Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rəşad Abdullayev: Komandaya uyğunlaşdıqdan sonra hər şey yaxşı olacaq - MÜSAHİBƏ
Tarix: 24.06.2012 | Saat: 14:24:00 | E-mail | Çapa göndər
“Qəbələ” klubunun mövsümlərarası fasilədə ilk transferlərindən olan Rəşad Abdullayev “Qəbələ FK” qəzetinə müsahibə verib. İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçi “qara-qırmızılar”a keçidi, yeni komandasında hədəfi haqda da danışıb.

- “Qəbələ”yə keçidinizdən başlayaq...
- Keçən çempionatın sonunayaxın “Qəbələ”nin maraq dairəsinə düşdüyümü bilirdim. Məsələnin rəsmiləşməsindən əvvəl qeyri-rəsmi danışıqlarımız oldu. Çünki mən hələ “Neftçi”nin futbolçusu idim. Çempionat başa çatan kimi “Qəbələ”nin rəhbərliyi ilə görüşüb, danışaqlara başladıq. Mövsüm başa çatanda isə razılığa gəldik və rəsmi müqavilə imzaladıq. Müqavilə 1 illik olsa da, sənəddə bu müddətin uzadılması şərti də var.

- Bu komandanı seçməyinizdə həlledici məqam nə oldu?
- “Qəbələ”yə keçməkdə çox da tərəddüd etmədim. Sözün düzü, elə komandaya keçmək istəyirdim ki, başım dinc olsun. Çünki hər hansı səbəbdən, deyək ki, maddi məsələyə görə tez-tez komanda dəyişməyi xoşlamıram. “Qəbələ”dəki vəziyyət, ab-hava, burada futbola olan münasibət, biz sözlə, komanda haqqında yetərincə məlumat toplamışdım. Klubun mənə olan marağı bir futbolçu kimi mənim üçün önəmli idi. Buna görə də bu məqamları götür-qoy etdim ki, sonradan mənə çətin olmasın.

- Avrokuboklarda çıxış edəcək klublardan birinə də keçə bilərdiniz...
- Əlbəttə, avrokubokda oynamaq çox yaxşıdır. Bu, hər futbolçu üçün daha bir sınaqdır. Mən də çalışdım elə komandaya keçim ki, bu il də olmasa, gələn il avrokuboklarda çıxış etsin. İnşallah, komandam çoxdan gözlədiyi nəticəni mən oynadığım vaxtda qazanar. Doğrudan da, “Qəbələ”yə layiqli futbolçu olduğumu sübut etmək istəyirəm.

- “Qəbələ”də vaxtilə bir yerdə oynadığınız şəxslər var: komandanın rəisi Ramiz Kərimov, futbolçu Elmar Baxşıyev...
- Doğrudur. Uzun illər onlarla, eləcə də “Qəbələ”nin uşaq futbolunda çalışan məşqçiləri Sənan Qurbanov və Azər Bağırovla bir yerdə oynamışıq. Demək olar, bir yerdə böyümüşük. Onlarla tez-tez danışırdım. Həmişə zarafatyana deyirdilər ki, yığ çantanı, gəl Qəbələyə.

-“Qəbələ”də debüt edəcəyiniz yeni mövsümdə əsas hədəfiniz nə olacaq?
- Həmişə oynadığım komandada özümü göstərməyə, lider olmağa çalışmışam. “Qəbələ”ə üçün faydalı futbolçu olmağa çalışacağam. İstəyirəm, öz oyunumla hiss etdirim ki, komandaya yeni nəfəs gətirmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

- İndiyə qədər avrokuboklarda çıxış etməyən komandanın qarşısına böyük hədəflər qoyulub – çempionluq və ölkə kubokunu qazanmaq. Siz isə daim bu məqsədlər uğrunda mübarizə aparan futbolçu olmusunuz. Güman ki, bu amil də “Qəbələ”yə keçidinizdə rol oynayıb...
- Əlbəttə, klubun iddiası ilə mənim istəklərimin üst-üstə düşməyi “Qəbələ”yə keçidimdə böyük rol oynadı. “Qəbələ” neçə illərdir yaranıb, həmişə də yaxşı futbol oynayıb. Ancaq sonda ya bəxti gətirməyib, ya da oyunlarında qeyri-sabitlik olub. Növbəti mövsümdə də iddialarımız böyükdür. Çempion olmaq, kuboku qazanmaq və avrokuboklarda oynamaq istəyirik. İddialı klubda oynayanda, futbolçuda motivasiya da güclü olur. Həmin müsbət keyfiyyətləri “Qəbələ”də də göstərməyə çalışacağam.

- İndiyədək dəfələrlə “Qəbələ”yə qarşı oynamısınız, hətta indiki komandanıza qol da vurmusunuz. Rəqib futbolçu kimi bu komanda sizə necə təsir bağışlayıb?
- “Qəbələ”yə qarşı çox oynamışam. Bu komanda ilə oyunlarda bizə həmişə çətin olub. Ötən mövsüm “Neftçi”yə qarşı 4 oyunun 3-də “Qəbələ” qalib gəlib. Elə olub ki, mənim “Qəbələ” ilə oyunum yaxşı alınıb, qol da vurmuşam. Bu komandada məşqçi işi, fərqli taktika həmişə özünü göstərib.

- Həm yerli, həm də əcnəbi məşqçilərin rəhbərliyi altında oynamısınız. Fatih Kavlakla işbirliyindən nə gözləyirsiniz?
- Baş məşqçinin öz komandasında görmək istədiyi futbolçu olmaq böyük şeydir. Mən Kavlakla hələ görüşməsəm də, klubla müqavilə bağladıqdan sonra özü mənə zəng etdi. Məni təbrik etdi və xeyir-dua verdi. Gənc məşqçi olsa da, işi artıq göz qabağındadır. “Qəbələ” onun rəhbərliyi altında mövsümün son oyunlarında yaxşı nəticələr qazandı. “Qəbələ”nin “Neftçi” ilə oyunların 3-də qalib gəlməsində də Fatih Kavlakın əməyi böyük olub. Növbəti mövsümdə qarşıya daha böyük məqsədlər qoyulub və bunu həyata keçirmək üçün əl-ələ verib çalışmaq lazımdır.

- Təbii ki, bunun üçün heyət gücləndirilir, səviyyəli legionerlər transfer olunur. Siz cinah yarımmüdafiəçisisiniz, əsasən, sağda oynayırsınız. Orada Viktor Mendi, solda isə Dodo oynayır. Komandamızın liderləri olan bu güclü legionerlərlə rəqabətə hazırsınızmı?
- Əlbəttə, hazıram. Bunu görəcəksiniz. Məşqçilər hansı taktikanı seçsələr, ona uyğun oynayacağıq. Yəqin ki, təlim-məşq toplanışlarında bu məsələnin üzərində iş gedəcək. Məşqçilər mənim hansı mövqedə oynadığımı və necə futbolçu olduğumu bilirlər. Mən də “Qəbələ”də güclü futbolçuların oynadığını bilirəm. Məni hansı mövqedə oynadacağına baş məşqçi qərar verəcək. Mən də öz mövqeyimdə heç kimdən zəif olmadığımı göstərməyə çalışacam.

- Oynadığınız komandalarda həmişə əsas heyətdə yer almısınız və demək olar, ehtiyatda qalmamısınız. Bunu necə bacarmısınız?
- İndiyədək müxtəlif millətlərdən olan baş məşqçilərlə işləmişəm. Onlar futbolçulardan özünəməxsus oyun üslubu və taktiki sxemlərə əməl etməyi tələb edirlər. Mən də onların istəyini meydanda yerinə yetirmişəm, qollarımı vurmuşam, ötürmələr etmişəm. Komandam üçün nə qədər xeyir vermişəmsə, baş məşqçilər də bunun qarşılığında o qədər mənə güvəniblər. Məşqçilər həmişə boş, yaxud zəif mövqelərə futbolçu axtarırlar. Konkret bir mövqedə faydalı ola bilirsənsə, əlbəttə, baş məşqçi səni həmişə əsas heyətdə oynadacaq.

- Təqdimatınız “I Qəbələ Kuboku” beynəlxalq turnirində oldu. Əvvəlki klublarınızda belə təqdimat olmuşdu?
- “Xəzər Lənkəran”da 100-cü oyunuma çıxanda buna oxşar bir tədbir olmuşdu. Onda mənə arxasında “Rəşad 100-cü oyun” yazılan mayka təqdim olunmuşdu. Amma Qəbələdəki təqdimat daha fərqli idi və məndə çox gözəl təəssürat yaratdı. Azarkeşlərin, rəhbərliyin mənə münasibəti, şəxsən klub prezidenti Tale Heydərovun orada olması, vitse-prezident Fariz Nəcəfovun formanı təqdim etməsi – bir sözlə, bu təqdimat hər cəhətdən gözəl alındı. Qəbələdə bu səviyyədə qarşılanmağımdan özüm də zövq aldım.

- Həmişə 27 nömrəli formada çıxış etmisiniz. “Qəbələ”də də sənə bu nömrəni veriblər. Bunu özünüz istədiniz, yoxsa...
- Bunu bilirdilər. Danışığımız belə oldu ki, 27 nömrəli formada oynayacağam. Hansı komandada oynamışamsa, bu nömrədə çıxış etmişəm.

- Bu rəqəmi seçməyininizin nəsə bir sirri var?
- Uşaq vaxtı həmişə 7 nömrəli formada oynamışam. 2004-cü ildə “Xəzər Lənkəran”a keçəndə komandada 7 nömrəli formada oynayan vardı. O vaxtdan 27 nömrəni götürdüm və indiyə kimi, necə deyərlər, bu nömrəyə sadiqəm.

- “Qəbələ” növbəti mövsümdə birinci yeri tutsa, siz ardıcıl 3-cü il çempionluq sevincini yaşayacaqsınız. Buna nail olmaq üçün nə etmək lazımdır?
- İlk növbədə çox işləmək və əzmkarlıq göstərmək, bir də çempionluğu ürəkdən istəmək. Hansı klubda oynamağımdan asılı olmayaraq, çempionluğu həmişə içimdə yaşatmağa, buna inanmağa çalışmışam. Gərək bütün futbolçular buna inansınlar. Mən Qəbələdəki meydançaları, bizim üçün yaradılan infrastrukturu gördüm. Belə yerdə futbol oynamamaq günahdır. İnşallah, komandaya uyğunlaşdıqdan sonra hər şey yaxşı olacaq.

- Üç il paytaxtda oynadıqdan sonra yenidən əyalətdə çıxış edəcəksiniz. Ailəli futbolçu kimi sizə çətin olmayacaq?
- Xeyr. Ailə vəziyyətimə görə “Qəbələ”nin təklifindən imtina etmək fikrində olmamışam. Mən peşəkar futbolçuyam və müqavilə şərtlərini götür-qoy etmişəm. Qəbələdə xeyli dost-tanışım var. Lazım olsa, ailəm də gəlib Qəbələdə qalacaq.

- Sizcə, “Qəbələ”yə keçidiniz uzun fasilədən sonra milli komandamıza qayıdışınıza yol aça bilərmi?
- Hansı klubda oynamağımdan asılı olmayaraq, həmişə milliyə düşməyə çalışmışam. Futbolda oyunun alınması vacib şərtdir. “Qəbələ”də elə oynamağa çalışacağam ki, həm komandada seçilim, həm də milliyə layiq olduğumu göstərim.

- “Qəbələ”ni daim dəstəkləyən fanatlara sözünüz nədir? Onlar yeni futbolçu kimi sizdən nə gözləsinlər?
- Azarkeşlər məni yaxşı qarşıladılar, onlarla da söhbətimiz oldu. Söz verdim ki, “Qəbələ”nin uğurları üçün çox şey edəcəyəm. Komandanı keçən mövsüm necə dəstəkləyirdilərsə, də elə dəstəkləsinlər. Biz futbolçular onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Xəbər 1949 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
26.01.2024 Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 4 qol vurulub
21.01.2024 Azərbaycan Premyer Liqası: Masazırda xallar bölüşülüb
03.01.2024 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb
30.12.2023 Azərbaycan Premyer Liqası: 180 oyunda 469 qol
21.12.2023 Azərbaycan Kuboku: “Qarabağ” Xankəndidəki oyunda qələbə qazanaraq 1/4 finala yüksəlib
21.12.2023 Xankəndidə keçirilən “Qarabağ” - MOİK oyunu başlayıb, topa ilk toxunuşu Prezident İlham Əliyev edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru