gizlin həyat hekayəsinin ilk yolunu xəyal edirdi, bunu dostları, valideynləri ilə bölüşür, özündən bir yaş böyük bacısı ilə pıçıldaşır – dünya qururdu. Bunun üçün yetişirdi, nə az, nə çox, 13 yaşı vardı - yeniyetməliyin məsul, keçid dövrünə asta-asta, addım-addım yaxınlaşırdı...

Bu bəlkələr içində, bildiyimiz bir şey var: hamımız o yaşda, o çağlarda olmuşuq. Qayğısız, qayğılı günlərimiz də olub. Adi azərbaycanlı balası, qəribə dünyanın erkən yeniyetməlik çağını yaşayan sadə uşaq da olmuşuq. Min bir arzu qanadında böyüyüb məsləyə, məqama, mərama çatmışıq. Həyat sevgisi qanadında hekayəmizi də yazmışıq, hələ yazırıq da. Hələ uşaq kimi xəyal da qururuq da...

Fəqət namərd düşmən məkrinin hiyləsinin aləti olan zalım mərmi o hekayələrdən birini, yaşanacaq bir həyat eşqini nakam qoydu. Həm də tək onun deyil, hələ arzular qanadında pərvazlanmağa macal tapmamış 14 yaşlı bacısının, onların gələcəyinə planlar qurmamış olmayan, övlad sevincinin da xəyallarında həyat eşqi alovlanan bir ailə hekayəsi yarımçıq qaldı.

Sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə namərdcəsinə pozaraq, Azərbaycanın yaşayış məntəqələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan atəşə tutmağa başladı.

1899-cu və 1907-ci illərin “Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi” Haaqa konvensiyaları, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu ilin Cenevrə Konvensiyası (I və II Əlavə protokolları, 1977-ci il) və digər beynəlxalq hüquqi sənədlərin müddəalarına zidd olaraq, erməni faşizminin növbəti təzahürü məhz mülki əhalinin hədəfə alınması oldu. Əlbəttə, abır-həya bilmədən planlaşdırılmış bu şərəfsizliyə Azərbaycanın şanlı ordusu layiqli cavab verərək əks-hücuma keçdi. Məkrli niyyətin və xain həmlələrinin qarşısını alındı, düşmənin hərbi mövqelərinə layiqli zərbələr endirildi. Namərd düşmənin hiyləsi məlum idi: təkcə üz-üzə olan ordu mövqelərini deyil, daha geniş coğrafiyada mülki əhalini hədəf alaraq, onlar arasında çaşqınlıq yaradıb torpaqlara sahib çıxmaq.

Məhz o gecə keçib sübh çağının ilk şəfəqləri saçanda, Naftalanın Qaşaltı kəndindəki sadə azərbaycanlı evinin sakinləri - Qurbanovlar ailəsinin 5 üzvünün həyatına bir top mərmisi son qoydu.

Bəli, top. O məlun topun atəşi top-top oynayan 14 yaşlı körpə fidan Fidanın, həmyaşıdları ilə dəri topu qovub yarışlarda həvəsi ustadlıq ümidinə calayan 13 yaşlı Şəhriyarın gözlərini bu dünyaya əbədi yumdu.

2007-ci il təvəllüdlü Şəhriyar ilk uğurlarının ardınca ciddi addımlarını təzəcə atmağa başlamışdı. 2017-18-ci illər mövsümündə AFFA-nın təşkilatçılığı ilə keçirilən 11 yaşlı yeniyetmələrin liqasında (U-11) “Naftalan UGİM”də çıxış edirdi.

Beləcə, futbol topu eşqinin qəlbində alovlandığı bir dövrdə barıt qoxulu hərb topu balaca Şəhriyarın həyatına qıydı.

Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması idman ictimaiyyətində böyük üzüntüyə səbəb oldu. Günahsız bir uşağın namərd atəşinə tuş gəlməsi xəbəri yəqin bu üzüntüyə şərik olanları, bir anlıq olsa belə, öz həyat hekayəsinin erkən yeniyetməlik illərinə qaytardı.

AFFA balaca Şəhriyarın həlak olması ilə əlaqədar FIFA və UEFA-ya məktublar ünvanlandı. Cavab gecikmədi, FIFA yeniyetmə futbolçunun həlak edilməsi ilə əlaqədar AFFA-ya başsağlığı verdi:

“Şəhriyar Qurbanovun xatirəsinə

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda həlak olması ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik. Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.


Əlbəttə, FİFA kürsüsündən daha fərqli sözlər, fərqli müzakirələr, həm də ictimai təşkilat kimi bu addımı atanları qınayan bəyanatı eşitmək istərdik. Onsuz da haqqı tapdalanan məmləkətin varlığını, tamlığını əsgərimiz qaytaracaq, amma şərəf və ləyaqət anlayışına yad olan bir harın düşmənin hədəfini döyüşün getdiyi sahədə deyil, tamamilə kənar ərazilərdə seçməsinə göz yumulmamalıdır.

Sözün düzü, heç mülki əhalini nəzərdə tutub insan hüquqlarından bəhs etmək niyyətim yoxdur. Acı olanı budur ki, axı, düşünmə, idrak qabiliyyətinin istisnasız hər kəsə şamil edildiyi söylənilən insan cəmiyyətində uşaqların yeri xüsusi olmalıdır, onların yeri, elə hüquqları da başqa olmalıdır.

1989-cu ildə BMT-nin qəbul etdiyi “Uşaq Hüquqları” konvensiyası bunu iddia etmirmi: uşaq şəxsiyyətdir, onların irqindən, dəri rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, hüquqları var. Orada deyilir ki, uşağın, əvvəla, yaşamaq hüququ var və bunu onun əlindən heç kim almamalıdır. Onun inkişaf hüququ var və buna hər kəs riayət etməlidir. Uşağın müdafiə hüququ var və ona qayğı göstərilməlidir. Nəhayət, uşağın iştirak hüququ var və onun söz demək, fikir söyləmək, vətəndaş olmaq səlahiyyəti var.
Bu hüquqlar 13 yaşlı Şəhriyar Qurbanovun əlindən bir mərmi ilə alındı və bu cinayətin müəllifi Ermənistan adlanan terrorçu dövlətin hərbi-siyasi rəhbərliyidir, bu cinayətə görə, erməni terrorçuları beynəlxalq və Azərbaycan qanunları qarçısında məsuliyyət daşımalıdırlar.

Bu, ilk və son sənəd deyil. Sonuncusu 2009-cu ildə BMT Təhlükəsizlik Şurasında münaqişə dövründə uşaqların müdafiəsinə dair qəbul edilmiş 7 qətnamədən bəhs edə bilərik. Bütün bunlara müharibələr dövründə uşaqların müdafiəsini, toxunulmazlığını təsbit edən onlarla sənədin adını əlavə etmək olar.

Çifayda, qarşına çıxan namərddirsə, ondan ləyaqət və şərəf gözləmə. Lakin haqqın təntənəsi üçün saysız-hesabsız qaydaları, protokolları, qətnamələri, konvensiyaları, bir sözlə, sənəd adı ilə kağız parçalarını yan-yana düzən beynəlxalq təşkilatları, miladdan sonrakı inkişafının 21-ci əsrində olan bəşəriyyətdə hələ də təlim-tərbiyə, ədəb-ərkan, bir insanın digərinə hörmət etməli olduğunu aşılayan mühitə yad, dəyərlərdən xali insan cəmiyyətlərinə bəşəriyyətin inkişaf etmiş və özünü ali hesab edən elitar toplumları dözümlü, əslində, biganə yanaşır.

Nədən və niyə? - Aydındır.

Amma bu bizim üçün artıq maraqlı deyil. Çünki Silahlı Qüvvələrimizin Ali Baş Komandanının yumruğu masaya çaxan qərarı ilə şərəf və ləyaqət tərənnümçüsü olan Azərbaycan Ordusu şanlı missiyasını yerinə yetirmək üçün əks-zərbələr vurur, əks-həmlələrlə düşməni mənəvi və texniki cəhətdən sarsıdır.

Biz ali ədalətin qamçısı olan Ordumuza əminik. Ona görə ki, Onun Komandanı qətiyyətlidir:

- “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

BATI YAR


Xəbər 751 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru