Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Məğlub olmaq üçün hər nə istəsən var idi
Tarix: 07.09.2020 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Ya rəqibi həddən artıq zəif bənd saydıq, ya yeni sükançının təlqin etmək istədiyi oyun tərzi və fəlsəfəsi hədsiz yad oldu, ya da...

Bu "ya da"ları çox sadalamaq olar. İctimai fikrin də mütləq, şəksiz, qeyd-şərtsiz və s. tipli qətiyyətli, geriyə dönüşü olmayan qələbə təsəvvürləri (sonradan məlum oldu ki, bu təxəyyül imiş) üzərində olması da bu fikirləri çox yönləndirə, yöntəmləyə, yontalaya bilər. Başqa vaxt olsaydı, bu düşüncə haradasa haqlı olardı. Lakin zaman, şərt və şərait fərqlidir. Azərbaycanın milli futbol komandası son dəfə 2019-cu ildə nəinki rəsmi, hətta yoxlama-sınaq məqsədli toplanışını keçirib. Onsuz da fiziki, taktiki, strateji, funksional və s. hazırılığı natamam olan futbolumuz mart ayından bu yana meydan üzünü bir də iyunda qısamüddətli görüb, sonra yalnız avqustda oyun ab-havasına düşə bildi. Bu müddətdə Avrokubok mərhələsi, milli çempionatın ilk turu da göstərdi ki, az-çox "Qarabağ" özünə gəlməyə yaxındır.

Belə bir şəraitdə meydana çıxan milli komandada daha çox futbolçuların məşhur bir oyunluq əzmi, inadı, iradəsi, milli mental sıçrayışlı həvəsi önə çıxmalı idi. Qalan hallarda qarşımıza ən cılız, lakin futboldan azacıq anlayışı olan istənilən komanda çıxsaydı belə, mənzərə dəyişməyəcəkdi: rəqib ciddi təhlükə mənbəyi olacaqdı.
İndi gəlin ondan başlayaq ki, oyun ərəfəsi heyətini elan edən Lüksemburqun başına topladığı futbolçuların forma geyindiyi komandalarla bizmkilərin, onların mövcud vəziyyətdə hazırlıq səviyyəsi ilə bizimkilərinkinin müqayisəsini aparın. O zaman, sadəcə, təkcə ərazi coğrafi, say əhali, ənənələr tarixi müqayisələrin heç də böyük əhəmiyyət kəsb etmədiyi üzə çıxar. Belə olduqda, dediyimiz sosio-psixoloji məqamlar, o cümlədən istək, həvəs və coşğu lazım idi. Bir də bu komandanı arxasınca apara biləcək yaşıl meydan liderinə ehtiyac var. Birinci məsələ ilə bağlı ilk böyük sözü sayını itirdiyimiz növbəti dəfəsində kiçicik cılız ulduzcuq hikkəsi parlamış Mahir Emreli şousunu göstərib, ağırlıq dərəcəsindən asılı olmayaraq, idmançıya yaraşmayan davranışla aldığı qırmızı vərəqə ilə dedi.

Əlbəttə, əksini düşünsək, belə vəziyyətlərdə istənilən komandada daha mütəşəkkil oyun ovqatı yarana bilər. Axı, buna qədər komanda qarşısını ala bilmədiyi cırtdan rəqibin pressinqli təzyiqi altında idi. Təsadüfdən, ya zərurətdən açılan hesab bunun daha da dərinləşdirilməsini tələb edirdi. Pandemiya səbəbilə uzun müddətdir yaşıl meydana həsrət olan, oyun aclığı çəkən istənilən şəxs üçün fərqlənmək, yeni həvəslə özünü təsdiq etmək, fürsətdən yararlanmaq və s. bu kimi hisslər təbii görünməlidir. Di gəl bu dəfə məşqçi korpusu gündəmə gəldi və futbolçulardan da betər absurdluq zirvəsinə dırmandı.

Yəqin ki, qanunauyğunluqlarla komanda fasilədən sonra daha da irəli getmək üçün addımlar atmalı, rəqibi toruna salmalı idi. Bu dəfə soyadının əvvəlində "de" kəıməsi də olan sükançı qərarları və tapşırıqları ilə nəsə deməli idi. Birincisi ona görə ki, ilk hissədə də göründüyü kimi bu komandaya bir idarəedici, ya da tənzimləyici, heç olmasa önə doğru oyunu nizamlayacaq lider lazımdır. Bu rolda özünü təsdiqləyən biri yoxdur. İdeal olaraq, son illərin ən həvəslisi Ramil Şeydayev ola bilərdi ki, ilk növbədə o özü hələ buna risk etmir, həm də budəfəki məşqçi korpusu da buna onu təhrik etmir. Hələ bunlar az imiş kimi, baş məşqçi onu yersiz olaraq güvənmədiyi biri kimi əvəzləyir.

Ümumiyyətlə, oyunun qəribəliklərini diqqətli tamaşaçı yəqin ilk dəqiqələrdən elə bu dəqiqələrin ilk həyəcan siqmalı olan təhlükəli zərbədən hiss etmişdi. Həmin anlarda keçici, müvəqqəti sayıla biləcək bu durum daha sonra dərinləşdi və sanki Azərbaycan orta statistik Avropa komandası ilə oyunda, özü də səfərdə meydana çıxmışdı. Ta qol epizoduna qədər bu vəziyyəti məşqçi korpusu düzəltməyə çalışmadı, yaxud onun ikinci bir planı olmadı. Meydanda, kapitan da daxil olmaqla, futbolçular bir sapa, bir bağa düzülmək istəmədi, hərə öz istədiyi kimi oynadı. Elə bil məşq də keçməmişdilər. Kapitan orta xətdən çox uzaq qaldı, idarə edə bilmədi. Orta zonada lazım olan paylayıcı da yox idi. Hərçənd vəziyyəti dəyişmək üçün qol epizodunda olduğu kimi (Namiq Ələsgərovun inadlı fəndgirliyi və qapı ağzına asma ötürməsi ilə) Ramil Şeydayevə kiçicik dəstək qığılcımı lazım idi.

İkinci hissə başlayar-başlamaz komandada çox şeyin dəyişməyəcəyi görünməyə başlamışdı ki, Krivotsyuk öz qapısı ağzında məlum, ya naməlum, talesizlik, ya bəxtsizlik, əslində, qeyri-peşəkarlıq nümunəsi ilə fərqləndi - topun öz komandasının qapısına yuvarlanmasına kömək etdi. Daha sonra absurd qərarlar başlandı: Şeydayev təxminən bir saatın tamamında əvəzləndi. Emreli özü gedibsə, Şeydayevi göndəribsənsə, meydanda qalan vaxt ərzində nəyə ümid edəcəkdin: heç-heçəyə. Özü də rəqibin bu qədər təzyiqli, ən əsası, oyuna nəzarəti tam ələ aldığı bir vəziyyətdə. Birinci hissədə məntiqi "vurmazsan, vurarlar" prinsipinə də bağlaya biləcəyimiz bəxt amilinin (qol nə qədər məntiqli və kombinasiyalı gedişlərin nəticəsi olsa da) təkrarlanacağını gözləyirdimi məşqçilər? Bu qədər tale ədalətsizliyi üçün əl açıb ilahi qüvvədən nəsə diləmək də abırsızlıq siması istəyərdi?

Hələ bu az imiş kimi növbəti dəyişikliklər lap absurdluğun zirvəsi oldu. "Adil Nağıyevin meydana çıxması nəyi dəyişəcəkdi?", "Meydan üzü görməyən Araz Abdullayevin oyuna salınmasında məqsəd nə idi?" suallarının verilməsini belə özümüzə ayıb bildiyimiz halda, məşqçinin ikinci əvəzləməsi ilə ədalət tam yerini tutdu. Meydana yeni çıxan futbolçu ən gözəl voleybolsayağı atletik tullanışla barqmaqlarını topa toxundurub penaltini rəqibə bağışladı. Bir oyunda uduzmaq üçün daha nə etmək lazımdır: qırmızı vərəqə, özü qapısına qol, rəqibin xeyrinə məşqçi əvəzləmələri, effektli sıçrayışlı onbirmetrlik cərimə zərbəsi hədiyyəsi. Hələ bundan sonra Ramil Şeydayevlə yanaşı, oyunun az-şox seçiləni olan qapıçı Emil Balayevin dadına dirək yetiməsəydi, bir az da tutarlı məğlubiyyət olacaqdı. Hələ 2-ci dəqiqədən başlayaraq oyun boyu qapıya tuşlanan digər "mərmilər"i hesablasaq, mənzərəni tamamlamağa böyük hesablı nəticə də ədalətsiz olmazdı.

Ötən müddət ərzində dayanmadan komandanı öyrənməyə çalışdığını, buna qədər millinin əvvəlki oyunlarını izlədiyini deyən baş məşqçinin ya həqiqəti söyləmədiyi, ya da meydanda baş verənlər fonunda futbolu dəyərləndirə bilmədiyi qənaəti də açıq mövzudur. Əlbəttə, burada fərqli məqamların olduğu aydındır. Amma "məqamlar"ın deyilənlərdən, ya deyilməyənlərdən ibarət olduğunu iddia etmək indi çox müşkül məsələdir. Çünki onun bunaqədərki fəaliyyətində bunların izi-tozundan da xəbər yoxdur.

Ümid edək ki, vaxt və zaman ona futbolçuları layiqincə qiymətləndirməyə, futbolumuzu heç olmasa, parafrazlı, annotativ süzgəcdən keçirməyə imkan verməyib.

Hələlik özümüzü belə aldadtmaqdan başqa çarə qalmır: "bu oyun onun siftəsi idi". Elə bu səbəbdən də "Oyuna yaxşı başlamadıq.

Xüsusən, ilk 10 dəqiqə bizim üçün yaxşı keçmədi. Topa sahib olmaqda çətinlik çəkirdik. Bəlkə də bu psixoloji amillə bağlı idi", - deyə mətbuat konfransına başlayan mütəxəsssisə də hələlik "bəs bunun qarşısını almaq, vəziyyəti dəyişmək üçün siz nə etdiniz?", sualvarı parafrazlarımızı da elə ilk oyun səbəbilə boz hüceyrələrin dərin yaddaş hissəsinə ataq və gözləyək. Əslində, başqa çarə də yoxdur.

BATI YAR

Xəbər 732 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru