Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Luvo Manyonqa: Narkotik, diskvalifikasiya və Olimpiadanın gümüşü
Tarix: 03.06.2020 | Saat: 08:15:00 | E-mail | Çapa göndər
Uzununa tullanma üzrə cənubi afrikalı atlet Luvo Manyonqa amerikalı məşhur idmançı Maykl Pauellin dünya rekordu qazandığı ildə - 1991-ci ildə anadan olub. O vaxtdan ötən 29 ildə 8,95 metr uzunluğa tullanma heç kimə nəsib olmamışdı. Atletlər cəmiyyətinin ekspertlərinin bunu yalnız L.Manyonqanın edə biləcəyini düşünmələri afrikalı idmançının güclü potensialı ilə bağlı idi. Əlbəttə, idmançı özü də bunu arzulayırdı. Çətinlikləri dəf edərək uğura aparan yola çıxmaq ona tanış idi…

Atlet Afrikanın qəsəbələrinin birində böyüyüb. Uşaqlıqdan ev təsərrüfatları ilə bağlı bütün əziyyətlər Luvonun anasının üzərində olub, atası bu işlərdə bacarıqsız olub. Qadın 1977-ci ildən ev işçisi kimi çalışaraq ailənin minimum xərclərini ödəməyə çalışsa da, evlərində daim pul çatışmır. O, isə həmişə çalışır ki, evdə heç olmasa yemək olsun. Oğlunun gözlənilməz istedadı ailənin yoxsulluqdan çıxmasına kömək edir.

L.Manyonqa ilk ən böyük uğurunu 2010-cu ildə gənclər arasında dünya çempionu olmaqla qazanıb. Sonradan Tequda keçirilən böyüklərin forumunda beşinci olub. Təəssüf ki, başgicəlləndirici böyük mükafatlar dövrünü bitirir, idmançı narkotik aludəçisinə çevrilir. Onu artıq idarə etmək mümkün olmur. Günlərin birində isə məşqçisi Mario Smitin evindən qaçır və beləliklə, idmandan imtina edir. 2012-ci ildə atletin metamfetamin testinin nəticəsinin müsbət çıxması onun 18 ay müddətinə diskvalifikasiya edilməsinə səbəb olur. Buna görə də o, London Olimpiadasını buraxmalı olur.

İrlandiyalı Con MakQrat olmasaydı, Manyonqa bəlkə də, potensialının yarısını belə aşkarlaya bilməyən bir günlük ulduz olaraq qalacaqdı. C.MakQrat döyüş sənəti və avarçəkmə haqqında hər şeyi bilir, ancaq tullanma barədə məlumatı olmur. O, Luvonu görəndə onunla işləmək istədiyini başa düşür. 2013-cü ildə C.MakQrat idmançını xilas etmək qərarına gəlir və onun axtarışına çıxır. Bu axtarış təxminən bir ay çəkir.

C.MakQrat sonradan bununla bağlı deyirdi:"Mən onu məşqçi Smit ilə yenidən birləşdirməli oldum. Mario çox yaxşı insan idi və işinə çox həvəsli idi. Biz onları yenidən birləşdirməyə çalışarkən Luvo ilə birlikdə idman zalında işlədim. Bu çox həssas və ləng bir proses idi. Luvo ilə işləmək üçün Solomonun hikməti və Iovun səbri olmalıdır. Onun sabah harada olacağını heç vaxt bilmirdik. Mən buna dözməli və ən yaxşısına inanmalı idim”.

Ancaq qaranlıq çəkilmir. Manyonqanın 2014-cü ildə Dostluq Oyunlarına necə düşdüyü hələ bilinmir. Düzdür, o orada iştirak edə bilmir. Çünki Smitin şəxsən idman

federasiyasına sənədləri təqdim etməsinə baxmayaraq bəzi sənədlər maxinasiya səbəbindən yox olur. Sonra isə məşqçi avtomobil qəzasına uğrayır. Onlar Luvo ilə əvvəlki münasibətləri qurmağa macal tapmırlar, ancaq atlet məşqçisini isti hisslərlə xatırlayır: "O, praktik olaraq atam idi. Mənə atletikada çox şey öyrədən müəllimim indiki səviyyəyə çatmağıma kömək etdi. Həyatımdakı ən böyük rolu o oynadı”.

MakQrat Smiti əvəz edə bilməyəcəyini başa düşsə də, getdikcə batmaqda olan atletdən imtina edə bilmir. Hətta Luvonun ailəsinə yemək və hesabları ödəmək üçün pul verir. Həm də üzgüçülük üzrə Olimpiya çempionu Rik Nitlinqin komandasına qoşur. Onlar idmançını uzununa tullanma üzrə atlet İvan Pedros (Olimpiya çempionu və 9 qat dünya çempionu) tərəfindən təlim keçmək üçün Kubaya göndərməyə hazırlaşırlar. Lakin vizaların alınması zamanı problemlər yaranır və səfər baş tutmur.

MakQratın planlarının puç olduğu bir vaxtda media özü də bilmədən bu işə müdaxilə etməklə hadisələrin axarını dəyişir. Belə ki, MakQratın Smitin ölümündən iki ay sonra dediyi "Mən nə qədər mühakimə edə bilərəm, onun yalnız iki yolu var: ya o, olimpiya kürsüsündə dayanacaq, ya da 30 yaşında həddindən artıq dozadan öləcək", sözləri o qədər diqqəti cəlb edir ki, hətta parlamentə qədər gedib çıxır.

Nəhayət, 2015-ci ildə Manyonqa narkotikdən asılılığına qalib gəlir və karyerasını davam etdirmək üçün Pretoria Universiteti yüksək performans mərkəzinə köçür. Ona Cənubi Afrika Respublikası Olimpiya Komitəsinin rəhbəri Qideon Sem kömək edir. Manyonqa onu özünün əsas xilaskarı hesab edir.

Rio Oyunlarına qədər bir il çətin olur. Çünki, yalnız fiziki formanı deyil, həm də nüfuzu qaytarmaq lazım idi. Sponsorlar artıq narkotik istifadəçisi kimi tanınmış atletlə əməkdaşlıq etmək istəmirdilər. Gündə üç məşq, Lil Ueynin qulaqcıqdakı musiqisi və xəyali dünya rekordu xətti olan ağ lövhə Luvonın gündəlik yaşadığı şeylər olur.

Avqust ayında isti Rioda Manyonqa tamamilə başqa bir insana çevrilir. O, yoxsul və narkoman keçmişini gümüş medalla əvəz edir. Bu səbəbdən onun hekayəsi daha da təsirli olur. Azarkeşlərin sevgisi və sponsorların əməkdaşlıq istəyi ona qayıdır. Atleti olimpiadada qaliblikdən cəmi 1 santimetr ayırırdı. Amma bu, onu heç də kədərləndirmədi.

O, müsahibəsində belə deyib: “Həyatda bu qədər maneələri aşdım. Şeytanlar illərdir məni aşağı sürükləməyə çalışırdılar, amma mən onları məğlub etdim. Medal sadəcə bir bonus, bir imtiyazdır. Bu, mənim ilk Olimpiadam idi, düşünürəm ki, hələ hər şey qabaqdadır. Dünya rekordunu qırmaq istəyirəm. Finaldan əvvəl bir qədər həyəcanlanırdım. Mən Qodfri Mokoyena ilə (uzununa tullanma üzrə 2008-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı) bir otaqda qalırdım və ona, "Dostum, sabahı gözləyə bilmərəm", - deyirdim. Bu anı o qədər gözləmişəm ki... Səhər

oyandığım zaman elə bil Milad idi. Luvo Manyonqanın geri döndüyünü dünyaya göstərmək istədim”.

O, medalını anasına, Q. Semə və oğlu Lindokülə həsr etdiyini deyir. Olimpiadadan üç həftə sonra Manyonqa Brüsseldəki “Brilliant Liqa” mərhələsində qalib olur. 2017-ci ildə Londonda dünya çempionluğunu qazanır. Qayıdış möhtəşəm olub!...

Luvo yarışdakı çıxışından sonra müsahibəsinə deyib: “Mənim geriləməyimə səbəb ola biləcək hər şeydən uzaq dururam. Alkoqol, evdən getmək həyatımın bir hissəsi deyil. Hazırda həyatımın üzərində dayanmaq istəyirəm. Bu, mənim üçün bu vacibdir. Mən özümü məyus etmək istəmirəm".

Qətərin paytaxtı Dohada keçirilən yarışda Manyonqa titulunu qoruya bilmir və ilk 3-lükdən kənarda qalır. Növbəti vacib hədəf Tokio Olimpiadası idi, ancaq koronavirus infeksiyası səbəbindən Luvo da başqaları kimi evdə qalmağa məcbur olur.

L.Manyonqa ilə bağlı son məlumat onu sevənləri və azarkeşlərini xeyli məyus edib. Belə ki, 29 yaşlı idmançı Stellenbos şəhərindəki parkların birində saxlanılıb, ictimai yerdə spirtli içki içdiyinə və karantin qaydalarını pozduğuna görə 2500 rand (təxminən 140 dollar) cərimə edilib. Düşünmək olar ki, idmançı əvvəlki həyata qayıdır. Amma ola bilər, özünü təcrid etməkdən bezərərk belə bir addım atıb. Şübhəsiz, ikinci variant daha yaxşı olardı. Yoxsa növbəti dəfə onu xilas etmək mümkün olmayacaq.

Bəsti Məmmədova
Xəbər 574 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.05.2024 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07.05.2024 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07.05.2024 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07.05.2024 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07.05.2024 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07.05.2024 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07.05.2024 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06.05.2024 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06.05.2024 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06.05.2024 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru