Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Çempion mövsümə intriqa gətirir
Tarix: 23.09.2020 | Saat: 07:47:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Milli futbol çempionatında bəlkə də çoxlarının gözlədiyi an gəlib yetişdi. İlk 3 tur ərzində 5 xal itirən "Qarabağ" mövsümə mübarizə intriqası gətirib. Bunun ilğım, yoxsa mübarizə vahəsi olduğunu gələcək göstərəcək. Lakin ağdamlılar əzəli rəqibi "Neftçi" ilə görüşdə qarışıqlıq mənzərəsini dərinləşdirməklə mübarizəni ikiqat kəsərli edib.

Əlbəttə, bundan sonra mövsüm ərzində ciddi rəqabətdə olacağı gözlənilən klublardan, ilk növbədə, "Neftçi"dən asılı olaraq çox şey dəyişə bilər. Amma 3 tur ərzində "Sabah"ın rəqabət həvəsi vəd etməsi mühüm yenilik kimi diqqət çəkir. Ehtiyatlı olmağa vadar edən isə komandada sadə nizamın olmaması və oyundan oyuna formalaşmamış məzmun qıtlığının kəskin hiss olunmasıdır. "Keşlə" ilə "Zirə" isə yeni sükançıları ilə bu rəqabətdə hələ öz yerlərini axtarırlar və sabitlik bir kənara, konkretlikdən çox uzaqdırlar. "Sumqayıt" köklü yenilənib və hələlik erkən formalaşma tendensiyası nümayiş etdirməsinə rəğmən oturuşmuş hər hansısa elementdən, hətta heyətdən danışmaq tezdir. Hər halda bütün iştirakçılar üçün nəticələr belə düşünməyə əsas verir. İlk üç turun prinsipial məqamı isə "Səbail"lə "Qəbələ"nin autsayderlər qrupunu təşkil edib-etməyəcəyi ilə bağlıdır. Oyun buna əsas vermir, lakin hazırlıq və onun qarşıdakı müddətdə hər hansısa səviyyəyə çatması məşqçi işindən çox asılı olacaq.

Ötən oyun günlərinə nəzər salsaq, hələlik elita təmsilçilərinin zəif cəhətlərinin bir xeyli olduğunu söyləmək mümkündür. Bu, mövsümə qeyri-sabitliklə yanaşı, daha təhlükəli olanı - qeyri-müəyyənliyi də gətirir. Azərbaycan futbolunun ənənəsinə uyğun olaraq, qarşıda hansı klubun digərinin səhvindən çox istifadə edərək daha az səhv edəcəyi deyil, hansının özünün buraxdığı səhvlər içində çabalayacağı gündəm mövzusudur.

Dediklərimizin əyani sübutu liderlərin oyunudur. Görüşün nəticəsi, əslində, "Qarabağ"ın səhvlərinin cəminin ifadəsidir. Haqq naminə "Neftçi"nin də öz şansını gözləməsini və bundan məharətlə istifadə etməsini, ələlxüsus ikinci hissədə rəqibin boşluqlarından yararlanmasını və fürsəti fövtə verməməsini qeyd etmək lazımdır.
Bir sözlə, "ağ-qaralar"ın qələbəsinə kölgə salmaq olmaz. Lakin və istənilən halda nəticənin əsas səbəbkarı elə ilk hissədən də göründüyü kimi "Qarabağ"ın özüdür. Rəqib onun imkan verdiyi həddə oynayaraq sona doğru cəsarətləndi və qarşılaşmanın ipini əldən vermədi və yaxud rəqibinin buna gücü yetmədi. "Neftçi" haqqında fikirlərimizi tamamlayaraq qeyd edək ki, 3 xal ona prinsipial olaraq lazım idi. Tamamilə cəfəng oyunla "Sumqayıt"dan alınan məğlubiyyət, Avropa kubokundakı aşkar dişsizlik komandanı psixoloji cəhətdən təzyiq altına salmışdı. İndi rahat nəfəs almaq üçün şans əldə etmiş kollektiv bu fürsəti qaçırmamağa çalışmalıdır. Belə olarsa, mövsümdə yüksəlişin təminatı olacaq. Əks-təqdirdə komanda əvvəlki dövrdə olduğu kimi qış fasiləsinə qədər təzyiq altında əriyəcək və eniş-yoxuş onun simasını itirməsinə aparıb çıxara bilər.

"Neftçi" məqçilərinin ən zəif cəhəti, sadəcə, müdafiədəki oyunu qura bilməməsi deyil. Komanda oyununu təşkil edən elementlərin hər birində qırıqlıq və natamamlıq var. Ən əsası, taktiki cəhətdən tamamilə çiy oyun, "Sumqayıt"la matçın da göstərdiyi kimi, kollektivi məzmunsuzluğa və futbolçuları fiziki-psixoloji yorğunluğa daşıyır.

"Qarabağ"ın problemi yenə ehtiyat skamyası ilə bağlıdır. Avropa arenası ilə milli yarışları və üstəlik, yığma komandanın da təlimlərini əlavə etsək, Ağdam klubuna optimal bərabər, tənzimlənib nizamlanan və əvəzlənən oyunçulardan ibarət heyətin formalaşması vacibdir. Zubirlə Romeronun yoxluğu kollektivi bu qədər sarsıdırsa, nə qədər prinsipial rəqib olsa da, yarıcan, bişməmiş, natamam "Neftçi" qarşısında aciz qoyması daha çox problemləri qabardır, sualları çoxaldır. Məğlub duruma düşdükdən sonra çempion ikinci hissənin son 20 dəqiqəsi ərzində nəinki təzyiqi artıra bilmədi, hətta meydanda nə etmək istədiyi belə görünmədi. Çılqınlıqdan "Neftçi"nin faydalanaraq, daha böyük üstünlüyə yiyələnə bilməməsi də ayrı söhbətin mövzusudur.

"Qarabağ" üçün bu, heç də natamam hazırlığın göstəricisi deyil, komandanın psixoloji problemlərinin aynasıdır. Söz yox ki, səfərdən yenicə qayıdıb əsas rəqiblə üz-üzə gəlmək asan deyil. Lakin illərdir Avropa meydanlarında əsas yarışların qrupunda 6 oyun keçirməyə bir növ adətkar olmuş kollektiv üçün bu təhlükəli haldır. Psixoloji natamamlıq kompleksi bundan da təhlükəlidir. Deməli, ən azı, oyunçu transferlərində yenə də prinsipial uğursuzluqlar var. Komplektləşməmiş "Qarabağ" bununla ya budəfəki mövsümdə Avropa arenasına barmaqarası baxaraq, qrupa düşsə belə, mübarizədə olmamağı (yaxud bəxtinin gətirməsini) düşünür, ya da milli çempionatdakı rəqibləri zəif bilərək, bu templə əsas diqqəti Avropaya ayırmaqla qış fasiləsindən sonra yenidən milli mövsümə köklənməyi planlaşdırır.
Əlbəttə, bu mülahizələri ciddi hesab etmək istəməzdik. Çünki bunlar həqiqət olarsa, klubdakı qeyri-ciddi münasibətlərin və ya futbol təsəvvürlərinin çatışmazlığından danışmaq lazım gələr.

İki əzəli rəqib üz-üzə gəlirsə və biri doğma divarlar arasında məğlub olursa, rəqəmlərin dili ilə bir neçə kəlmə demək lazımdır. Sonuncu dəfə 2018-ci il mayın 6-da "ağ-qaralar"a "ev"ində məğlub olan Ağdam klubu həmin ilin oktyabrından paytaxt təmsilçisinə yenilmirdi. Komandaların bunaqədərki son iki dueli isə 0:0 hesabı ilə başa çatdığından, qarşılaşmadakı nəticə yeni hesabatın təməlini qoyur. Qarşıdakı 3 görüş elə buna görə və hər hansısa eniş-yoxuş olmazsa, daha prinsipial xarakter kəsb edəcək.

Bir də onu qeyd etmək lazımdır ki, bu, rəqiblərin 80-ci tet-a-tet mübarizəsi idi. Buna qədər 29 matçda qalib gələn sonuncu çempion 20 dəfə meydanı məğlub tərk etmişdi. Bu dəfə 85-ci dəfə rəqibini məyus edən ağdamlılar bu görüşdən sonra 73 dəfə "Neftçi"dən qapısında top görmüş oldu.

Son söz əvəzi kimi, turnir cədvəlinə də nəzər salaq. Öyrəşmədiyimiz mənzərənin şahidiyik. "Sabah"la "Sumqayıt"ın zirvəni "Neftçi" ilə bölüşməsinin təsadüf, ya zərurət olmasını hələ qarşıda görəcəyik. Çünki ənənə üzrə milli mövsümdə hər şey 6-cı turdan sonra bir qədər gözlənilən axara düşməyə başlayır. Əlbəttə, son iki pillədəkilərin qələbəsizliyi diqqət çəksə də, oyun planında onların ən yuxarıdakılardan elə də geri qalmadığı, zamanla diş qıcaya biləcəklərini görmək olur. Lakin bunun üçün usanmadan və səngimədən çalışmaq, oyun çatışmazlıqlarını aradan qaldırmaq və ən əsası, psixoloji sindroma düşməmək vacibdir. Axı, bu gün onların yaxınlığında dayanan "Keşlə" ilə "Zirə"nin də oyunu qəribə və sürüşkən qeyri-sabitliyi ilə diqqət çəkir: hər an yüksəliş də ola bilər, eniş də.

BATI YAR

Xəbər 479 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru