Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
17/11 | 16:58 Gəncədə uşu üzrə respublika turnirinə start verilib
17/11 | 15:21 Sumqayıt gimnastika üzrə ilin sonuncu yerli yarışlarına ev sahibliyi edib
17/11 | 14:12 Bu gün “Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
17/11 | 12:10 Şahmat üzrə klublararası Avropa kuboku yarışlarına yekun vurulub
17/11 | 11:27 “Avro-2020”-nin seçmə mərhələsində növbəti tura yekun vurulub
17/11 | 11:09 Yeniyetmə cüdoçularımız Avropa kubokunda bir qızıl, iki bürünc medal qazanıblar
17/11 | 10:12 Azərbaycan “Tokio 2020”-yə 10 lisenziya qazanıb
17/11 | 09:46 Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb
16/11 | 23:10 “Avro 2020”: Azərbaycan - Uels oyunu başa çatıb
16/11 | 20:26 “Avro 2020”: Azərbaycan və Uels yığmalarının start heyətləri açıqlanıb
16/11 | 19:00 Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir
16/11 | 18:55 Yeniyetmə cüdoçumuz Avropa kubokunda qızıl medal uğrunda mübarizə aparacaq
16/11 | 18:30 Azərbaycanın U-17 komandası növbəti oyununu keçirib
16/11 | 18:16 Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər
16/11 | 17:54 Formula 1 yarışlarını işıqlandıran media nümayəndələri üçün ixtisaslaşmış kurs təşkil olunacaq
16/11 | 17:48 Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
16/11 | 17:18 Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb
16/11 | 16:42 Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16/11 | 15:01 Azərbaycan idmançısı Türkiyədə keçirilən beynəlxalq ağır atletika turnirinin qalib olub
16/11 | 14:20 Mik Şumaxer atasının çempion bolidinin sükanı arxasına keçib
16/11 | 13:40 Azərbaycanın yeniyetmə qılıncoynadanı “European Cadet Circuit” yarışında gümüş medal qazanıb
16/11 | 12:30 “Avro 2020”: Rusiya yığması Belçikanı, Almaniya millisi isə Belarusu qəbul edəcək
16/11 | 11:36 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
16/11 | 11:20 Avropa kuboku: “Vüqar Həşimov” Avstriya, “Odlar Yurdu” Serbiya şahmatçıları ilə mübarizə aparacaqlar
16/11 | 11:15 2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16/11 | 10:30 Azərbaycanın U-17 komandası almaniyalı həmyaşıdları ilə qarşılaşacaq
16/11 | 09:38 “Avro 2020”: İspaniya öz meydanında Malta yığmasının qapısından 7 cavabsız top keçirib
15/11 | 23:54 Avropa kuboku: “Odlar Yurdu” “Monte Karlo” ilə “sülh” bağlayıb
15/11 | 23:30 Azərbaycan Tokioda şose velosipedində də təmsil olunacaq
15/11 | 22:25 Nikola Yurçeviç: Ümid edirik ki, meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən gələcəklər
15/11 | 21:05 Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə Səbinə Əzimova start verdi
15/11 | 20:10 Rayan Giqqz: Bizi Azərbaycan millisi ilə ciddi oyun gözləyir
15/11 | 19:51 Su polosu üzrə Bakı turnirinin qalibləri müəyyənləşib
15/11 | 19:07 FHN-in əməkdaşları arasında keçirilən sərbəst güləş üzrə çempionata yekun vurulub
15/11 | 18:54 Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Bağda ərik qurtardı, salam-əleyk qurtardı
Tarix: 22.06.2012 | Saat: 13:03:00 | E-mail | Çapa göndər
Üç il öncə «Unibank» Azərbaycan futbolunda ilkə imza ataraq, Peşəkar Futbol Liqası ilə müqavilə bağladı, rəsmi tərəfdaş kimi Premyer Liqanın baş sponsoru oldu.
Yadımdadır, işə pis başlanılmadı. Müxtəlif layihələrlə çıxış edən «Unibank» təbliğata xüsusi önəm verdi. Ən diqqətçəkənindən biri peşəkar futbol klublarının baş məşqçiləri, kapitanları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə hər ay keçirilən «Ayın futbolçusu» sorğu-səsverməsi idi. 4 həftə ərzində özünü yaxşı tərəfdən göstərən futbolçuya baş sponsor 1111 manat pul mükafatı verirdi. Bu məbləğə futbolçularımızın ehtiyacı olmasa da, ən azı prestij, mənəvi dəstək baxımdan bu addım alqışa layiq idi.

Təqdirəlayiq idi ki, bu nominasiyada media əməkdaşları da unudulmamışdı. Səsvermədə 3 dəfə ardıcıl qalibi tapan jurnalist 1000 manatla mükafatlandırılırdı. PFL də, öz növbəsində, 500 manatından keçirdi. Tez-tez təşkil olunan mərasimlərdə qələm əhli hədiyyəsiz yola salınmırdı. Hər mövsümün ortasında və sonunda PFL ilə birgə düzənlənən ziyafətdə ölkə mediasının bir araya gətirilməsi, onların mükafatlandırılması və daha fəal yazarlara fəxri fərmanın verilməsi təqdirə layiq idi.

«Unibank» bu 3 il ərzində hələ çox təşəbbüslə çıxış edəcəyini vəd etsə də, sonradan səs çıxmadı. Diqqət çəkən bir məqam, cari ildə azarkeşləri meydana səsləyən videoçarxın hazırlanıb ölkə televiziya kanallarında yayımlanması idi.

Ötən ay növbəti belə toplantı keçirildi. Bu, həm də son yığıncaq idi. Ona görə son deyildi ki, mövsüm bitmişdi. Xeyr, «Unibank»ın PFL ilə 3-illik müqaviləsi başa çatırdı. Biz media nümayəndələrinə finişin necə bitəcəyi maraqlı idi. Aprel və may ayının qalib futbolçularına mükafatlar təqdim olunanda, məsələ aydınlaşdı. Yəni, «sən sağ, mən salamat» məsələsi. Səbəbkarlar - Deividas Çesnauskis («Bakı») və Eder Bonfim («Xəzər Lənkəran») onlara məxsus olanı özləri almadılar. Çünki həmin toplantıya qatılmamışdılar. Adları qeyd edilən klubların əməkdaşları futbolçuların istirahətdə olmasını bildirdilər. Qalibləri anlamaq və güzəştə getmək olar.

Xülasə, cari mövsümlə bağlı fikir mübadiləsindən sonra elan olundu ki, hər Unibank Premyer Liqasının başa çatması ilə əlaqədar təşkil edilən böyük toplantı bu dəfə olmayacaq. Jurnalistlər «UniPlaza»da furşeyə dəvət edilirlər və bununla tədbir başa çatır. Adəti üzrə, belə məqamlarda bank əməkdaşları bizi əliboş yola salmır, kiçik hədiyyələrlə, necə deyərlər, ovqat yüksəldir, könül xoşluğu edirdilər. Amma son yığıncaqda buna rast gəlinmədi. O dəqiqə məsələni anladım: bağda ərik qurtarır...
Təbii ki, məsələ hədiyyədə deyil. «Uşaqlığın son gecəsi» fillminin əsas gülüş qəhrəmanı Davud demişkən, «söhbət sosikadan getmir. İstəsəm, özüm də alaram. Pulum da var. İş pulda deyil, adamlar gərək bir-birlərinə «vnimatelnı» olsunlar».

Son günlərdə KİV nümayəndələri arasında müzakirə mövzusu, «Unibank»ın qalib jurnalistlərə pul mükafatının verməməsidir. Məlum olduğu kimi, «Ayın futbolçusu» nominasiyasında bu dəfə 24 media əməkdaşı qalib olub. Son sorğularda qalib çox olduğundan, toplantıda PFL prezidentinə təklif etdim ki, o, məbləği 500 manatdan 1000-ə qaldırsın. Allah tərəfi, Ramin Musayev tərəddüdsüz təklifi qəbul etdi. Amma iş ondadır ki, «Unibank» üzərinə düşəni etmədiyindən, PFL də vədinə əməl edə bilmir. Belə çıxır ki, bankda ya 1000 manatı 24-ə bölə bilmirlər, ya bank iflasa uğrayıb, ya da ... elə dediyim kimi «bağda ərik qurtarıb». Öz aramızdır, bazarda ərik mövsümünün hələ şıdırğı ilə davam edir, hələ bu il məhz mövsüm meyvələrindən məhz ərik boldur. Deməli, bankın problemi başqadır: əriyi gizlədib, salam-əleyki qurtarmaq.
Əslində, burada salam-əleyk mövzusuna keçid alıb, onun da məziyyətlərindən, vacibliyindən, ədəbindən danışmalıyıq. Amma yox, bu müqəddəs mövzudur. Ondan yan keçək.

Kamran HACI

Xəbər 823 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.11.2019 Bu gün “Avro 2020”nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
17.11.2019 “Avro-2020”-nin seçmə mərhələsində növbəti tura yekun vurulub
16.11.2019 “Avro 2020”: Azərbaycan - Uels oyunu başa çatıb
16.11.2019 “Avro 2020”: Azərbaycan və Uels yığmalarının start heyətləri açıqlanıb
16.11.2019 Azərbaycanın U-17 komandası növbəti oyununu keçirib
16.11.2019 Slovakiya–Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb
16.11.2019 “Avro 2020”: Rusiya yığması Belçikanı, Almaniya millisi isə Belarusu qəbul edəcək
16.11.2019 Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
16.11.2019 Azərbaycanın U-17 komandası almaniyalı həmyaşıdları ilə qarşılaşacaq
16.11.2019 “Avro 2020”: İspaniya öz meydanında Malta yığmasının qapısından 7 cavabsız top keçirib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru